Maykl Cekson ölümündən 17 il sonra 140 milyon dollar qazandırıb
Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
2009-cu ildə vəfat edən əfsanəvi müğənni Maykl Cekson ölümündən 17 il sonra da dünyanın ən çox gəlir gətirən məşhurları sırasında yer alıb.
Axşam.az xəbər verir ki, "Forbes" jurnalının 2026-cı il reytinqinə əsasən, sənətçinin mirası 140 milyon dollar gəlir əldə edib. Bu göstərici ilə Maykl Cekson dünyasını dəyişmiş məşhurlar arasında ikinci yerdə qərarlaşıb. Siyahıya 150 milyon dollar gəlirlə musiqi prodüseri Kuinsi Cons başçılıq edir.
Ceksonun mirasının gəlirlərinin artmasında onun həyatından bəhs edən "Michael" bioqrafik filminin də mühüm rolu olub. Filmin dünya üzrə kassa uğuru və sənətçinin musiqi irsinə artan maraq bu gəlirlərə təsir göstərən əsas amillərdəndir.
Bundan əlavə, müğənninin mahnılarının rəqəmsal platformalarda dinlənilməsi, musiqi kataloqundan əldə olunan müəlliflik gəlirləri, səhnə tamaşaları və kommersiya layihələri də mirasının qazancını artırır.
Nəşrin məlumatına görə, Maykl Ceksonun vəfatından sonra onun mirasının ümumi gəliri 3,5 milyard dolları ötüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 04 Noyabr 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















