GTA VI nın uğuru bu iki qardaşı milyarder edə bilər
Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Müəllif: Şəbnəm İbrahimxəlilova,Banco.az
“Grand Theft Auto” (GTA) videooyun seriyasının arxasında dayanan Sem və Den Huaser qardaşları yeni oyunun satışlarından yüz milyonlarla dollar qazana bilərlər. “Forbes” nəşrinin hesablamalarına görə, xüsusilə “Rockstar Games”in prezidenti Sem Huaserin indiyədək əldə etdiyi gəlirlər və yeni oyundan gözlənilən ödənişlər onun sərvətini 1 milyard dollara çatdıra bilər.
1997-ci ildə təqdim olunan “Grand Theft Auto” bu gün videooyun sənayesinin ən gəlirli franşizalarından birinə çevrilib. “Forbes”in qiymətləndirməsinə əsasən, seriya indiyədək təxminən 14 milyard dollar satış gəliri əldə edib.
Qardaşların bu uğurda fərqli rolları olub. Sem Huaser 1998-ci ildən “Rockstar Games”ə rəhbərlik edir və şirkətin inkişafında əsas fiqurlardan biri hesab olunur. Kiçik qardaşı Den Huaser isə oyunların ssenarilərinin, dialoqlarının və yaradıcı məzmununun hazırlanmasında mühüm rol oynayıb. O, 2020-ci ildə şirkətdən ayrılaraq öz oyun studiyasını yaradıb.
Qardaşlara milyonlarla dollar qazandıran müqavilə
Huaser qardaşlarının böyük gəlirlər əldə etməsinin əsas səbəblərindən biri “Take-Two Interactive” ilə 2008-ci ildə bağlanmış mənfəət bölgüsü müqaviləsidir. Həmin vaxt “GTA IV” oyununun uğurundan sonra şirkət əsas yaradıcı heyəti özündə saxlamaq üçün yeni maliyyə təşviqi proqramı hazırlamışdı.
Müqavilənin detalları əvvəlcə ictimaiyyətə açıqlanmasa da, 2016-cı ildə keçmiş “Rockstar” rəhbəri Lesli Benzisin şirkətə qarşı qaldırdığı məhkəmə iddiası zamanı bəzi şərtlər üzə çıxıb.
Məlum olub ki, “Rockstar Games”in oyunlarından əldə edilən əməliyyat mənfəətinin 50 faizi əməkdaşlar üçün nəzərdə tutulan bonus fonduna yönəldilib. Sem və Den Huaser, eləcə də oyunun istehsalçılarından Lesli Benzis bu fondun hər biri üçün maksimum 25 faizə qədər pay əldə etmək hüququna malik olub. Fondun qalan hissəsi isə digər əməkdaşlar arasında bölüşdürülməli idi.
Benzis məhkəmə iddiasında şirkətin ona 153 milyon dollar borclu olduğunu iddia edib. O, həmçinin Huaser qardaşlarının 2014-cü ilin dekabrından 2015-ci ilin avqustunadək hər birinin 46 milyon dollar ödəniş aldığını bildirmişdi. Mübahisə 2019-cu ildə şərtləri açıqlanmayan razılaşma ilə yekunlaşıb.
“Take-Two Interactive” müqavilənin bütün detallarını açıqlamayıb. “Forbes”in hesablamasına görə, Sem Huaser “Grand Theft Auto” və “Red Dead Redemption II” kimi digər oyunlardan əldə edilən ödənişlər hesabına indiyədək 1 milyard dollara qədər royalti almaq hüququ qazanmış ola bilər. Bu, onun artıq həmin məbləği əldə etdiyi və ya sərvətinin 1 milyard dollar olduğu demək deyil.
GTA VI-nın satışları gəlirləri daha da artıra bilər
Yeni oyunun satışları qardaşların gəlirlərinə əlavə təkan verə bilər. “Forbes”in noyabrın 18-də dərc etdiyi materialda analitiklərin “GTA VI”nın ilk dörd ayda 40 milyondan çox nüsxə sata biləcəyini proqnozlaşdırdığı qeyd olunurdu.
Oyun noyabrın 19-da satışa çıxıb. “Reuters”in məlumatına görə, “GTA VI” ilk 24 saat ərzində 3,79 milyard dollar satış gəliri əldə edərək əyləncə sənayesində rekord göstəriciyə imza atıb. Bu nəticə oyunun uzunmüddətli gəlir potensialını da artırır.
Baxış sayı:99
Bu xəbər 26 Noyabr 2026 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















