Putinin nüvə silahından istifadə şərti AÇIQLANDI
Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Rusiya milli təhlükəsizliyini təmin etmək üçün nüvə silahı da daxil olmaqla, bütün mövcud vasitələrdən istifadə etmək hüququna malikdir”.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
O bildirib ki, Ukrayna ilə davam edən müharibə ərzində indiyədək nüvə silahından istifadə zərurəti yaranmayıb. Bununla belə, Medvedevin iddiasına görə, Ukrayna və Qərb ölkələri artıq bunun üçün formal əsaslar yaradıblar.
“Fəlakətli nəticələrə səbəb ola biləcək qeyri-nüvə vasitələrinin kütləvi şəkildə tətbiqi Rusiyanın qabaqlayıcı nüvə zərbəsi endirməsini mümkün edir. Qərb tərəfindən Kiyevə nüvə silahının gizli və ya üstüörtülü şəkildə tədarük edilməsi Rusiyanın qanuni qabaqlayıcı nüvə zərbəsinə səbəb olacaq”, - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini vurğulayıb.
Medvedev həmçinin Rusiyanın nüvə silahından istifadə şərtlərinin və hüquqi əsaslarının dəqiq müəyyən edildiyini qeyd edib:
“Göstərilən ssenarilər baş verərsə, dövlət başçısı (Vladimir Putin) nəinki nüvə silahından istifadə etmək hüququna malikdir, həm də buna borcludur. Kiyev və Qərbdəki himayədarları təhlükəli xülyalara qapılmamalıdır”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 23 Noyabr 2026 14:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















