MDB ölkələri arasında gömrük prosedurları sadələşdirilməlidir İlhom Abdurahman
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
MDB-yə sədrlik müxtəlif aspektləri əhatə edəcək.
Teleqraf.com xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlhom Abdurahman yanvarın 23-də Tacikistanın Azərbaycandakı Səfirliyinin Tacikistanın 2025-ci ildə Müstəqil Dövlətlər Birliyində (MDB) sədrliyinə həsr olunmuş brifinqi zamanı qeyd edib.
Səfir bildirib ki, bütün sahələrdə qarşılıqlı əlaqələrə əsaslanan mütəmadi tədbirlər həyata keçiriləcək.
"Nümayəndəlik fəaliyyətimiz MDB ölkələri arasında münasibətlərin inkişafını, MDB-nin beynəlxalq arenada imicinin yaxşılaşdırılmasını, 2030-cu ilə qədər MDB ölkələri arasında ticarət dövriyyəsinin artırılmasını, həmçinin, ölkələr arasında enerji sahəsində əməkdaşlığı, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün daha müasir texnologiyalara keçidi də əhatə edir ",- İlhom Abdurahman diqqətə çatdırıb.
Səfir əlavə edib ki, gömrük prosedurları ölkələr arasında sadələşdirilməli, yeni mexanizmlər qəbul edilməli və beynəlxalq tranzitlə bağlı problemlər aradan qaldırılmalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 23 Yanvar 2025 11:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















