Icma.az
close
up
RU
Məcburi köçkünlərin işğal etdiyi evlər... Səidə Bəkirqızının qaçqınlarla bağlı çıxışının məqsədi nə idi?

Məcburi köçkünlərin işğal etdiyi evlər... Səidə Bəkirqızının qaçqınlarla bağlı çıxışının məqsədi nə idi?

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Orxan Həsəninin "İşğal" yazısını təqdim.


Səidə Bəkirqızının məcburi köçkünlərlə bağlı qəzəbli çıxışına baxdım.
Doğrudan da, otuz il öncə bəzi insanlar elə hesab eləyirdilər, Qarabağın kitabı Azərbaycanın məğlubiyyəti ilə bağlandı. Daha heç vaxt o torpaqlara qayıda bilməyəcəyik. Ümid etmək, yenidən savaşa hazırlaşmaq, nəyisə dəyişmək mənasızdır.
İrəli baxmalı, keçmişlə barışmalıyıq.
Barışmadıq.
Aradan otuz il keçdi, Azərbayacan əsgərinin ayağı yenidən Qarabağ torpağına dəydi. Azərbaycan əsgərinin ayağı Qarabağ torpağına dəyəndən sonra bir dəstə car çəkməyə başladı: bəli, Qarabağ müharibəsi bitdi.
Daha heç bir problemimiz qalmadı. Yalnız işıqlı gələcək.
Hərdən istəyirəm, mən də həyata belə pozitiv baxım.
Alınmır.
Alınsaydı, yaşamağa nə vardı!
Ancaq dünyada heç nə müharibə qədər ziddiyətləri qabarıq şəkildə göstərə, ortaya çıxara bilməz.
Ziddiyət varsa, haqqında düşünmək lazımdır.
Mərkəzində müharibə olan hər yeni akt özü ilə yeni bir reallıq, daha doğrusu yeni bir problem gətirir.
Vətən müharibəsindən sonra qazilərin istəkləri, ağır travmalara məruz qalmış insanların həyata adaptasiya ola bilməməsi, qısa müddətdə artan qazi intiharları ən ciddi problemlərimizdən biri idi. Belə xəbərləri oxuduqca, müharibədən qayıdan dostlarıma, hətta doğma qardaşıma baxdıqca düşünürdüm, doğrudan da, müharibədən heç kim sağ qayıtmır.
Müharibə həmişə onu görənlərin içində təkrar-təkrar yaşayır, illər bir-birini qovsa da, həmin zamanda ilişib qalırlar, məsələn, qollarında ölən əsgər yoldaşlarının üzü yaddaşlarından silinmir, minaatan mərmiləri adamları tikə-tikə eləyir, güllələr hələ də vıyıltıyla keçir.
Kiməsə dəyir.
Kimisə yıxır.
Kimsə qalxa bilmir.
Qardaşım 2020-dən bu yana hər payız gələndə öz-özünə deyir: yanan insan ətinin qoxusu burnumdan getmir.

Müharibədən doğan daha bir məsələ məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasıdır. Necə? Axı ermənilər azərbaycanlılar yaşayan bütün kənd-şəhərləri dağıdıb, daş daş üstündə qoymayıblar. Deməli, kənd-şəhərlərimizi yenidən bərpa etməliyik.
Bu isə zaman tələb edir.
Aradan beş il keçib. Azərbaycanlılar yavaş-yavaş bərpa olunmuş kəndlərə qayıdırlar.
Əlbəttə, qayıtmaq istəməyənlər də var.
İstəmirlər, qayıtmasınlar.
Heç kimi heç nəyə məcbur eləmək olmaz. Şuşa, Laçın, Kəlbəcər, Xocavənd bizim üçün nə qədər doğmadırsa, Bakı, Şəki, Gəncə də o qədər doğmadır.
Heç kimi şəhid, qazi adları ilə manipuliyasiya etməməliyik. Onların getdikləri yolun böyüklüyünü beş-on adamın Qarabağa köçüb-köçməməsinə endirmək olmaz.
Hərdən sosial şəbəkələrdə qayıtmaq istəməyən məcburi köçkünləri qılınclayan adamlara rast gəlirəm.
Görəsən, bu nifrətin səbəbi nədir?
Girib profillərinə baxıram, hərəsi bir rayondandır.
Hamı öz rayonuna qayıtmalıdırsa, buyur, ilk addımı sən at.
Öz rayonuna birinci sən qayıt.
Bununla belə, ortada böyük bir ədalətsizlik var; məcburi köçkünlərin "zəbt etdikləri" evlərin taleyi.
Mən məcburi köçkün ailəsində böyümüşəm. Uşaqlığım heç vaxt getmədiyim bir kəndlə bağlı xatirələrə qulaq asmaqla keçib. Gecələr qohum-qonşular babamın ətrafına toplaşar, yetmişini təzə haqlamış babam nazik barmaqları ilə oynaya-oynaya şam işığında danışardı və o danışdıqca daxalın xalça, palaz sərilmiş kərpic divarına adamların kölgəsi düşərdi, mən kölgələrin hərəkətində babamın danışdığı hadisələri görərdim və kəndimizi belə tanıyardım.
Ailəm 1992-ci ilin iki oktyabrında Xocavənd rayonunun Əmirallar kəndindən məcburi köçkün kimi çıxıb, 1996-cı ilə qədər Haramı düzünün Beyləqan rayonu ərazisinə düşən hissəsində məskunlaşıblar. Sonra Beyləqan rayonunun Aşıqlı kəndinin girişində daxal tikib yaşayıblar.
2002-ci ildə isə Norveçin neft şirkəti tərəfindən bizə tək göz, müvəqqəti sığınacaq verilib.
Biz o sığınacağı böyüdüb ev eləmişik.
Həyatımın on beş ilini o evdə yaşamışam.
Aşıqlı kəndinin girişində yaşadığımı zamanlar məndən xeyli böyük əmim oğlu həmin kəndin məktəbinə gedirdi. Xatırlayıram, yeni dərs ilinə “yerli” məktəbdə başlayan əmim oğlu sonrakı günlərdə dərsdən qaçmağa, nəhayət getməməyə başlamışdı. Mən o zamanlar uşaq idim və başa düşmürdüm əmim oğlu nə üçün dəftər-kitabını götürüb evdən çıxır və məktəb yerinə bizə gəlir, günortayacan təsərrüfat işlərində babama kömək eləyirdi. Məktəbə getdiyi vaxtlarda isə üstü-başı çirkli, köynəyi, şalvarı cırılmış gəlir və gəlib üstünün-başının çirkini bizdə təmizləyib, evə qayıdırdı.
O vaxtlar anlamasam da, illər sonra uşaqların onu qərib bilib, təkləyib döydüklərini başa düşürəm, amma bunu nə zaman ondan soruşsam, inkar eləyir.
Beləliklə, müharibədən sonra hər ailənin öz taleyi oldu, hər ailəni tale bir tərəfə atdı.
Əlbəttə, bütün ümumiləşdirmələr küfrdür. Ona görə əlimizi məcbur köçkünlərin yaxasından çəkməliyik.
Məcburi köçkünlərin "zəbt etdikləri" evlər öz sahiblərinə qaytarılmalı, onlar nəhayət bütün güzəştlərdən azad olunmalıdır.
Buyur, indi kim harada istəyir orada yaşasın.
Qarabağ problemi yalnız ermənilərin işğal etdiyi evlərin azad olunması ilə yox, həm də məcburi köçkünlərin "işğal" etdiyi evlərin azad olunması ilə bitəcək.
Vaxtımı dondururam.

Xalq artisti Hacı Murad Yagizarov vəfat edib Çeçen yazıçının qısa hekayələri - Seyfəddin Hüseynlinin tərcüməsində Qəzənfər Paşayev: "Kiminsə acığına ədəbi həyatda özünüzü təsdiqə çalışmayın..." - Müzakirə - müsahibə
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:52
embedMənbə:https://kulis.az
archiveBu xəbər 15 Sentyabr 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see469

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see222

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see218

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see203

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see200

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see189

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see185

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see181

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see170

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see163

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see157

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see153

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see148

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see148

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see142

Çexiyada siyasi qalmaqal: Prezident şantaj edildi, müxalifət istefa tələb edir

28 Yanvar 2026 03:39see139

Alimlər xəbərdarlıq edirlər: Vəba bioloji silah kimi istifadə oluna bilər

28 Yanvar 2026 04:11see137

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see136

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri