Icma.az
close
up
RU
Maya Sandu: *Qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik

Maya Sandu: *Qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Moldovanın payına qlobal emissiyaların 0,03 %-ni düşür, lakin ölkə Avropada ən riskə həssas ölkə olub.

"Report"un məlumatına görə, bunu Moldova Prezidenti Maya Sandu COP29 İqlim Liderləri Sammitində çıxışı zamanı bildirib.

O qeyd edib ki, Moldova üçün iqlim dəyişikliyi xəyali təhlükə deyil, gündəlik həyata, iqtisadiyyata və xüsusilə kənd icmalarına təsir edən reallıqdır.

"Bu, inkişaf etməkdə olan riskə həssas millətlərə üstünlük verən və təhlükəsizliyin artırılmasına diqqət yetirilən ədalətli iqlim maliyyələşdirmə sisteminə mümkün qədər tez çıxışın təmin edilməsinin vacibliyini göstərir", - o bildirib.

Onun sözlərinə görə, Moldova ağac əkməyə dair milli proqramın icrasına başlayıb və meşə örtüyünü 5 % artırmağı planlaşdırır.

"Bu, yaşıl gələcəyə sadiqliyimizin sübutudur. Vəsait çatışmazlığına baxmayaraq, biz planetin sağlamlığı və gələcək nəsillər naminə bu işi davam etdiririk. Bu, daha yaxşı hava keyfiyyətinə, biomüxtəlifliyin və Yerin qorunmasına töhfədir", - Moldova Prezidenti qeyd edib.

O vurğulayıb ki, qlobal böhran hamıdan fəal tədbirlər tələb edir:

Moldova enerji səmərəliliyini artırır, istehlakı azaldır, bərpa olunan mənbələri tətbiq edir. Lakin meşələrin bərpası və dekarbonizasiya məsələsinin həlli resurslar tələb edən böyük məqsədlərdir.

"Biz qlobal istiləşmə problemlərini digər böhranları həll edənə qədər kənara qoya bilmərik. Əgər tədbirlər görməsək və planetin böyük ərazilərinin yaşayış üçün yararsız hala düşməsinin qarşısını almasaq, tarix bizi mühakimə edəcək. Bu gün bizim işimiz Yerin gələcəyini müəyyən edəcək", - o, yekunda bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 12 Noyabr 2024 19:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see401

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see394

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see271

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see252

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see237

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see234

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see229

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see226

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see225

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see208

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see199

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see198

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see196

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see193

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see189

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see189

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see186

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see185

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see184

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri