Icma.az
close
up
RU
Mavi və yaşıl sakitləşdirir: Qara isə təvazökarlığı simvolizə edir

Mavi və yaşıl sakitləşdirir: Qara isə təvazökarlığı simvolizə edir

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Sosioloq  bu fikirdədir ki, insanın hansı rənglərə üstünlük verməsi psixoloji vəziyyət və zövqə bağlıdır

Rənglər insan psixologiyasına və davranışlarına təsir edən güclü amillərdəndir. Müxtəlif rənglərin insanlarda fərqli emosiyalar, duyğular və fiziki reaksiyalar oyandırmaq xüsusiyyətinə malik olduğu əlavə sübuta ehtiyacı yoxdur. Bu məsələ mütəxəssislər tərəfindən çoxdan təsdiqlənib.

 “Journal of Environmental Psychology”də dərc olunan son tədqiqatın nəticələrinə əsasən, göy rəng – xüsusilə də onun soyuq tonlu çalarları – insanın intellektual fəaliyyət zamanı yaşadığı stresi təxminən 28 faiz azaldır. Nevrofizioloqların apardığı bu araşdırma göstərib ki, göy rəng diqqət və konsentrasiyanı artıran neyromediatorların ifrazını stimullaşdırır. Bununla yanaşı, Böyük Britaniyanın Kolumbiya Universitetində aparılan digər bir elmi araşdırma isə mavi rəngin insan beyninin yaradıcılığa cavabdeh olan alın nahiyələrini aktivləşdirdiyini sübut edib. Tədqiqat göstərib ki, göy çalarlı mühitdə işləyən insanlar 33 faiz daha çox yaradıcı və innovativ ideyalar irəli sürürlər. Mövzuyla bağlı maraqlı bir tarixi fakt da diqqət çəkir. "Apple" şirkətinin həmtəsisçisi Stev Cobs, ilk “Mac” kompüteri üzərində işlədiyi dövrdə ofisini göy rəngdə dizayn edib. O, bu rənglərin ona “gələcəyi daha aydın görməyə kömək etdiyini” demişdi. Mütəxəssislər bildirir ki, göy rəngdən düzgün istifadə etmək vacibdir. Tamamilə bu rənglə dizayn edilmiş məkanlar uzunmüddətli istifadədə psixoloji diskomfort yarada bilər. Ən effektiv yanaşma – fərqli göy aksentlərdən istifadə etməkdir.

Müxtəlif rənglərin fərqli təsirləri barədə qısa tanıtım isə bundan ibarətdir:

Qırmızı rəng:

Aktivlik, enerji, həyəcan və ehtiras hissi yaradır. Yemək yeyərkən iştahı artırır və qərar qəbul etməni sürətləndirir. Lakin, həddindən artıq istifadə aqressiya və gərginlik yarada bilər.

Narıncı:

Yaradıcılıq, enerji və sosiallaşma hissini təşviq edir. Rahatlıq və müsbət əhvali-ruhiyyə yaradır.

Sarı:

Ümid, xoşbəxtlik və optimizm hissi yaradır. İnsanı canlandırır və zehni fəaliyyəti artırır. İş yerlərində yorğunluğa səbəb ola biləcəyi üçün diqqətlə istifadə edilməlidir.

Yaşıl:

Sakitləşdirici və rahatlaşdırıcı təsirə malikdir. Əməkdaşlıq və özünü ifadə etməni təşviq edir. Otaqları geniş göstərir.

Mavi:

Sülh, dinclik və xəyalpərəstlik hissi yaradır. Xoşbəxtlik və harmoniyanı təmsil edir. Lakin həddindən artıq istifadə depressiyaya səbəb ola bilər.

Bənövşəyi:

Özünə inam, xoşbəxtlik və yaradıcılığı artırır. Eyni zamanda unutqanlıq və səbirsizliyə də səbəb ola bilər.

Ağ:

Enerji sistemini tarazlaşdırır, yaradıcılığı artırır.

Qara, boz, qəhvəyi:

Kədər, ağırlıq və depressiya hissi yarada bilər. Qara rəngi tək istifadə etmək məsləhət görülmür. Qəhvəyi isə sosial tarazlığı və rahatlığı təmin edir.

Rənglərin insan orqanizminə və zehni vəziyyətinə təsiri elmi cəhətdən sübut olunub. Məsələn, qırmızı rəng ürək döyüntüsünü və bədən enerjisini artırır. Yaşıl rəng isə sakitləşdirici təsir bağışlayaraq baş ağrılarını belə sağalda bilir.


Sosioloq Mətanət  Məmmədova isə bu fikirdədir ki, insanın hansı rənglərə üstünlük verməsi psixoloji vəziyyət və zövqə bağlıdır:


- Fikir vermisinizsə, insanlar məişətdə rənglərin ahəngdarlığına daha çox önəm verir. Mətbəxi ağın, qəhvəyi rəngin çalarlarında, yataq otağını mavinin, oturma otağı, hollu isə isti rənglərə - sarının, narıncının çalarlarına boyamağı üstün tuturlar. Bu, həm də zövqə bağlı məsələdir. Zövqlü insanlar mənzillərini də zövqlə bəzəyir, artıq əşyalara yer vermirlər. Mənzildə rəng ahəngdarlığına önəm verirlər. Geyim də belədir. Tünd rəngli geyimlərdə nə isə açıq, nəzərəçarpan rəngdə bir aksessuar olmalıdır. Bu da insanın yüksək zövqə sahib olduğunu göstərir. Bunu edən həm özünə xoş aura yaratmış olur, həm də ətrafdakı insanlar üçün. Necə ola bilər ki, birisi başdan-ayağa qaraya bürünsün, ətrafdakıların reaksiyası əlbəttə müsbət olmayacaq. Amma qaranın üzərində qırmızı, sarı, firuzə rəngli bir bəzək əşyası, yaxud nəsə bir aksessuar olduqda, gözə də xoş gəlir, könülü də.  Ümumiyyətlə isə qara rəng təvazökarlıq və mühafizəkarlığın, ağ rəng isə məsumiyyətin göstəricisidir. Belə məsəl var, ağda ləkə tez görünər, qara ləkə götürməz. Kimin hansı rəngi seçməsi, hansı rənglərə üstünlük verməsi şəxsin düşüncə və ruhi vəziyyətinə uyğun olur. Yaşıl, mavi rənglər sakitləşdiricidir. Əvvəllər xəstəxanalarda ağ və mavi rənglər dominant idi. Son illərdə dəblər dəyişib. Xəstəxanalar, kliniklaar fərqli rəngli uni-formalar seçir. Hətta tünd rənglər seçənlər də var. Təbii ki açıq mavi, yaşıl, firuzəyi rəngləri daha ürəyəyatımlıdır. Ağ həm də gigiyenik təmizlik rəngidir. Həkimin, tibb bacılarının geyimi bəyaz olduqda təmizlik, saflıq, sağlamlıq təsiri bağışlayır. Uşaq məkanlarını, əyləncə yerlərini ən müxtəlif rənglərə boyayırlar. Bu, uşaqların marağını artırmaq, onları rənglər dünyası ilə tanış etmək üçündür. Böyüdükcə, hər kəs öz rəngini onsuz da seçəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://sherg.az
archiveBu xəbər 10 Avqust 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see302

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see294

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see266

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see240

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see236

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see234

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see229

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see227

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see225

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see215

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see203

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see199

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see199

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see197

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see196

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see195

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see193

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see193

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see191

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri