Icma.az
close
up
RU
Məbəd yandırmaqla məşhurlaşmaq xisləti

Məbəd yandırmaqla məşhurlaşmaq xisləti

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Günümüzdə bir-birinin işini (əsərini) bəyənən bərbər, maşın ustası, bənna, suvaqçı, həkim, müəllim, taksi sürücüsü, şair, yazıçı (və sair və ilaxır) görmək müşkülə çevrilib. O gün bir müharibə veteranı ilə söhbətləşirdim, o da müharibədə iştirak etmiş, adı çıxmış heç bir veteranı bəyənmədi, onların xidmət və qəhrəmanlıqlarını qəbul etmədi. Belə çıxdı ki, bu eloğlu tək döyüşüb, yeganə kişi kimi döyüşən o olub. “Haqq-ədalət uğrunda yeganə mübarizə aparan bizik” ifadəsi sizə bir yerdən tanış olmalıdır. Həmin söhbətdir. Siyasilər də bir-birini bəyənmir, biri o birinin xidmətini qəbul etmir. Özündən əvvəlkini bəyənməmək, tənqidi, özü də qərəzli tənqidi peşə bilmək nə qədər ağrılı olsa da az qala milli xarakterə çevrilir. Bu, biznes rəqabəti, yaşayış uğrunda mübarizəyə daxil olan çəkişmə-filan söhbəti deyil, bu artıq qana hopmuş, iliyimizdə xüsusi kod qazanmış xüsusiyyətdir, nəsildən nəsilə ötürülür... Həm də keçmişi bəyənməmək, illərlə, bəzən yüz illərlə xalqın dəyər saydığı sənətkarları məntiq və bədiyyatdan kənar hədəfə çevirmək qəhrəmanlıq sayılır. Əslində bəzən klassik ədəbiyyatı başa düşmədikləri, dərk etmədikləri üçün inkar edirlər: guya yeni ədəbiyyat yaradırlar. Ancaq yeni ədəbiyyatı yaradanın özü doğrudan da gərək ədəbiyyata bir novatorluq gətirsin. Onların belə bir ədəbi nümunəsi varmı ki, ortalığa çıxarsınlar? Ona görə onlar gözdənsalma yolunu seçiblər. Düzdür, həmin gənclərin içərisində istedadlı yazarlar da var. Ancaq onların yazdıqlarına peşəkar gözlə nəzər salanda görürsən ki, nə məzmunca, nə də formaca inkar etdikləri ilə müqayisə ediləcək bir yazıları yoxdur. Təzə bir şey yarada bilmirsənsə, yaranmış əsərləri inkar etməklə heç nəyə nail ola bilməyəcəksən.

Tanınmış şair və yazıçılarmızı gözdən salmaq prosesi ədəbiyyatda 2000-ci illərdən başlayıb. O mənada ki, o yazıçı və şairlər sovet dövründə yaşayıblar və o dövrün həqiqətlərini əks etdiriblər. Əslində isə keçmişi, klassik ədəbiyyatı inkar etmək özünü, varlığını inkar etməkdir. Klassik ədəbiyyat yaddaş deməkdir. Klassiklər artıq öz sözlərini demiş və Azərbaycan ədəbiyyatında öz yerlərini tutan insanlardır. Bu baxımdan kimə daş atırsan at, həmin daş yenə özünə qayıdacaq...

Belə “klassik üsullardan" istifadəni özünə prinsip seçənlərdən biri də Emil Rasimoğludur. Adam ya dərk etmədiyi, ya da heç oxumadığı ədiblərə palçıq atır. Guya "sağlam tənqid" edir, guya modernzm, postmodernizm örnəyi sərgiləyir.

Emil Rasimoğlunun adını ilk dəfə Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayında eşitmişik. Heç kimin yaxından tanımadığı bu gənc nüfuzlu qələm sahiblərini birləşdirən mötəbər yaradıcılıq təşkilatına sədr seçilmək həvəsinə düşmüşdü. Lakin namizədliyi səsə qoyulmadı. Görünür, öz istəyini qaydalara uyğun, vaxtında bildirməmişdi. Bundan sonra onun sosial mediada AYB-yə, Xalq yazıçısı Anara, AYB-nin katiblərinə və ədəbi orqanların redaktorlarına“hücumları” başlandı. Ən adi ədəbi tənqid və etika normalarından, yazı mədəniyyətindən çox-çox uzaq olduğuna görə adamlar onun çırpıntılarına və qərəzli cızmaqaralarına heç bir əhəmiyyət vermədilər.

Görünən budur ki, Emil, xırda istisnalarla, bütün yaşlı nəsli və onların yaradıcılığını bəyənmir: Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Anar, Elçın, Məmməd İsmayıl, Musa Yaqub, Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zəlimxan Yaqub, Vahid Əziz və s. Sən demə, ədəbiyyat tarixində öz yeri olan və taleyini Azərbaycan söz sənətinin inkişafına vermis, kitabları əldən-ələ gəzən qələm sahiblərinin əsərlərinin əsl ədəbiyyata heç bir dəxli yox imiş... Xalq yazıçısı Anarla bir yerdə çalışan “Elçin Hüseynbəylilər, Salam Sarvanlar, Azər Turanlar isə mövqeyi “güllələnmiş” adamlardır. Bu yanaşmanın ağılsızlıqdan başqa adı yoxdur.

Gənclərimizin, o cümlədən ədəbi gəncliyin beynini zəhərləməklə ədəbiyyatı ictimai mövzulardan, milli təfəkürdən, ənənələrdən, vətənərvərlikdən qoparıb, güya “ümunmbəşəri” qazanlarda“emal”olunan bir məhsul kimi görmək istəyənlərlərin məqsədi aydındır. Emil də atmacalarında tez-tez “ümumbəşəri” anlayışını milli, dini dəyərlərə qarşı qoyur; başa düşmür ki, dünyada ümumbəşəri deyilən nə varsa müxtəlif xalqların milli dəyərlərin əsasında formalaşır. Milli mədəniyyətlərdən və xalqların özəl düşüncə aləmindən, özəl mənəvi dəyərlərindən kənarda, öz-özünə meydana çıxan heç bir ümumbəşəri ideya yoxdur...

Hər ədəbiyyatın öz ənənələri var. Bunu da unutmaq olmaz. Bir xalq üçün təbii olan düşüncə tərzi, bədii təsvir, metaföra sistemləri başqa xalq üçün təbii olmaya bilər. Qarşılıqlı zənginləşmə olsa da hər xalqın ədəbiyyatı ilk növbədə o xalqın öz bədii-estetik, poetik təfəkkür ənənələrinin işığında dəyərləndirilməlidir. Buna görə də heç bir mətni milli və tarixi konteksdən qoparıb təhlil etmək olmaz.

Ədəbiyyat zamanın havasından və müəllifin ruh dünyasından doğulur. Yaradıcılıq prosesini texnoloji “emal”dan ayıra bilməyən, cansızmetafora quraşdırmalarını şeir sayanlar yanılırlar...Əruz, heca, sərbəst... hansı vəzndə yazılır-yazılsın, hər şeirin bir poetik mayası olmalıdır, o varsa şeir yaşayacaq. Ya kitablarda, ya dillərdə...

Ən qəribəsi budur ki, Emil Rasimoğlu sanki məqam gözləyir, yazıçı dünyasını dəyişən kimi, üstündən bir gün keçməmiş, başlayır onun “dalınca danışmağa”. Halbuki bu sözləri deməkdən ötrü sənət adamının ölümünü gözləmək lazım deyildi. Məmməd İsmayılın, Elçinin torpağı qurumamış, onları heç bir iş görməməkdə və ya “boz ədəbiyyat” yaratmaqda, yaradıcılığın “emal prosesini” (?) pozmaqda günühlandırmaq günahdır, insanlığa yaraşmayan bir rəzalətdir. Onlar sağ olsaydılar, səhhətləri imkan versəydi, bu yazılara özləri münasibət bildirərdilər. Yaxud bir yazıçı haqqında tənqidi fikrin varsa, bu fikri niyə məhz onun ad günündə paylaşmalısan ki?

Emil cəmiyyətimizi yaxşı tanıyır və elə bilir ki, zirvələrə sahib olan ədibləri tənqid edib aşağılayanlar tez məşhur olurlar. Bunun örnəkləri də var... Emil də o yolla irəliləyir. Hədəfindəki şəxslər də Azərbaycan poeziyasında mühüm rolu olan ədəbi şəxsiyyətlərdir! Məsələn, onun Bəxtiyar Vahabzadəyə, konkret olaraq onun yaradıcılığına olan "qusma"ları. Bu il xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd olunur və bununla bağlı yazılar çap olunur.Bu yazılar heç bir ədəbi savadı olmayan Emil Rasimoğlunu bərk əsəbiləşdirir. Bu adam təkrarsız şair, alim, vətənpərvər insan olan Bəxtiyar Vahabzadəni gözdən salmaq niyyəti ilə "Bəxtiyar Vahabzadənin şeirləri ədəbiyyatdan uzaqdır", "Səməd Vurğun o şeiri yandırıb “külə” döndərməsin?”, "Bəxtiyar Vahabzadənin “gizlədilmiş” uğursuzluğu..." və sair kimi məqalələrlə Azərbaycan media orqanlarında çap olunub. Bəlkə, Emil kənd uşağıdır deyə, özünü itirib, şairi anlamayıb, ağlına gələni yazıb, ay adını "media" qoyanlar, adını "media kapitanı" qoyanlar, heç sizin vicdanınız, poeziya dərkiniz, dünyasını dəyişmiş böyük bir şairə hörmətinizdəmi yoxdur? Bəxtiyar Vəhabzadənin incik ruhu sizi tərk etməz yəqin ki.... Vahabzadəyə dil uzadan Emil həmin Emildir ki, "Daş yuxular" əsəri ilə xalqımızın kürəyinə xaincəsinə xəncər saplayan, onu "vəhşi", "qatil" kimi xarakterizə edən Əkrəm Əylislini elə xaincəsinə də müdafiə edir:“Daş yuxular” əsərinin öz ideyası var və yazıçı missiyası fövqəl enerji, yaradıcı mexanizm, spesfik ədəbi təfəkkür ümumbəşəri kodlarla məhz o ideyanı təqdim edir.

Onun fikrincə Səməd Vurğunun da istedadı olmayıb və yazdıqlarının ədəbi dəyəri yoxdur. Emilin bu fikirlərini oxuya-oxuya düşünürəm ki, görən niyə özünü zorla "ədəbiyyat cameəsinə" pərçim etməyi qarşıya məqsəd qoyub? Mil-Muğan düzündə, lap elə Salyanın Xələc kəndində balıq vətəgəsinə sahiblənmək cəmiyyət üçün daha faydalı olmazdımı?

Beş-on normal yazısı olmayan, filoloji təhsil almamış birisinin ortaya düşüb, mənasını anlamadığı bir neçə termini əlində bayraq edərək öz primitiv düşüncəsi ilə “Böyük ədəbiyyatdan”, “Böyük sənətdən” danışması gülüncdür.

O,“yaradıcı mexanizmim emal ( öz adına bənzədiyinə görə bu sözü tez-tez işlədir) prinsipi, fundamental ədəbi təfəkkür dəzgahı, ilahi-idraki fövqəl NƏSNƏ, mətnin EMAL və ENERJİ mərhələsini müşahidə edib çözə bilmək, FÖVQƏL İDRAKIN, İLAHİ ÜNSİYYƏT DALĞALARI” kimi texnoloji terminlərlə öz ədəbi savadsızlığını və ədəbi tənqiddən bixəbərliyini gizlətməyə çalışır.

Rasimoğlu yazdıqlarının cavabsız qaldığını görəndə, tənqidçilərin, ədəbiyyatşünasların yazdıqlarına da müdaxilə edir, “itaətkatlıq” damğası ilə onlara böhtan atır. Məsələn, tanınmış ədəbiyyatşünas alimlərdən Tehran Əlişanoğlunu, Vaqif Yusiflini, Elnara Akimovanı ittiham edir ki, siz niyə filan müəllifi və ya filan əsəri bəyənirsiniz? Soruşan lazımdır ki, sən kimsən və sənə bu haqqı kim verib?

"Mətnin EMAL və ENERJİ mərhələsini müşahidə edib çözə bilmək “İdrak kodu”na malik ola-ola özündəki itəatkarlıq sindiromu ucbatından bir çox hallarda “Vaqif Yusifli kütləliviyi”nə transfer olur. …Bu isə Tehran Əlişanoğlunun ədəbi intiharından başqa heç nə ifadə etmir!... Edə də bilməz!

…Vahid Əzizi ədəbiyyat adı altında təqdim edəcək “dərəcəyə” qədər sənət prinsiplərinin “qatili”olmağı bacarır. …Vahid Əziz hara, sənəd - ədəbiyyat hara?

…Ədəbiyyat bir ayrı, hadisədir, hörmətli Tehran Əlişanoğlu” və s.

Bu yazı tərzi ədəbi tənqid yolu deyil, təcrübəli qələm sahiblərinin xidmətini görməmək və və onları gözdən salmaq cəhdidir.

Ədəbiyyatın mahiyyətinin dərk etmədən, beş altı termini təkrar edə-edə şairlərimizə və ədəbiyyatşünaslarımıza böhtan ata-ata Emil öz təfəkkürünün cılızlığını və sənətin humanist təbiətindən uzaq olduğunu göstərir. Bu yolla uzağa getmək olmaz.

Qədim Yunanıstanda bir çoban ətrafındakı insanların birinin məşhur filosof, birinin məşhur aktyor, birinin də qəhrəman olmasına paxıllıq edir. Şöhrət qazanmağın yollarını axtaran çoban belə bir qərara gəlib ki, yunan xalqının çox yüksək qiymətləndirib müqəddəs saydığı məşhur məbədi yandırıb tarixə düşsün. Sonradan yunanlar çobanın məbədi yandırmaq məqsədini bilir və onun adını heç yerdə çəkməyəcəklərinə söz verirlər. Amma görünür, hansısa yunan haradasa qeyd edib ki, bu hadisə günümüzə qədər gəlib çıxıb. "Yeni” və "ağıllı” görünmək üçün qutsal anlam və dəyərlərə uğursuz və gülünc hücum çabaları bu gün də yaşayır. Çox təəssüf ki, gündəmdə qalmaq üçün hər yola əl atan müasir çobanlar hələ də var. Guya ki, gündəm yaradırlar. Görkəmli insanları bəyənməyib onların fəaliyyətini tənqid edən insanlarla bağlı Səməd Vurğunun "Vaqif” pyesində çox gözəl bir ifadə var: "Ağılsız köpəklər ulduza hürər”.

Nəsimi Şərəfxanlı

Yazar, Filologiya elmləri namizədi

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:74
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Oktyabr 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see192

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see179

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see166

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see160

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see159

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see154

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see147

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see146

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see142

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see132

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri