Icma.az
close
up
RU
Menu

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

Marsda “kartof çipsi” dalğaları tapıldı

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

Bakıda 28 istiqamətdə sıxlıq var

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müstəqil Dövlətlər Birliyinin (MDB) Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib.

Modern.az xəbər verir ki, bu barədə Şuranın Bakıda keçirilən 39-cu iclasında bildirilib.

İclasda çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının fəaliyyətinin mövcud təcrübələrin mübadiləsi ilə yanaşı, əmək və sosial-iqtisadi siyasətlərin perspektiv inkişaf istiqamətlərinin müzakirəsi, innovativ yanaşmaların hazırlanması və praktik əməkdaşlıq imkanlarının müəyyən edilməsi baxımından da əhəmiyyətli olduğunu bildirib.

O, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə son illərdə əmək və məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. Nazir Azərbaycanda 2018-2026-cı illərdə 4 milyon insanı əhatə edən beş sosial islahat paketinin icra edildiyini, bu islahatlar üçün hər il əlavə olaraq 8 milyard manat, yəni 4,7 milyard ABŞ dolları ayrıldığını, gələn il altıncı sosial islahat paketinin həyata keçirilməsi üçün hazırlıq işlərinə artıq başlandığını diqqətə çatdırıb.

İllik müqayisədə məşğulluq orqanlarının həyata keçirdiyi aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin 2 dəfə artdığı, o cümlədən işlə təmin edilənlərin sayında 3,6 dəfə, özünüməşğulluq proqramına cəlb edilənlərin sayında 2,7 dəfə, peşə təliminə cəlb olunanların sayında 7,1 dəfə, peşəyönümü xidmətlərə cəlb edilənlərin sayında 3 dəfə artımın olduğu, habelə işsizliyə görə sığorta ödənişinin orta aylıq məbləğinin 1,4 dəfə artdığı qeyd edilib.

Bundan əlavə, qeyd edilən dövrdə əmək müqavilələrinin sayının 44 faiz, minimum əməkhaqqının 3,1 dəfə, orta aylıq əməkhaqqının 2,1 dəfə və əməkhaqqı fondunun 3,4 dəfə, minimum və orta aylıq pensiyanın təqribən 3 dəfə, sosial müavinət və təqaüd ödənişlərinin 5 dəfə, ünvanlı dövlət sosial yardımının orta aylıq məbləğinin 2,5 dəfə artdığı bildirilib.

Əmək və sosial müdafiə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi üçün atılan addımlar, bu sahədə elektronlaşma prosesinin daha geniş rəqəmsal transformasiya mərhələsinə keçdiyi qeyd edilib.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə DOST Agentliyinin və DOST mərkəzlərinin yaradıldığı, DOST mərkəzlərinin dövlət sosial xidmətlərinin "bir pəncərə"dən, şəffaf, operativ, vətəndaş məmnunluğuna uyğun göstərilməsinə imkan yaratdığı vurğulanıb. Nazirlik üzrə xidmətlərin 90 faizdən çoxunun elektronlaşdırıldığı, ölkədə son illər aparılan sosial islahatların 300-dən çox beynəlxalq mükafat və sertifikata, o cümlədən BMT-nin Dövlət Xidmətləri Mükafatına layiq görüldüyü vurğulanıb.

Nazir Anar Əliyev MDB Əmək, Məşğulluq və Əhalinin Sosial Müdafiəsi üzrə Məşvərət Şurasının bugünkü iclası çərçivəsində aparılacaq müzakirələr və fikir mübadiləsinin gələcək fəaliyyətimizin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.

Məşvərət Şurasının Katibliyinin rəis müavini, MDB-nin İcraiyyə Komitəsinin Siyasi, humanitar və sosial sahələrdə əməkdaşlıq departamentinin müşaviri Olqa Kremskaya MDB-nin Baş katibinin müavini Nurlan Seytimovun açılış nitqini səsləndirib.

Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib. Özbəkistanın məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkəsinin Şuraya sədrliyi çərçivəsində əldə edilən nəticələr və Şuranın 38-ci iclasının qərarlarının icrası işlərinə dair məlumat verib.

MDB-nin Baş katibi Serqey Lebedev adından Özbəkistan Məşğulluq və Yoxsulluğun Azaldılması Nazirliyinin nümayəndələrinə Özbəkistan tərəfinin Məşvərət Şurasında sədrliyi çərçivəsində MDB məkanında əmək və sosial sahədə əməkdaşlığa verdiyi töhfəyə görə mükafatlar təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev, Belarus Respublikasının əmək və sosial müdafiə nazirinin müavini Marina Artemenko, Qazaxıstan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Baxtiyar Jazıkpayev, Qırğız Respublikasının əmək, sosial təminat və miqrasiya nazirinin müavini Aida İsatbəy qızı, Rusiya Federasiyasının əmək və sosial müdafiə nazirinin birinci müavini Olqa Batalina, Tacikistan Respublikasının əmək, miqrasiya və əhalinin məşğulluğu nazirinin birinci müavini Nəsim Kərimzadə, Türkmənistan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qurban Qurbanov, Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin birinci müavini Marat Jurayev ölkələrində sosial-əmək sahəsindəki cari vəziyyət və bu sahədə həyata keçirilən tədbirlər haqqında çıxış ediblər.

İclasda Azərbaycan və Qazaxıstanda əmək, məşğulluq və sosial müdafiə sahələrində rəqəmsal xidmətlərin inkişafı haqqında məlumat verilib.

"MDB-də 2028-ci ilin Sosial İnkişaf və Həyat Keyfiyyəti İli elan edilməsi ilə əlaqədar tədbirlərin hazırlanması", "2023-2025-ci illər üçün MDB-də model qanunvericilik fəaliyyətinin Perspektiv İnkişafı Planının həyata keçirilməsi", "Rəqəmsal platformalarda məşğulluğun statistik ölçülməsi: MDB ölkələrinin təcrübəsi", "Əmək normalarının müəyyən edilməsi sahəsində işlərin metodiki və təşkilati-texniki təminatı üzrə MDB-nin iştirakçı dövlətlərinin baza təşkilatı", "MDB-nin iştirakçı dövlətlərində sosial tərəfdaşlıq sisteminin təkmilləşdirilməsi" və s. mövzularda çıxışlar edilib, müzakirələr aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Oktyabr 2026 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see755

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see596

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see311

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see307

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see299

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see298

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see298

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see276

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see261

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see259

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see257

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see252

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see251

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see250

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see247

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see233

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see229

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see223

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see221

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri