Mask tarixdə sərvəti 400 milyard dolları keçən ilk şəxs oldu
Icma.az, Banco.az portalına istinadən məlumat yayır.
Müəllif:Ayşən İmanova/Banco.az
Amerikalı sahibkar İlon Mask tarixdə 400 milyard dollardan çox sərvəti olan ilk şəxs olub.
Banco.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Nəşrin məlumatına görə, onun sərvətinin artmasının ən son katalizatoru “SpaceX” səhmlərinin insayder satışı olub və bunun nəticəsində Maskın xalis sərvəti təxminən 50 milyard dollar artaraq 439,2 milyard dollara çatıb.
Ən sərfəli kredit üçün müraciət etÇərşənbə günü “SpaceX” və onun investorları şirkətin işçilərindən və digər sahiblərindən 1,25 milyard dollar dəyərində səhm almağa razılaşıblar. Kosmik şirkəti təxminən 350 milyard dollar dəyərində qiymətləndirən müqavilə “SpaceX”i dünyanın ən dəyərli özəl startapı edir.
Qeyd olunur ki, Maskın sərvəti 2022-ci ilin sonundan bəri kəskin şəkildə artıb. Lakin Donald Trampın ABŞ prezident seçkilərində qələbəsindən sonra daha da sürətlə böyüyüb - Mask onun ən məşhur siyasi donoru və dəstəkçisi olub. Seçki kampaniyasından sonra “Tesla” səhmləri təxminən 65% artıb
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:170
Bu xəbər 12 Dekabr 2024 09:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















