Icma.az
close
up
RU
Mayonez, soğan suyu, paltar sabunu Saçları yayda nə ilə yumalı?

Mayonez, soğan suyu, paltar sabunu Saçları yayda nə ilə yumalı?

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Yay aylarında günəş şüaları, dəniz suyu və hovuzlardakı xlor saçlara ciddi zərər verə bilər. Mütəxəssislər bildirirlər ki, düzgün qulluq edilmədikdə saçlar quruyur, parlaqlığını itirir və daha çox tökülməyə başlayır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, həkim və peşəkar bərbərlər yay mövsümündə saç sağlamlığını qorumaq üçün bir sıra vacib tövsiyələr veriblər.

Mütəxəssislərin sözlərinə görə, isti havalarda qan dövranının sürətlənməsi səbəbindən saçların uzanması bir qədər sürətlənsə də, mövsümün sonunda və payızın əvvəlində mövsümi saç tökülməsi daha çox müşahidə olunur.

Bunun əsas səbəbi ultrabənövşəyi şüalar, yüksək temperatur, dəniz suyunun duzu və hovuzlardakı xlorun saç follikullarına mənfi təsir göstərməsidir. Buna görə də uzun müddət günəş altında qalarkən papaq və ya şlyapa taxmaq, UV qoruyuculu saç vasitələrindən istifadə etmək, dəniz və ya hovuzdan çıxdıqdan sonra isə saçları mütləq təmiz su ilə yumaq tövsiyə edilir.

Həkimlər qeyd edirlər ki, yayda baş dərisi daha çox tərləyir və piy ifrazı artır. Bu isə saçların daha tez yağlanmasına səbəb olur. Onların fikrincə, bu tamamilə normal haldır və xəstəlik əlaməti sayılmır. Yağlı baş dərisi olan insanlar saçlarını hər gün yuya bilərlər. Normal və quru baş dərisi olanlara isə saçlarını çirkləndikcə yumaq məsləhət görülür.

Şampun seçərkən baş dərisinin tipi, kondisioner və maska seçərkən isə saçın uzunluğu və vəziyyəti nəzərə alınmalıdır. Xüsusilə uzun və ya boyanmış saçlara sahib şəxslərin hər yumadan sonra kondisionerdən istifadə etməsi, həftədə bir-iki dəfə qidalandırıcı maska tətbiq etməsi tövsiyə olunur. Kişilər isə bütün bədən üçün nəzərdə tutulmuş vasitələrlə saçlarını yumamalıdırlar. Əgər kəpək, qaşınma və ya həddindən artıq yağlanma varsa, mütəxəssis məsləhəti ilə müalicəvi şampun seçmək daha məqsədəuyğundur.

Saç ilıq su ilə yuyulmalıdır. Çox isti su baş dərisində piy vəzilərinin fəaliyyətini artırır və saçı qurudur. Həddindən artıq soyuq su isə piy və çirki yaxşı təmizləmir. Yumadan sonra saçın sərin su ilə yaxalanması onun daha parlaq və hamar görünməsinə kömək edir.

Mütəxəssislər saçlara qulluq zamanı ən çox edilən səhvlərə də diqqət çəkiblər. Onların sözlərinə görə, hər gün yüksək temperaturda fendən istifadə etmək, istilikdən qoruyucu vasitələrdən imtina etmək, internetdə yayılan təsdiqlənməmiş reseptlərə inanmaq və uyğun olmayan kosmetik vasitələrdən istifadə saçın qırılmasına, baş dərisinin qıcıqlanmasına və hətta kontakt dermatitə səbəb ola bilər.

Həkimlər bildirirlər ki, təsadüfi vitamin kompleksləri qəbul etmək də düzgün yanaşma deyil. Əvvəlcə hər hansı vitamin və ya mineral çatışmazlığının olub-olmadığı müəyyən edilməlidir. Yay mövsümündə saç üçün lazım olan zülal, dəmir, sink, D vitamini, B qrupu vitaminləri, biotin, A, C və E vitaminlərini balıq, yumurta, yağsız ət, paxlalılar, qoz-fındıq, süd məhsulları, təzə meyvə, tərəvəz və göyərtidən almaq mümkündür.

Bərbərlər isə hovuz və ya dənizə girməzdən əvvəl saçları adi su ilə islatmağı və qoruyucu yağ və ya sprey tətbiq etməyi məsləhət görürlər. Onların sözlərinə görə, quru saç xlorlu və ya duzlu suyu daha çox sorur, əvvəlcədən isladılmış saç isə zərərli maddələri daha az qəbul edir.

Mütəxəssislər mayonez, yumurta, pivə, soğan suyu və təsərrüfat sabunu kimi ev üsullarından istifadə etməməyi də tövsiyə edirlər. Onların fikrincə, bu vasitələr saçın vəziyyətini yaxşılaşdırmaq əvəzinə baş dərisini qıcıqlandıra, saçları quruda və zədələyə bilər. Müasir peşəkar qulluq vasitələri həm daha təhlükəsiz, həm də daha effektiv hesab olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2026 16:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see324

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see324

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see320

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see316

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see299

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see283

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see279

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see274

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see273

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see270

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see268

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see261

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see258

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see258

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see246

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see242

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see241

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see225

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri