Mbappe “Real”ın tarixinə düşdü
Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.
İspaniyanın "Real Madrid" komandasının futbolçusu Kilian Mbappe “kral klubu”nun tarixinə düşüb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, klublararası dünya çempionatının 1/4 final mərhələsində Almaniyanın “Borussiya Dortmund” komandası ilə matçda (3:2) sonuncu qolun müəllifi olan fransalı hücumçu Madrid təmsilçisinin heyətində bir mövsüm ərzində 7 fərqli turnirdə fərqlənən ilk oyunçu olub.
O, bunadək La Liqa, İspaniya Kral Kuboku, Çempionlar Liqası, İspaniya Superkuboku, UEFA Superkuboku və Qitələrarası Kubokda qol vurub.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ilin yayından “Real Madrid”də çıxış edir.
Baxış sayı:169
Bu xəbər 07 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















