Icma.az
close
up
RU
Maskın telefonları peyk internetlə təmin etmək layihəsi son mərhələyə çatıb

Maskın telefonları peyk internetlə təmin etmək layihəsi son mərhələyə çatıb

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Dünyada 2,5 milyard insan internetə daxil ola bilmir, İlon Maska məxsus olan "SpaceX", "Direct to Cell" peykləri ilə telefonları birbaşa peyk internetinə qoşmağı hədəfləyir.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Maska məxsus "SpaceX"in peyk internet şəbəkəsi "Starlink", smartfonları "Direct to Cell" peykləri ilə peyk şəbəkəsinə qoşmağa hazırlaşır.

"Starlink"in saytında yer alan məlumata görə, antena sensorlarının aşağı olması səbəbindən texniki imkansızlıq səbəbindən cib telefonlarının yüzlərlə kilometr uzaqlıqdakı peyklərə qoşulması kifayət qədər çətindir.

Şirkətin açıqlamasında bildirilir ki, "Starlink" peykləri bu çətinlikləri aradan qaldırmaq və mobil telefonlara standart LTE xidməti göstərmək üçün innovativ yeni xüsusi silikon, mərhələli sıra antenaları və qabaqcıl proqram alqoritmləri ilə təchiz edilib.

Açıqlamada səsli zənglər, data və əşyaların interneti kimi xidmətlərin 2025-ci ildə istifadəyə veriləcəyi açıqlanıb və bunad əlavə mesajlaşma xidmətinin bu il başlayacağı bildirilib. "Starlink" mobil mobil girişin ilkin olaraq "T-Mobile USA", "Rogers Canada", "One NZ New Zealand", "KDDI Japan", "Optus Australia", "Salt Switzerland", "Entel Chile" və "Entel Peru"da aktivləşdiriləcəyini açıqlayıb.

İlon Maskın "SpaceX" şirkəti tərəfindən hazırlanmış "Starlink" dünyanın hər nöqtəsinə yüksək sürətli internetə çıxışı təmin etmək üçün orbitə buraxılan minlərlə kiçik peykdən ibarət şəbəkə sistemi kimi işləyir. Layihənin məqsədi xüsusilə kənd və ucqar ərazilərdə internetə çıxışın yaxşılaşdırılmasıdır.

Digər tərəfdən, "We Are Social"ın 2024-cü il hesabatına görə, dünya əhalisi 8 milyarda çatdığı halda, hələ də 2,5 milyard insanın internetə çıxışı yoxdur. Asiya və Afrika ölkələri internetə ən az çıxış olan regionlar kimi seçilir.

İnternetə ən az çıxışı olan ölkələrin siyahısına əsasən, istifadəçi əhalisi 684 milyon və əhalisinin 48 faizi internetə qoşula bilməyən Hindistan liderlik etdiyi halda, 336 milyon əhalisi və əhalisinin 24 faizi internetə çıxışı olmayan Çin ikinci yerdədir. 132 milyon insanın internetə daxil ola bilmədiyi Pakistan 3-cü, 123 milyon insanın giriş problemi yaşadığı Nigeriya isə 4-cü yerdə qərarlaşıb.

Siyahıda 5-ci yerdə olan Efiopiyada 103 milyon insan internetə daxil ola bilməsə də, bu rəqəm ölkə əhalisinin 81 faizinin internet problemi olduğunu göstərir. Beləliklə, proporsional olaraq Efiopiya siyahının başındadır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Noyabr 2024 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see230

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see163

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see147

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see143

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see142

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see140

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see138

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see138

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see137

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri