Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Maskın 600 milyard dollara gedən yolu

Maskın 600 milyard dollara gedən yolu

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Xəbər verdiyimiz kimi, Amerikalı milyarder İlon Mask sərvəti 600 milyard dolları keçən ilk insan olub.
Yeniavaz.com
xəbər verir ki, bu göstərici İlon Maskı müasir dövrün ən varlı insanı kimi yenidən gündəmə gətirib.
Məlumat üçün bildirək ki, bu uğurun arxasında uzun və bəzən çox riskli olan bir yol dayanır. İlon Mask 1971-ci ildə Cənubi Afrikanın Pretoriya şəhərində anadan olub və uşaqlığını burada keçirib. Texnologiyaya marağı erkən yaşlarda formalaşıb və o, 10 yaşında proqramlaşdırma öyrənməyə başlayıb. Cəmi iki il sonra, 12 yaşında yazdığı “Blastar” adlı sadə kompüter oyununu 500 dollara sataraq ilk gəlirini əldə edib. Bu məbləğ böyük olmasa da, Maskın gələcək karyerasının başlanğıcı hesab olunur.
17 yaşında Cənubi Afrikanı tərk edən Mask əvvəlcə Kanadaya köçüb, daha sonra isə ABŞ-yə gedib. O, 1990-cı illərin əvvəllərində Pensilvaniya Universitetində iqtisadiyyat və fizika üzrə təhsil alıb. Məhz bu dövrdən sonra onun biznes həyatı formalaşmağa başlayıb. 1995-ci ildə qardaşı Kimbal Mask və Qreq Karri ilə birlikdə internet əsaslı şəhər bələdçisi olan “Zip2” şirkətini qurub. O dövrdə onun heç bir mülkü olmayıb, lakin iki il sonra – 1998-ci ildə şirkətin kapitallaşması 10 milyon dollara çatıb və Maskın şirkətdəki səhmləri 1 milyon dollar təşkil edib. Nəticədə Mask ilk dəfə milyoner olub. Şirkət 1999-cu ildə “Compaq” tərəfindən 341 milyon dollara satın alınıb. Bu satışdan Maska 22 milyon dollar nağd pul çatıb. O, həmçinin texnologiya şirkətinin səhmlərinin 7%-ni alıb.  “Zip2”dən əldə etdiyi vəsaitlə Mask “X.com” adlı onlayn maliyyə xidmətləri platformasını yaradıb. Bu layihə sonradan “PayPal”a çevrilib və 2002-ci ildə “eBay” tərəfindən 1,5 milyard dollara alınıb. Bu razılaşmadan sonra İlon Maskın sərvəti təxminən 180 milyon dollara çatıb və bu məbləğ onun həyatında dönüş nöqtəsi olub.
Mask həmin pulların böyük hissəsini yüksək riskli, lakin iddialı layihələrə yatırıb. O, 2002-ci ildə “SpaceX” şirkətini qurub. Eyni dövrdə “Tesla şirkətinə sərmayə qoyaraq onun inkişafında əsas fiqura çevrilib. Bundan əlavə, bərpa olunan enerji sahəsində fəaliyyət göstərən “SolarCity” layihəsinə də investisiya edib. Lakin 2008-ci ildə qlobal maliyyə böhranı, “SpaceX”in uğursuz buraxılışları və “Tesla”ın satış problemləri Maskı iflas həddinə qədər gətirib çıxarıb.
Vəziyyət 2009-cu ildə NASA-nın” SpaceX” ilə müqavilə imzalamasından sonra dəyişməyə başlayıb. 2010-cu ildə “Tesla” fond birjasında listinqə çıxarılıb və Mask tədricən itkilərini bərpa edib. Bir neçə il ərzində onun sərvəti milyardlarla dollar artıb və 2020-ci ildən sonra “Tesla” səhmlərinin kəskin bahalaşması bu prosesi daha da sürətləndirib. 2021-ci ildə Mask ilk dəfə dünyanın ən varlı insanı olub, sonrakı illərdə isə sərvətində böyük dalğalanmalar yaşansa da liderliyini qoruyub.
2024-cü ildə “SpaceX” və “Tesla”nın dəyərinin artması fonunda Maskın sərvəti 400 milyard dollar həddini keçib.  2025-ci ilin son günlərində isə onun sərvəti 600 milyard dollara çatıb. Bu artım əsasən “SpaceX”in yüksək qiymətləndirilməsi və şirkətin gələcəkdə fond birjasına çıxarılacağı gözləntiləri ilə əlaqələndirilir.
Pretoriyada anadan olan, 12 yaşında ilk proqramını satan və bir vaxtlar müflis olmaq təhlükəsi ilə üzləşən İlon Mask bu gün “Tesla” və “SpaceX”dəki payları hesabına dünyanın ən zəngin insanı statusuna yüksəlib. Ekspertlərin fikrincə, əgər “SpaceX”in planlaşdırılan listinqi baş tutarsa, Mask gələcək illərdə tarixdə ilk dəfə trilyon dollar sərvətə yaxınlaşan iş adamı ola bilər.
Elnur Əli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 17 Dekabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see456

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see425

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see302

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see299

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see293

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see250

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see235

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see233

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see226

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see226

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see213

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see212

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see210

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see208

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see207

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see206

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see192

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see184

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see179

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri