Maştağada böyük dəyişiklik: Sakinlər sevinc içində VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Bir müddət əvvəl Bakı Abadlıq Xidməti tərəfindən Maştağa qəsəbəsində abadlıq işlərinə başlanılmışdı. Hazırda işlər yekunlaşmaq üzrədir.
Bizim.Media xəbər verir ki, Baku TV sakinlər arasında "Xunxarlar məhəlləsi" kimi tanınan Mirəli Mirəliyev küçəsində olub. Sakinlər görülən abadlıq işləri ilə bağlı təəssüratlarını bölüşüblər.
"Məhəlləmiz əvvəlki ilə müqayisədə çox gözəlləşib. Təmizlik, gül-çiçək - hər şey dəyişib", - deyə sakinlərdən biri bildirib.
"Çox gözəldir. Sevinirəm ki, artıq bizim Maştağamız ağ günə çıxır", - deyə digər sakin qeyd edib.
Məhəllədə yerləşən evlərin dam örtükləri və fasadları yenilənib, darvaza və qapılar rənglənib. Əraziyə dekorativ güllər əkilib, işıqlandırma sistemi quraşdırılıb.
Bundan əlavə, uşaqların və sakinlərin asudə vaxtlarını maraqlı keçirmələri üçün söhbətgahlar yaradılıb.
Qeyd edək ki, abadlıq işlərinin yaxın vaxtlarda tam başa çatdırılması planlaşdırılır. Bu kimi işlər digər məhəllələrdə də davam etdiriləcək.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 24 May 2026 21:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















