Icma.az
close
up
RU
Mavi qızıla tələbat artır

Mavi qızıla tələbat artır

Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Hazırda bir çoxlarını daha çox cəlb edən mavi qızıl müasir dövrün aksesuarları arasında və zərgərlik bazarında fantastik görünür.
Reyting.az
-ın məlumatına görə, mütəxəssislər zərgərlik dünyasında rəngli qızıl palitrasının populyarlıq zirvəsindən düşməməsinin səbəblərindən, mavi qızılın nə dərəcədə saf olmasından, onun bu cür qeyri-adi rənginin arxasında hansı dizayn kompozisiyasının dayanmasından danışıblar.
Bildirilir ki, bu cür eksklüziv bəzək əşyaları zərgərlik mağazasının pəncərəsindən təsadüfən gözə dəyən, asanlıqla tapılmayan, tərkibi qızıl olan real bir nadir metaldır. Üstəlik, qızıla inancın əksinə olaraq, bu, qızılla indiumun tam qarışıqlı ərintisidir, lakin saxta deyil.
Mütəxəssislərin sözlərinə görə, indiumun özü yumşaq, həm də gümüşü rəngli bir metaldır, görünüşü ilə diqqəti çox da cəlb etmir, lakin qızılla birlikdə ərintiyə gözoxşayan parlaq mavi rəng verməklə, əsl rəng möcüzəsi yaradır.
Mavi qızılın tərkibi ilə bağlı verilən izahda qeyd olunur ki, əslində bu metal kimyəvi cəhətdən birləşmə kimi 46,2 faiz qızıl, 53,8 faiz indiumu özündə ehtiva edir, həm də intermetallik "AuIn2" tərkibli birləşmə ilə tamamlanır. Bu saf mavi qızıl kövrəkliyinə görə bütöv zərgərlik parçaları yaratmaq üçün nadir hallarda istifadə olunur. Məhz buna görə də, zərgərlik ustaları tez-tez ənənəvi sarı və yaxud incə ağ qızıl ilə birlikdə effektiv dekorativ element kimi mavi qızıldan da istifadə edirlər.
İllərlə zərgərlik sahəsində fəaliyyət göstərən peşəkarlar deyirlər ki, mavi qızılı əldə etməyin alternativ yolu da var. Bunu qallium ilə tam qarışan ərintilər vasitəsilə etmək mümkündür. Bu cür işləyəndə tərkibdə daha çox qızıl olur (təxminən 58,5%) və eləcə də çox kövrək olmayan məhsul ortalığa çıxır.
Ekspertlər belə növdən olan mavi qızıllar içərisində əsrarəngiz "Antoniassi qızılı"-nı xüsusi qeyd edirlər, çünki bu mavi və saf qızıl kobaltın xüsusi mavi ərintisi ilə başa gəlir. Maraqlıdır ki, onun dəqiq formulası hələ də sirr qalır. Çoxdandır ki, bu sahədə çalışan mütəxəssislərin, eləcə də komponentlərin dəqiq nisbətləri, üstəlik, bu unikal ərintinin yaradılmasının, qatqı ilə, lakin saxta olmadan hazırlanan mavi qızılın texnoloji prosesləri, bəzi nüanslar haqqında hələ də dəqiq məlumat yoxdur.
Mütəxəssislər mavi qızılın həqiqi olması ilə bərabər, onun daha bir üstünlüyünü də qeyd ediblər. Məlum olub ki, çox nadir tapılan bəzək əşyası kimi mavi qızılı saxta düzəltmək mümkün deyil. Əgər o, digər qatqılara məruz qalacaqsa, kimyəvi tərkibinə görə, kövrək olduğundan, qısa müddət ərzində tamamilə parçalanacaq.
Lakin bütün bunlarla bərabər, dəfələrlə şübhələri dağıdan, mütəxəssislərin sınaq imtahanından "saf qızıl" kimi çıxan, nadir tapılan mavi qızıla tələbat get-gedə artır.
Oqtay QORÇU
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Mart 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see767

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see695

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see272

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see255

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see239

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see235

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see228

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see226

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see213

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see206

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see191

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see186

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see185

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see184

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see181

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see179

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see178

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see169

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see161

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri