Icma.az
close
up
RU
MDB münaqişə edən dövlətlər birliyidir Millət vəkili

MDB münaqişə edən dövlətlər birliyidir Millət vəkili

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Sovet İttifaqının süqutundan sonra keçmiş respublikalar arasında siyasi, iqtisadi və humanitar əlaqələri qorumaq məqsədilə müxtəlif təşəbbüslər irəli sürüldü. Onlardan ən iddialısı 1991-ci ildə yaradılan Müstəqil Dövlətlər Birliyi (MDB) idi. Təşkilatın yaradılmasında məqsəd müstəqil dövlətlər arasında əməkdaşlığı dərinləşdirmək, qarşılıqlı təhlükəsizliyi təmin etmək və ortaq inkişaf platforması yaratmaq idi. Lakin 30 ildən artıq mövcudluğu ərzində MDB haqqında danışarkən nəzəriyyə ilə reallıq arasındakı böyük fərq açıq şəkildə görünür.

Son vaxtlar Azərbaycanın MDB-dən uzaqlaşacağı ilə bağlı iddialar səslənir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Metbuat.az-a bildirib ki, əgər MDB-yə üzv ölkələr həqiqətən də “Müstəqil Dövlətlər Birliyi” adının məntiqinə uyğun şəkildə davranmış olsaydılar, bu gün Rusiya və Ukrayna arasında dəhşətli müharibə baş verməzdi:

“MDB yarandığı gündən heç vaxt öz məqsədlərinə çata bilməyən və nizamnaməsində əksini tapan prinsipləri yerinə yetirməyi bacarmayan bir təşkilat kimi yadda qalıb. Bu qurum 1991-ci ildə Rusiya, Belarusiya və Ukraynanın təşəbbüsü ilə yaradılıb. Tarix boyu MDB üzv ölkələr arasında davamlı münaqişələrin şahidi olub. Gürcüstanla Rusiya, Rusiya ilə Moldova, Azərbaycanla Ermənistan, Tacikistanla Qırğızıstan arasında müxtəlif vaxtlarda müharibələr baş verib. Bu faktlar göstərir ki, MDB nizamnaməsində nəzərdə tutulan qonşuluq münasibətləri, inteqrasiya, qarşılıqlı miqrasiya, insan hüquqlarının qorunması və əməkdaşlıq prinsipləri heç vaxt reallıqda tətbiq edilməyib”.

Deputatın sözlərinə görə, belə bir qurumda struktur dəyişikliyi və ya yenidənqurma aparmaqla ona real təşkilat forması vermək mümkün deyil:

“Mən hələ təşkilatın yarandığı dövrdə onun gələcəyi ilə bağlı proqnoz verərkən "MDB – Müstəqil Dövlətlər Birliyi deyil, münaqişə edən dövlətlər birliyidir" ifadəsini işlətmişdim. Bu gün tarix göstərir ki, həmin münaqişələr hələ də davam edir. Elə buna görə də MDB-yə üzv bəzi ölkələr yeni birliklər yaratmaq yoluna gediblər. Məsələn, Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və bir vaxtlar MDB daxilində yaranmış GUAM buna nümunədir. Lakin bu cür yeni formatlar belə MDB-nin yerinə səmərəli alternativ ola bilməyib”.

Hikmət Babaoğlu qeyd edib ki, MDB ölkələri arasındakı iqtisadi və siyasi əlaqələr əsasən ikitərəfli münasibətlər çərçivəsində tənzimlənir. Onun sözlərinə görə, hazırda vizasız gediş-gəliş, hava limanında viza alma imkanı kimi məsələlər ikitərəfli razılaşmalarla həyata keçirilir. Ümumiyyətlə, MDB nə yarandığı dövrdə, nə də bu gün funksional və effektiv bir qurum ola bilməyib”.

Gülbəniz Hüseynli / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 14 Avqust 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see592

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see518

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see266

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see263

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see253

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see251

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see229

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see223

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see222

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see222

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see173

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see172

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see170

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri