Icma.az
close
up
RU
Maykl Kerrikin “kitabı bağlandı”

Maykl Kerrikin “kitabı bağlandı”

Icma.az, Qol.az portalına istinadən məlumat yayır.

Maykl Kerrikin “kitabı bağlandı”

“Mançester Yunayted”in rəhbərliyi baş məşqçi Maykl Kerriklə əməkdaşlığı dayandırmaq qərarına gəlib.

QOL.az “Sky Sports"a istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssisin istefası ilə bağlı yaxın 48 saat ərzində rəsmi açıqlama veriləcək. Boş qalan vəzifəyə əsas namizədlər isə Yulian Naqelsmann və Eddi Hau hesab olunur.

Bildirilib ki, qərara mövsümün uğursuz başlanğıcı və komandanın oktyabr ayında nümayiş etdirdiyi zəif nəticələr səbəb olub. INEOS şirkətinin sahibi olduğu klubun rəhbərliyi Kerrikə İngiltərə Premyer Liqasının 8-ci turunda “Bornmut”la ev oyununa qədər vaxt verib. Lakin “qırmızı şeytanlar” oktyabrın 25-də keçirilən görüşdə 0:3 hesabı ilə məğlub olublar. 

Bundan başqa, Kerrik həmin matçda komandanın kapitanı Bruno Fernandeşi ehtiyat oyunçular skamyasında saxlayıb. Qarşılaşmanın final fitindən sonra “Old Trafford” stadionundakı azarkeşlər futbolçuları fitə basıblar.

“Mançester Yunayted”in son oyunlardakı nəticələri ürəkaçan deyil:

İngiltərə Premyer Liqası, 8-ci tur: “Mançester Yunayted” – “Bornmut” – 0:3

Çempionlar Liqası, 3-cü tur: “Komo” – “Mançester Yunayted” – 4:1

İngiltərə Premyer Liqası, 7-ci tur: “Lids” – “Mançester Yunayted” – 1:1

İngiltərə Premyer Liqası, 6-cı tur: “Mançester Yunayted” – “Tottenhem” – 1:1

İngiltərə Premyer Liqası, 5-ci tur: “Fulhem” – “Mançester Yunayted” – 1:1

İngiltərə Premyer Liqası, 4-cü tur: “Mançester Yunayted” – “Mançester Siti” – 0:1

Komanda daha əvvəl İngiltərə Liqa Kubokunda da mübarizəni dayandırıb. Klub rəhbərliyinin futbolçuların artıq Kerrikin məşqçi ideyalarına inamını itirdiyini düşündüyü bildirilir.

Premyer Liqada 8 turdan sonra cəmi 7 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komandanın aktivində 1 qələbə, 4 heç-heçə və 3 məğlubiyyət var. Top fərqi -3 olan Mançester təmsilçisi aşağı liqaya düşmə zonasına yaxın mövqedədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Oktyabr 2026 09:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see614

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see315

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see305

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see298

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see294

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see293

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see281

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see265

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see260

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see252

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see247

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see238

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see233

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see233

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see229

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see229

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see227

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see225

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri