Icma.az
close
up
RU
Maykl Ceksonun vəkili onun ölümünün səbəbini AÇIQLADI

Maykl Ceksonun vəkili onun ölümünün səbəbini AÇIQLADI

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Maykl Ceksonun keçmiş vəkili pop kralının ölümünün əsl səbəbini bildiyini açıqlayıb. Brayan Oksman iddia edib ki, ifaçını cinsi zorakılıq işi üzrə aparılan məhkəmə istintaqı "öldürüb".

Oxu.Az-ın məlumatına görə, hüquq müdafiəçisi bu barədə "Radar Online"a verdiyi açıqlamada danışıb.

Sənədlərə əsasən, Ceksonun ölümünə güclü yuxu dərmanının həddindən artıq qəbulu nəticəsində baş verən ürək dayanması səbəb olub.

Pop kralı ölümündən dörd il əvvəl "Neverland" rançosunda 13 yaşlı Qevin Arvizoya qarşı cinsi zorakılıqda ittiham edilmişdi. Məhkəmə tərəfindən təqsirsiz elan edilsə də, bu qalmaqal onun həyatında dərin izlər buraxıb.

"Maykl gecələr dəfələrlə zəng edirdi. Soruşurdu: "Niyə? Mən onlara qarşı çox yaxşı davranırdım, onlar isə bu yalanı uydururlar". O, ölənə qədər bu suala cavab tapa bilmədi", - deyə Oksman bildirib.

2005-ci ildə keçirilmiş sorğuya əsasən, ABŞ sakinlərinin 80 faizi Ceksonun təqsirli olduğuna inanırdı. Vəkilin sözlərinə görə, bu münasibət və ictimai qınaq Ceksonu emosional cəhətdən sarsıdıb və tamamilə dəyişib.

"Deyirdi ki, mən ifaçıyam, insanlardan asılıyam, amma onların 80 faizi məni günahkar sayır?" - vəkil xatırlayıb.

Bundan başqa, Cekson "Maykl Ceksonla həyat" adlı televiziya sənədli filmini çəkən britaniyalı jurnalist Martin Başir tərəfindən aldadıldığını düşünürmüş. Vəkilin sözlərinə görə, müğənni deyirdi ki, əgər onu həbsxanaya salsalar, sağ qalmaz, çünki belə ittihamlarla məhkum edilənlərə qarşı münasibət çox amansız olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 İyun 2025 03:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri