Icma.az
close
up
RU
Maştağaya şəhərə statusu verilir? “Statusun dəyişdirilməsi həqiqətən aktualdır”

Maştağaya şəhərə statusu verilir? “Statusun dəyişdirilməsi həqiqətən aktualdır”

Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı və Abşeron yarımadasının bir sıra yaşayış məntəqələri intensiv miqrasiya nəticəsində xeyli böyüyüb və artıq kənd və ya qəsəbə statusu daşıyan Masazır, Məhəmmədi, Maştağa və Novxanı və s. məntəqələrin hər birinin sakin sayı 50 min nəfəri ötüb. Hətta bəzi qəsələblərin əhalisi 100 min nəfərdən çoxdur.

Bir sıra rayonlarda əhali sıxlığı nəzərə alınaraq seçki dövründə 3 və ya 4 seçki dairəsi yaradılır. Bu onu göstərir ki, Abşeron yarımadasında bəzi yaşayış məntəqlərinə şəhər, yaxud peyk-şəhər statusu verilməli, yəni ümumən inzibati statusa yenidən baxılmalıdır.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Elman Məmmədov deyib ki, yaşayış məntəqələrinin statusunun dəyişdirilməsi həqiqətən aktualdır: pizza hut

“Bakının 32 kəndi ilə bağlı mütəmadi olaraq bu sayaq məlumatlar təqdim olunur. Keşlə, Zığ və Əhmədli kimi kəndlər öz qədim adlarını saxlasa da, faktiki olaraq paytaxtın içində əriyib gedib. Hətta Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalan şəhəri yaxın keçmişə qədər kənd idi.

Hazırda inzibati olaraq, kənd, qəsəbə yaxud şəhər tipli qəsəbə olan yaşayış məntəqələrinin statusuna yenidən baxmaq olar. İstər ərazi baxımından, istərsə də əhali sayının sürətlə artımını nəzərə alsaq, belə bir addım onların inkişafına da müsbət töhfə verə bilər. Məsələn, hazırda əhalisi 50 mindən çox olan məntəqələrin kənd statusunda qalması inzibati olaraq düzgün deyil. Bunlar artıq qəsəbə statusu almalıdır. Yaxud 100 mindən çox vətəndaşın yaşadığı qəsəbələr tədricən şəhər tipli qəsəbə və ya şəhər statusu ala bilər. Bu olduqca maraqlı məsələdir və bununla bağlı təkliflər, müzakirələr aparmağa dəyər. Belə məsələlərə diqqət yetirmək vacibdir”.

Deputat qeyd edib ki, paytaxtın inzibati bölgüsünün dəyişdirilməsi bir sıra problemlərin həllinə kömək edə bilər:

“Misal üçün, Nyu-York olduqca böyük şəhərdir. Hətta deyərdim ki, dünyanın ən böyük şəhərlərindən biridir. Nyu-Yorkun cəmi 4 rayonu var.

Bakı və ətraf qəsəbələrə gəlincə, mütəxəssis rəyləri daha vacibdir ki, rayonlaşma, yaxud bütövləşmə sistemlərinin hansı daha səmərəlidir. Paytaxtın inzibati ərazi quruluşunun dəyəşdirilməsi Bakının tıxac və digər problemlərinin azaldılması istiqamətində müsbət nəticələr verə bilər”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 Oktyabr 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see375

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see349

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see337

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see295

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see281

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see263

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see250

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see248

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see246

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see243

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see232

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see231

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see228

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see221

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see217

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see216

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see198

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see197

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see196

Vətən müharibəsinin xronikası: 16 oktyabrda Xocavəndin bir sıra kəndləri işğaldan azad edilib

18 Noyabr 2026 04:19see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri