Icma.az
close
up
RU
Ətə tələbat ilbəil artır

Ətə tələbat ilbəil artır

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

İstehsalın azalması isə qiymətləri yüksəldir

Bakıda ət satışı məntəqələrində qiymətlər artıb. Mal ətinin 1 kiloqramının qiyməti 15 manat 50 qəpik–16 manat, quzu əti isə 20–21 manat arasında dəyişir. Hətta marketlərdə “can əti” 30 manata satılır. Qiymət artımının bir sıra səbəbləri var. Bu, ilk növbədə, otlaq və örüş sahələrinin, təbii yem ehtiyatlarının azalması ilə bağlıdır. Bələdiyyə yaradılarkən örüş kimi istifadə edilən ərazilər bu qurumun balansında idi. Ancaq sonradan bələdiyyələr həmin torpaqları biznes strukturlarına, sahibkarlara uzunmüddətli icarəyə verdi. Bununla da bölgələrdə olan örüş ərazilərinin bir hissəsi sıradan çıxdı. Dövlət fondunun torpaqlarında olan örüş sahələri tütün və pambıq sahələrinə çevrildi. Keçmiş yay otlaqlarında indi xeyli istirahət məkanları salınıb. Bunlar da otlaq və örüş sahələrini azaldıb.

Örüş çatışmır

Əgər 1990-cı ilədək respublika üzrə 1 hektar otlaq sahəsinə 7–8 baş heyvan düşürdüsə, indi bu göstərici 25–30 baş olub. Məsələn, cənub zonasını – Masallını götürək. Masallı əhalisi çox, ərazisi, örüş və otlaq sahələri az olan rayondur. Kənd təsərrüfatı heyvanları ilə yüklənmə normadan 5-6 dəfə çoxdur. Göyçayda vəziyyət daha ağırdır. Rayondakı otlaqların 1 hektarına 40-dan çox heyvan düşür. Maraqlıdır ki, həmin rayonlarda torpaq münbit olduğundan son dövrlərdə örüş və otlaq sahələrinin bir hissəsi əkin sahələrinə çevrilib. Nəticədə, otlaq və örüş sahələri azalsa da, heyvanların sayı artıb.

Oxşar vəziyyət digər rayonlarda da müşahidə olunur. Kənd təsərrüfatı regionu olan Qərb bölgəsində erroziyaya məruz qalan otlaqların sahəsi genişlənib. 370 hektar ərazini əhatə edən Ceyrançöldə bəslənilən heyvanların sayı artıb.

Dağətəyi sahələr həddindən artıq yükləndiyindən bitki örtüyü sıradan çıxıb. Ucar, Ağdaş kimi aran rayonlarında torpaqların şoranlaşması ciddi həddə çatıb. Nəticədə, ildən-ilə heyvanlar üçün yem ehtiyatı azalır. Maldarlıqla məşğul olan sakinlər isə otlaq və örüş sahələri azaldığından mal-qaranı tövlədə saxlamaq məcburiyyətində qalırlar. Hətta bəzi sakinlər örüşsüzlük ucbatından iri və xırda buynuzlu heyvanlarını satmaq məcburiyyətindədir. Qəbələ rayonunun Əmirvan kənd sakini Abbas Nərullayev deyir: “Əvvəllər mal-qara, qoyun-quzu otlaq sahələrindən tox qayıdırdı. Amma indi onları otarmaq üçün sahə tapmırıq. Hər tərəf əkin sahəsidir. Məcburuq tövlədə saxlayaq, əlavə yem tədarük edək. Yem isə çox bahadır. Bunlar xərclərimizi artırır. Biz ətin qiymətini artırmaq məcburiyyətindəyik”.

Mal-qara azalır

Təbii yem ehtiyatlarının çatışmazlığı heyvanların saxlanılması xərclərini artırır. Bu, da öz növbəsində təsərrüfatlarda mal-qaranın sayının azalmasına səbəb olur. İqtisadçı ekspert Əli Musayev bildirir ki, son 10 ildə qoyunların sayı təxminən 1 milyon 625 min, iribuynuzlu mal-qaranın sayı isə 214 min azalıb. Azalma bu il də davam edir. Bu da tələb təklif arasında balansı pozur və özünü qiymət artımında göstərir. Məhsulun azlığı tələbatın isə çoxluğu davam edərsə, qiymətlərin artması gələcək aylarda da müşahidə ediləcək. Çünki ən çox heyvan saxlanılan yer hazırda Aran rayonlarıdır. Lakin Aran zonalarında ət istehsalının artım tempi aşağıdır. Daha doğrusu, artım demək olar ki, yoxdur. Yəni bu göstəricinin daxili bazara təsir etmək imkanı yoxdur.

Xərclər çoxalıb

Ətin qiymət artımına digər səbəb heyvanların saxlanılması ilə bağlı xərclərin artmasıdır. Onlar üçün nəzərdə tutulan yemlər, küləş, yonca, quru ot bağlamaları və dərmanlar bahalaşır. Bu da qiymətlərin formalaşmasına səbəb olur. Xüsusən, heyvanların kökəltməsində istifadə edilən gündəlik yemin, arpanın, buğdanın qiyməti 2 dəfə artıb. Fermerlər heyvanlar üçün istifadə edilən buğda və arpanın bir qismini yerli istehsal hesabına, digər hissəsini isə idxal hesabına ödəyirlər. Bu da, öz növbəsində, əti balaşdırır. Yemin qiymət artımı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında yer alıb. Bildirilir ki, taxıl qiymətləri indeksi, əsasən, buğdanın dünya bazarında bahalaşması hesabına 3 faiz artıb. Əgər yem qıtlığı davam edərsə, onda ətin qiymətində artım müşahidə olunacaqlar. Çünki lazım olduğundan xeyli az ot və heyvan yemi istehsal edilir. Qidalı yemi əsasən, xaricdən gətirilir. İdxal etdilən yemin qiyməti isə dünyada çox yüksəkdir və artmaqda da davam edir.

Enerji resurslarının, yanacaq, inflyasiyaya, vergilərin artması da qiymət artımına öz təsirini göstərir. Bundan əlavə, payız-qış mövsümü mal-qaranın isti yerdə saxlanılması və işıqlandırılması əlavə xərclər tələb edir.

İqtisadçı Əli Musayev deyir ki, paytaxtda ət məhsullarının bahalaşmasına logistika xərclərinin artması və kreditlərin baha olması da öz “töhfəsini” verir. Heyvanların bölgələrdən gətirilməsi izafi xərclər yaradır və ətin qiymətinə əlavə olunur. Hazırda bölgələrdə quzu əti 17 manata, mal əti 14 manatdır.

İdxal artıb

Son illər ölkəmizdə örüş sahələrinin azalması, yem komponentlərinin bahalaşması və yuxarıda qeyd etdiyimiz digər amillər heyvandarlığın inkişafına mənfi təsir göstərir. Həm iri, həm də xırdabuynuzlu heyvanların saxlanılmasına çəkilən xərclərin artması bu sahə ilə məşğul olan sahibkarları profillərini dəyişmək məcburiyyətində qoyur. Bu, ölkəmizin ətlə təminatda idxaldan asılılığını artırır.

Bunu rəsmi rəqəmlər də təsdiqləyir. Məsələn, 2024-cü ilin yanvar–iyul aylarında Azərbaycana 30 min 722 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin statistikasına görə, bu həcmdə ətin dəyəri 68 milyon 543 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 6 min 490 ton (26,7 faiz), dəyər baxımından isə 21 milyon 602 min ABŞ dolları (46 faiz) çoxdur. Ət idxal etdiyimiz əsas ölkələr isə Rusiya, Gürcüstan, Ukrayna, Belarus və Qazaxıstandır.

Heyvandarlığa ən çox zərər Rusiya–Ukrayna müharibəsindən sonra dəyib, yem məhsullarının qiyməti artıb. O səbəbdən ət bahalaşıb. Gürcüstanda da vəziyyət ürəkaçan deyil. Bu ölkədə iribuynuzlu heyvanlar Səudiyyə Ərəbistanına tədarük olunur. Yerli bazarda isə tələbat artığından qiymət də artır.

Qiymət artımın əsas səbəblərindən biri də ən böyük ət istehsalçılarından olan Braziliya, Argentina, Hindistan və s. ölkələrdən tədarükün azalmasıdır. Şübhəsiz ki, bu, qlobal iqtisadiyyata təsir edir, çünki bir çox ölkələr bu və ya digər dərəcədə bu ölkələrdəki tədarükdən asılıdır. Səbəb isə onların özündə ət qıtlığı və qiymət artımıdır. Bu, artıq ixrac qiymətlərinə təsir edir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Noyabr 2024 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see333

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see236

Almaniya uzaqmənzilli silahlara təxminən 12 milyard avro xərcləmək istəyir

22 Avqust 2026 01:47see234

İxtisas seçiminin nəticələri bu gün elan olunacaq? RƏSMİ AÇIQLAMA

22 Avqust 2026 12:41see214

“Çelsi” “Aston Villa”dan 65 milyon istəyir

22 Avqust 2026 01:56see210

AFFA nın Hesabat Konfransı keçiriləcək

21 Avqust 2026 16:47see210

Aqrar inkişafın yeni mərhələsi və ADAU nun tarixi missiyası

21 Avqust 2026 23:22see194

Sosial şəbəkədə nalayiq ifadələr səsləndirən şəxs həbs edildi

22 Avqust 2026 01:55see191

Ankarada mədəndə uçqun: yaralı sayı artdı

21 Avqust 2026 23:24see173

“Kişilər güclü, hər şeyi bilən qadınları sevmirlər“

22 Avqust 2026 12:32see172

Günün fotosu: “Yabanı giləmeyvələr”in qara və yoğun tüstüsü

22 Avqust 2026 01:05see163

Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi

22 Avqust 2026 06:00see163

Paşinyan masaların altında gəzəndə... İş adamından açıqlama

22 Avqust 2026 01:44see161

Donald Tramp: Məqsədimiz raketlər deyil, Ukraynada sülhün təmin edilməsidir

22 Avqust 2026 01:43see159

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see159

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see154

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see150

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see150

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see145

Məşhur pişik Larrinin ölüm xəbəri Mark Tvenə məxsus sitatla təkzib olunub

22 Avqust 2026 06:53see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri