Maskdan X platformasındakı problemə reaksiya: Böyük kiberhücum var
Mia.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Amerikalı milyarder iş adamı Elon Maska sahibi olduğu X sosial media platformasında yaranan problemin ciddi xarakter aldığını etiraf edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə açıqlama verib.
Musk qeyd edib ki, ötən axşamdan platformaya böyük kiberhücum başlayıb: "İstifadəçilər X-ə daxil olmaqda çətinlik çəkirlər. Və bu böyük hücum davam edir. Biz əslində hər gün hücuma məruz qalırıq. Bu dəfə isə hücum çox böyük qaynaqlarla həyata keçirilir. Bu hücumun arxasında arxasında böyük və koordinasiyalı bir qrup və ya ölkə dayanıb. Araşdırma gedir".
Xatırladaq ki, bu gün Amerika vaxtilə saat 06.30-dan etibarən sosial media platformasına giriş daha da çətinləşib.
Lamiyə Əhmədli
MİA.AZ

