Icma.az
close
up
RU
Mask Trampa görə “X”in alqoritmlərini dəyişib?

Mask Trampa görə “X”in alqoritmlərini dəyişib?

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

Avropa Parlamentinin müxtəlif ölkələrdən olan bir qrup üzvü amerikalı milyarder İlon Maskı ABŞ-də prezident seçkilərində qalib gələn Donald Trampı dəstəkləmək üçün “X”in alqoritmlərində dəyişiklik etməkdə ittiham edib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Avropa Parlamentinin deputatlarının Avropa Komissiyasına göndərdiyi parlament sorğusunda deyilir.

“Kvinslend Universitetində tədqiqatçılar tərəfindən aparılan son araşdırma ilə İlon Maskın “X” hesabında aktivliyin iyul ayından etibarən kəskin şəkildə artdığı, onun paylaşımlarına baxışların 138 faiz, retvitlərin 238 faiz və bəyənmələrin isə 186 faiz artdığı müəyyən edilib. Baxışların artımı digər tanınmış siyasi hesablardakından daha sürətli olub.

Mediada yayılan xəbərlər göstərir ki, əvvəllər Mask alqoritmə təsir edərək məzmununu şəffaf olmadan prioritetləşdirir. Rəqəmsal Nifrətlə Mübarizə Mərkəzinin (CCDH) hesabatında qeyd olunub ki, Maskın siyasi yazıları Trampı dəstəklədiyi vaxtdan bəri 1.7 milyard baxış alıb”, – sorğuda vurğulanıb.

Bundan əlavə, müraciət müəllifləri qeyd ediblər ki, Maskın paylaşımlarına baxış sayının artması onun Ukraynadakı müharibə və “antisemitizm sui-qəsd nəzəriyyələri” ilə bağlı mesajlarına da aiddir.

Parlamentarilər Avropa Komissiyasına İlon Maskın alqoritmləri dəyişdirməsi vəziyyəti ilə bağlı məhkəmə araşdırmalarına başlamaq planları barədə də sorğu ünvanlayıblar.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçirilib. Ölkənin 45-ci Prezidenti Respublikaçılar Partiyasından Donald Tramp seçilib. Onun inuaqurasiya mərasimi gələn il yanvarın 20-si keçiriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:243
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Dekabr 2024 12:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see444

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see441

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see326

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see294

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see283

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see277

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see273

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see271

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see226

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see223

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see223

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see218

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see218

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see213

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see213

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see210

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see194

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see181

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri