Mbappe Fransa millisinə çağırılmayıb
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Real Madrid"in hücumçusu Kilian Mbappe Millətlər Liqasının qrup mərhələsinin qarşıdakı oyunları üçün Fransa millisinə çağırılmayıb.
Sfera.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının saytı məlumat yayıb.
23 futbolçunun yer aldığı siyahıda son beynəlxalq fasilədə yalnız vacib oyunlarda iştirak etmək istədiyini bildirən, həmçinin zorlamada şübhəli bilinən Mbappenin adı yer almayıb.
Oktyabrın 12-də Fransa millisinin sabiq futbolçusu Jerom Roten Mbappenin milli komandada kapitan sarğısının götürülməsinə çağırıb.
"Siz hamımıza istirahətə, fasiləyə ehtiyacınız olduğunu izah edirsiniz və sonra Deşamın, bütün komandanın və bütün Fransa xalqının heç nəyə əhəmiyyət vermədiyini başa düşməsinə icazə verirsiniz",- Roten bildirib.
Bu beynəlxalq fasilədə Fransa noyabrın 14-də İsrail, 17-də isə İtaliya ilə qarşılaşacaq .
İnci
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 07 Noyabr 2024 20:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















