Icma.az
close
up
RU
Mbappe karyerasında ilk dəfə “Qızıl buts” qazandı

Mbappe karyerasında ilk dəfə “Qızıl buts” qazandı

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Avropada futbol mövsümünün sonluğu həm də “Qızıl buts” uğrunda maraqlı mübarizəyə səhnə oldu.
"Football-plus az" xəbər verir ki, Viktor Dyokereş hər nə qədər “Sportinq”də əla mövsüm keçirsə də, bu mükafatı qazana bilmədi.
İsveçli forvard Portuqaliya çempionatının son 3 turunda hesabına yalnız 1 qol yaza bildi və və mövsümü 39 qolla tamamladı. “İkinci eşelon” ölkələrində, məlum olduğu kimi, “Qızıl buts”un hesablanması zamanı bir qol 1,5 əmsala, “böyük beşlik”də isə 2 əmsala vurulur. Ona görə də Dyokereş mövsümü yalnız 58,5 xalla tamamladı.
“Real”ın ünlü forvardı Kilian Mbappe isə məhsuldar oyununu son turda - “Real Sosyedad”la qarşılaşmada da davam etdirərək dubl etdi. O, La Liqada qollarının sayını 31-ə, xalını isə uyğun olaraq 62-yə yüksəltdi. Mbappeni real olaraq yaxalamaq fürsəti yalnız Məhəmməd Salahda idi. Premyer-liqanın son turundan öncə hesabında 28 qol olan misirli ulduz “Kristal Pelas”a qarşı het-trik edəcəyi təqdirdə mükafatı Mbappe ilə bölüşəcəkdi. Amma son oyunlarda məhsuldarlığı aşağı düşən Salah bu dəfə hesabına yalnız 1 qol yaza bildi və mövsümü 29 qolla, yəni 58 xalla tamamladı.
Nəzəri cəhətdən bazar günü axşam saatlarında “Barselona”lı Robert Levandovski ilə “Atalanta”lı Mateo Reteqi da liderə çata bilərdi. Amma bunun üçün onlar 6 qol vurmalıydılar. Təbii ki, möcüzə baş vermədi. Reteqi, ümumiyyətlə, fərqlənə bilmədisə, Leva “Atletik”ə yalnız iki qol vura bildi.
Beləliklə, Mbappe 2024/25-də “Qızıl buts” mükafatının sahibi oldu. Fransalı ulduz karyerasında ilk dəfə bu mükafata sahib çıxdı. Halbuki o, 2018/19-da PSJ-nin heyətində Liqa-1-də indikindən çox – 33 qol vurmuşdu. Amma həmin illərdə hələ Leo Messi fırtınası əsirdi. Argentinalı o mövsümdə La Liqanı 36 qolla tamamlamışdı.
Onu da bildirək ki, ardıcıl 24-cü mövsümdə “Qızıl buts” “böyük beşlik”də çıxış edən futbolçuya qismət oldu. Sonuncu dəfə “böyük beşlik”də oynamayan futbolçunun bu mükafatı qazanması faktına 2001/02-də rast gəlinib. Həmin vaxt Mario Jardel “Sportinq”in heyətində Portuqaliya çempionatında 42 qol vumuşdu. Sonda bu mövsüm “Qızıl buts” uğrunda mübarizədə ilk “10-luğ”u sizə təqdim edirik.
1. Kilian Mbappe (Real, Fransa) – 31 (62 xal).
2. Viktor Dyokereş (Sportinq, İsveç) – 39 (58,5)
3. Məhəmməd Salah (Liverpul, Misir) – 29 (58)
4. Robert Levandovski (Barselona, Polşa) – 27 (54)
5. Harri Keyn (Bavariya/İngiltərə) – 26 (52)
6. Mateo Reteqi (Atalanta/İtaliya) – 25 (50)
7. Aleksander İsak (Nyukasl, İsveç) – 23 (46)
8-9. Erlinq Holann (Mançester Siti/Norveç) – 22 (44)
8-9. Omar Marmuş (Mançester Siti/Misir) – 22 (44)
10. Mika Biret (Şturm, Monako/Danimarka) – 24 (42,5)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 İyun 2025 22:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri