Icma.az
close
up
RU
Mbappe yenə tarix yazdı, Barsa nın çempionluğu bir günlüyə təxirə düşdü

Mbappe yenə tarix yazdı, Barsa nın çempionluğu bir günlüyə təxirə düşdü

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

La Liqanın 36-cı turunda ''Real'' ''Malyorka''nı qəbul etdi.
''Football-plus.az'' xəbər verir ki, Madrid nəhəngi xal itirəcəyi təqdirdə ''Barselona'' bu turun oyununu keçirmədən çempionluğu rəsmiləşdirəcəkdi.
68-ci dəqiqəyə qədər oyun ''Barsa''nın istədiyi ssenari ilə gedirdi. Amma qorxunc üstünlüyə malik olan ''Real'' vəziyyəti lehinə dəyişməyə müvəffəq oldu. Əvvəlcə Mbappe hesabı bərabərləşdirdisə, əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə səhnəyə Xakobo Ramon çıxdı.
Bu mövsüm ilk dəfə start heyətində meydana çıxan 20 yaşlı müdafiəçi topu qapıçının üzərindən tora göndərməklə La Liqada ilk qolunu vurdu. Bu qol ''Barsa''nın çempionluğunu ən azı 24 saatlığa təxirə saldı. Komanda bu gün Kataloniya derbisində səfərdə ''Espanyol''a qalib gələcəyi təqdirdə çempionluğunu rəsmiləşdirəcək. ''Real'' qapıya 39 zərbə endirdi ki, bu da klubun 2003-cü ildən bu yana öz meydanındakı La Liqa matçında ən yaxşı göstəricisidi.
Bundan başqa ''Real'' 26 künc zərbəsi yerinə yetirməklə son 20 ildə La Liqada ilkə imza atdı. Mbappe bu mövsüm 40-cı qolunu vurdu. O, İvan Samoranonun rekordunu hələ ötən tur yeniləyərək ilk mövsümdə klub tarixində ən çox qol vuran futbolçuya çevrilmişdi. Bu dəfə isə Mbappe daha bir rekordu yenilədi. O, La Liqada 28-ci qolunu vurdu. Klub tarixində ilk mövsümdə heç bir futbolçu La Liqada bu qədər qol vurmamışdı! Əvvəlki rekord 1953/54-də 27 dəfə fərqlənən əfsanəvi Alfredo Di Stefanoya məxsus idi. Mbappe həm də XXI əsrdə İspaniya çempionatının rekorduna imza atdı. Amma ümumi rekord braziliyalı Ronaldoya məxsusdu. O, ''Barselona''da debüt mövsümü olan 1996/97-də çempionatda 34 dəfə fərqlənmişdi.
Onu da bildirək ki, ''Real'' buraxılan qolların sayı baxımından son 21 ilin ən pis mövsümünü keçirir. Komanda bu mövsüm artıq 60 rəsmi oyuna 76 qol buraxıb! 2003/04-də də ''kral klubu'' məhz 76 qol buraxmışdı. Bu mövsüm La Liqa klublarında yalnız ''Valyadolid'' rəsmi oyunlarda ''Real''dan daha çox (92) qol buraxıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 15 May 2025 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see291

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see289

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see288

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see284

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see279

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see278

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see260

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see257

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see254

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see254

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see244

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see240

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see234

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see222

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see221

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see220

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see207

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see200

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see199

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri