Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

MDB nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub

MDB nin “Forum Plyus” jurnalında Laçın haqqında maraqlı material dərc olunub

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 6 may, AZƏRTAC

MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun “Forum Plyus” jurnalında Azərbaycanın işğaldan azad edilmiş və bu il Birliyin mədəniyyət paytaxtı elan olunmuş Laçın rayonu haqqında “Laçınlı Yusif” sərlövhəli material dərc olunub. Yazı laçınlı rəssam Yusif Mirzə ilə geniş müsahibəni və rəssamın tablolarının fotoşəkillərini ehtiva edir.

AZƏRTAC xəbər verir ki, müsahibənin giriş hissəsində qeyd olunub: “Azərbaycanlı rəssam Yusif Mirzə əslən dağ şəhəri olan Laçındandır. Bu il Birliyin mədəniyyət paytaxtı statusunu almış bu əsrarəngiz məkan haqqında təqribən 200 il əvvələ aid məşhur “Laçın” mahnısı da var. Bu mahnı Laçının təbiəti kimi melodik, sakitləşdiricidir”.

Qeyd olunub ki, Yusif Mirzə doğma Laçını öz əsərlərində vəsf edir. Rəssam işğaldan sonra ata-baba yurduna getmək istədiyini, otuz ildən artıq davam edən həsrətə son qoymaq arzusunun yerinə yetdiyini deyib. O, laçınlıların milli geyim tərzi, adət-ənənələri, uşaqlıq illərində yaddaşına həkk olunmuş bayramlar, kəlağayı ilə rəqs edən qızlardan bəhs edib. Yusif Mirzə əlavə edib: “Dağda qədim alban kilsəsi var idi. Orada hər şeyi bir növ möcüzə kimi qəbul edirdim...Yay tətilində günlərimiz Laçının mirvarisi olan Qaragöl gölünün sahilində keçirdi. 1987-ci ildən bu göl nadir təbiət abidəsi kimi tanınaraq Qaragöl Dövlət Təbiət Qoruğunun tərkibinə daxil edilib. Bütün bu gözəllik uşaqlıqda mənə nağıl kimi gəlirdi”.

Rəssam deyir: “Təəssüf ki, kəndlərdə yalnız xarabalıqlar və xatirələr qaldı. Körpə ikən xalçalarda, kilimlərdə oynayıb böyümüşəm, onların naxışları mənə təsir edirdi. Onlar bütün nağıl aləmini təxəyyülümdə sanki canlı əks etdirirdi”. Yusif Mirzə vurğulayır ki, bütün bu təəssüratlar böyüyəndə onda rəssam olmaq arzusu doğurdu. O, həmçinin sənət sevgisinin formalaşmasında milli musiqidən – Qara Qarayev, Fikrət Əmirov, Vaqif Mustafazadə kimi görkəmli şəxsiyyətlərdən ilham aldığını deyib.

Düşmən işğalından azad edilmiş doğma yurduna son səfərini xatırlayan rəssam qeyd edib: “Keçən ilin iyul ayında Laçında oldum. Doğma yurdumla bağlı yaradıcılığım da məhsuldar olub - 40 rəsm və dörd heykəl yaratmışam, 90-a yaxın eskiz hazırladım. Həm işğaldan əvvəlki dövrdə, həm də Laçının azad edilməsindən sonra başa çatdırılmış 100-ə yaxın tablo çəkmişəm. Ümid edirəm ki, gələcəkdə onları fərdi sərgidə təqdim edə biləcəyəm. Rəsmlərimdə yaşadıqlarımı çatdırmağa çalışıram. Bu, mənə bu motivasiya verir. Doğma torpaqlarımızın azad edilməsi, kiçik vətənimi yenidən görmək imkanı məni yeni yaradıcılıq uğurlarına ruhlandırır”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see274

63 yaşlı həkim ürəktutmadan vəfat etdi FOTO

26 Dekabr 2025 12:06see267

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see246

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see234

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see212

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see201

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see178

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see177

İsrail ordusu Hizbullahın təlim mərkəzinə zərbələr endirdi

26 Dekabr 2025 15:22see158

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see155

Aktau şəhərində AZAL aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı tədbir keçirilib

26 Dekabr 2025 07:15see150

Pulu özünə çəkən 4 bürc Hər işləri bərəkətli olur

26 Dekabr 2025 03:26see140

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see138

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see136

“Azərbaycanın beynəlxalq əməkdaşlığı 2025 ci ildə fəal şəkildə davam edib” Nazir

26 Dekabr 2025 16:15see136

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see135

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see134

Azərbaycanlı onkoloqlarının elmi işi birinci yeri qazandı Mükafat xəstə uşaqlara bağışlandı FOTO

26 Dekabr 2025 16:16see132

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see129

Hamilə qadınlar dişlərini müalicə etdirə bilər?

26 Dekabr 2025 06:14see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri