Mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Fevralın 6-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi, mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.
"Unikal" xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri və döyüş yoldaşları, şəhid ailələri, zabitlər, ziyalılar, kitabxana əməkdaşları və digər qonaqlar iştirak ediblər.
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhid Emin Süleymanovun həyat və şərəfli döyüş yolundan bəhs edən videoçarx nümayiş olunub.
Çıxış edənlər şəhidin qəhrəmanlığından danışıblar. Bildiriblər ki, Azərbaycan tarixinin ən şanlı səhifəsində yer alan şəhidlərimiz gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Bədii hissədə şəhid Emin Süleymanova həsr olunan musiqilər ifa edilib, haqqında nəşr edilən "Qutsal yolçu" adlı kitabın təqdimatı keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 07 Fevral 2025 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















