Icma.az
close
up
RU
Maskın şirkətinə rəqib olan “Paradromics” ilk beyin çipini insana yerləşdirdi

Maskın şirkətinə rəqib olan “Paradromics” ilk beyin çipini insana yerləşdirdi

Icma.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Neuralink”ə rəqib sayılan "Paradromics” startapı ilk dəfə öz beyin implantını pasiyentə yerləşdirib. 

Qaynarinfo "Interesting Engineering”ə istinadla xəbər verir ki, neyrocərrah bu neyroçipi epilepsiyanın müalicəsi məqsədilə keçirilən əməliyyat zamanı xəstənin beyninə yerləşdirib və cihaz orada təxminən 10-15 dəqiqə qalıb.

Aparılan prosedur cihazın təhlükəsiz şəkildə beyinə yerləşdirilə bildiyini və neyron aktivliyini qeydə aldığını təsdiqləyib. Zəruri tənzimləyici icazələr alındıqdan sonra şirkət klinik sınaqlara başlamağı planlaşdırır.

2015-ci ildə təsis olunan "Paradromics” ciddi hərəkət məhdudiyyətləri olan insanlara, məsələn iflic olmuş şəxslərə kompüter vasitəsilə ünsiyyət qurmağa imkan verən "Connexus” adlı beyin-kompüter interfeysi (BCI) hazırlayır.

Rəqib sistemlərdən fərqli olaraq, "Connexus” siqnalları birbaşa fərdi neyron səviyyəsində oxumağa yönəlib. Şirkət bu texnologiyanı belə izah edir: sanki stadionun içində və çölündə mikrofonlar yerləşdirilib. Daxildəki mikrofonlar fərdi danışıqları, detalları eşidə bilər. Çöldən isə yalnız izdihamın səsi eşidilir.

"Paradromics” hazırda İlon Maskın "Neuralink” layihəsi ilə rəqabət aparır. "Neuralink” indiyədək üç pasiyentə neyroçip yerləşdirib. Bu çip sayəsində istifadəçilər düşüncə gücü ilə musiqi və ya televizoru işə sala, oyunlar oynaya bilirlər. Üstəlik, bu funksiyalar getdikcə daha sürətli və səmərəli yerinə yetirilir.

İlon Mask gələcəkdə özünə də neyroçip yerləşdirməyi planlaşdırır. Onun fikrincə, bu texnologiya təkcə elektronikaya nəzarəti deyil, həm də əzaların hərəkətini bərpa etməyə, depressiyaları aradan qaldırmağa, eşitmə qabiliyyətini qaytarmağa və beynin ümumi məhsuldarlığını artırmağa imkan verəcək.

Qeyd edək ki, "Valve” şirkətinin rəhbəri Qeyb Nyuellin gizli saxlanılan startapı da 2025-ci ildə ilk neyroçipini təqdim edəcək. Bu çip "Neuralink”dən fərqli olaraq daha asan yerləşdiriləcək və eyni anda beynin bir neçə hissəsinə qoşula biləcək.


Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 03 İyun 2025 15:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri