Icma.az
close
up
RU
Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edib

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

3-4 dekabr tarixlərində "Mastercard" Bakıda keçirilmiş VIII Beynəlxalq Bankçılıq Forumunun (IBF) qlobal sponsoru olaraq iştirak edib. Forumda bankçılıq və maliyyə sektorunun aparıcı mütəxəssisləri təhlükəsiz və dayanıqlı bankçılıqda ən son trendləri müzakirə ediblər.

Forumun əsas məqamlarından biri "Mastercard"ın Azərbaycandakı Ölkə Meneceri Emil Zeynalovun moderatorluğu ilə baş tutmuş "Bankçılıqda Yeni Trendlər və Yeni Nəsil Sadiqlik Proqramları" mövzusunda keçirilən panel müzakirəsi olub. Emil Zeynalovla yanaşı, paneldə "Mastercard"ın Rəqəmsal Bankçılıq üzrə Birinci Vitse-Prezidenti Eren Özkan, "Mastercard"ın Müştəri Məlumatları üzrə direktoru Gözde Şahin, Azərbaycan Hava Yollarının Sadiqlik Proqramları üzrə rəhbəri Araz Əliyev və "Kapital Bank"ın Ekosistem Tərəfdaşlığı Şəbəkəsi Departamentinin rəhbəri Mahmud Mahmudov iştirak ediblər. Müzakirələr müştəri davranışlarının təhlilinin əhəmiyyəti, müştəri sadiqliyində yaranan yeni trendlər və bankçılıqda sadiqlik proqramlarının gələcəyi mövzularına fokuslanıb.

Emil Zeynalov qeyd edib ki, müasir bazarda öndə olmaq üçün banklar müştəri davranışlarını daim təhlil etməli və strategiyalarını uyğunlaşdırmalıdır:

"Sadiqlik proqramlarının gələcəyi müştərilərlə daha fərdiləşdirilmiş əlaqələr qurmağa əsaslanır".

Eren Özkan isə bildirib ki, məlumat bankçılıqda yeni valyutadır:

"Müştəri davranışlarını təhlil edərək daha effektiv sadiqlik proqramları yarada bilərik".

"Mastercard" müştəri davranışlarını təhlil edərək fərdiləşdirilmiş proqramlar hazırlayır və süni intellekt, blokçeyn kimi texnologiyalarla etibarlılığı artırır", - deyə Gözdə Şahin əlavə edib.

Forumun qlobal sponsoru kimi "Mastercard" bank sektorunda innovasiyaların inkişafı və yeni nəsil bankçılıq həlləri üzrə əməkdaşlıq müzakirələrinin təşviqi naminə öhdəliyini bir daha vurğulayıb.

Forum həmçinin, sənaye liderləri, tənzimləyicilər, fintek şirkətləri və beynəlxalq maliyyə institutları arasında fikir mübadiləsi üçün platforma rolunu oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see307

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see305

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see305

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see300

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see281

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see281

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see281

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see266

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see262

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see258

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see253

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see252

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see252

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see246

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see244

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see234

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see230

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see222

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri