Icma.az
close
up
RU
Ruslar arasında ən populyar MDB ölkələri hansılardır..?

Ruslar arasında ən populyar MDB ölkələri hansılardır..?

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

...Deməli, Özbəkistan Rusiya vətəndaşları üçün ölkəyə girişi asanlaşdırır. Belə ki, bundan sonra ruslara Özbəkistana gəlmək üçün xarici pasport-filan lazım olmayacaq,.. şəxsiyyət vəsiqən var, buyur keç...

SİA xəbər verir ki, rusların yazdığına görə, bu qərar qarşılıqlı yaxınlaşma siyasətinin davamı olacaq və artıq Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanda olduğu kimi respublikaya səfəri sadələşdirəcək.

Müzakirə olunan yenilik fonunda KP.RU saytı “VKontakte”, “Odnoklassniki” sosial şəbəkələrində, həmçinin “Telegram” və “Viber” messencerlərində öz auditoriyası arasında onlayn sorğu keçirərək, hansı qonşu ölkələrin rusları daha çox maraqlandırdığını öyrənib.

Araşdırmada 7,4 min insan iştirak edib. İştirakçılara bir neçə cavab seçməyə icazə verilib.

Sorğunun nəticələrinə görə, Belarus ruslar arasında cəlbediciliyə görə lider olub: respondentlərin 39 faizi bunu arzuolunan yer adlandırıb.

Çoxları dostlarını və qohumlarını ziyarət etmək, habelə görməli yerləri, o cümlədən Polşa dövrünün memarlığını görmək istədiklərini bildiriblər.

…Özbəkistan ikinci ən populyar istiqamət olub və respondentlərin 12 faizi ora getmək istəyib. Göstərilən səbəblər arasında tarixi irs, zəngin milli mətbəx və Daşkənd, Səmərqənd, Buxara və Xivə kimi şəhərlərə maraq göstərilib. Respondentlər məşhur minarələri və qədim tikililəri görmək istəyini qeyd ediblər.

Tədqiqat iştirakçılarının 8 faizi Ermənistana səfər etmək istəyir. Ən çox adı çəkilən şəhərlər İrəvan, Sevan gölü və yerli mədəniyyətə və qonaqpərvərliyə maraq olub.

Azərbaycan respondentlərin 7 faizinin diqqətini ilk növbədə təbii landşaftları və Xəzər sahili ilə cəlb edib.

Respondentlərin 6 faizi Qazaxıstanı, 3 faizi isə Qırğızıstanı seçib.

Sonuncu, İssık-Kul gölünə görə turistlərin xüsusi marağına səbəb olur.

İştirakçıların 2 faizi Tacikistana səs verib, daha 14 faizi isə bütün yaxın xaric respublikalarına səfər etmək arzusunda olduğunu bildirib.

Bundan əlavə, respondentlərin 2 faizi Çin, Türkmənistan, Abxaziya və Gürcüstan kimi istiqamətlərə üstünlük verib. Eyni zamanda, iştirakçıların 30 faizi hələ xaricə səfərlər planlaşdırmadıqlarını, daxili turizmə - Baykal, Altay və Kamçatkaya üstünlük verdiklərini bildirdilər.

…Yeri gəlmişkən, bundan əvvəl, mayın 28-də Soçidə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistanın müvafiq nazirliklərinin rəhbərlərini və aparıcı ekspertləri birləşdirən Müstəqil Dövlətlər Birliyinin (MDB) Turizm Şurasının genişləndirilmiş iclası sənayenin cari məsələlərini müzakirə edib.

Nazlı Almuradova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:175
embedMənbə:https://sia.az
archiveBu xəbər 29 May 2025 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see627

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see318

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see307

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see300

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see297

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see295

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see282

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see268

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see263

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see254

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see248

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see239

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see234

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see234

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see234

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see230

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see228

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see226

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri