Icma.az
close
up
RU
Məcəllə dəyişir I Bəzi cərimələr artırılır

Məcəllə dəyişir I Bəzi cərimələr artırılır

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında ilk oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə 200 manat məbləğində cərimə tətbiq ediləcək. Sənədə görə, xətaya görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ üç aydan altı ayadək müddətə məhdudlaşdırılacaq.
Həmçinin xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə 300 manat məbləğində cərimə tətbiq ediləcək və ya nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılacaq. Məcəlləyə əlavə edilən daha bir dəyişikliyə görə isə piyadalar tərəfindən dəmir yolunun piyadaların keçməsi üçün müəyyən edilmiş yerlərdən kənar keçilməsinə görə 40 manat məbləğində cərimə tətbiq ediləcək.
Bununla bərabər, mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsinə görə cərimələr 40 manadan 80 manata qaldırılır. Dəmiryolu nəqliyyatında qaydaların pozulmasına gəldikdə isə, dəyişikliyə görə, dəmir yolunun qardanmühafizə çəpərlərinin və digər yol obyektlərinin, siqnalizasiya və rabitə qurğularının ev avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq edilir. Hazırda bu cərimə 150 manatdır.
Eyni zamanda dəmir yolunda yük vurulması və boşadılması zamanı müəyyən olunmuş qabaritlərə əməl edilməməsinə görə fiziki şəxslər 60 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində cərimə ediləcəklər. Hazırda bu cərimələr müvafiq olaraq, 30 və 100 manatdır. Dəyişikliyə əsasən, dəmir yollarına qatarların hərəkətini poza bilən predmetlər qoyulmasına görə cərimələr 200 manatdan 400 manata qaldırılır. Həmçinin yük qatarlarında özbaşına getməyə, hərəkət edən qatara minməyə və ondan düşməyə, vaqonların pillələrində və damlarında getməyə, ehtiyac olmadan qatarı özbaşına dayandırmağa görə cərimələr 50 manatdan 100 manata qaldırılır.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən daha bir dəyişikliklə isə dəmir yolu nəqliyyatı vasitələrinin və daxili avadanlığının zədələnməsinə görə inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək miqdarda cərimə tətbiq ediləcək. Hazırda qüvvədə olan qaydalara görə isə vaqonların, yaxud lokomotivlərin şüşələrinin və ya daxili avadanlığının zədələnməsinə görə 100 manat məbləğində cərimə tətbiq edilir. Bununla bərabər, dəmiryolu nəqliyyatında sərnişin biletsiz və ya müvafiq qaydada ödəniş edilmədən aparılmasına görə cərimənin məbləğinin 40 manatdan 80 manata çatdırılması nəzərdə tutulur.
Bundan başqa müntəzəm və qeyri-müntəzəm (çarter) marşrutlara icazə olmadan uçuşların həyata keçirilməsinə görə fiziki şəxslər 3 min manat məbləğində, vəzifəli şəxslər 5 min manat məbləğində, hüquqi şəxslər 10 min manat məbləğində cərimə edilir.
Daha bir dəyişikliklə kommersiya uçuşlarının həyata keçirilməsi zamanı istismar tələblərinə uyğun olmayan sınaqların ve qəza şəraitinin imitasiyasının aparılmasına görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Təklif edilən daha bir dəyişikliyə görə isə təlim və sınaq uçuşları istisna olmaqla, uçuş zamanı sistemlərin, mühərrikin avadanlığın ve sıradan çıxması hallarının imitasiya edilməsinə görə fiziki şəxslər 4 min manat məbləğində, vəzifəli şəxslər 8 min manat məbləğində, hüquqi şəxslər 20 min manat məbləğində cərimə edilir.
Hava gəmisinin istismarçıları, aerodrom istismarçıları, hava gəmisinin istismarçılarına xidmət göstərən texniki xidmət təşkilatları, o cümlədən hava hərəkəti xidmətlərini təmin edən təchizatçı tərəfindən uçuşların təhlükəsizliyinin idarə edilməsi sisteminin yaradılmamasına və ya fəaliyyətinin təmin edilməməsinə görə isə fiziki şəxslər 2 min manat məbləğində, vəzifəli şəxslər 6 min manat məbləğində, hüquqi şəxslər 8 min manatdan 10 min manatadək məbləğdə cərimə edilir.
Məcəlləyə təklif edilən növbəti dəyişikliklə uçuş əməliyyatının həyata keçirilməsinə dair məlumatlar üzrə qeydlərin, səs yazılarının, sənədlərin qorunub saxlanılmamasına və kənar müdaxilədən mühafizə edilməməsinə görə 600 manat məbləğində cərimə müəyyən edilir.
Sənəd heyət üzvləri ilə bağlı dəyişikləri də özündə ehtiva edir. Belə ki, heyət üzvünün uçuşdan əvvəl alkoqollu içki, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarını və ya uçuşların təhlükəsizliyinə təsir göstərə bilən dərman vasitələrini qəbul etdikdə, yaxud heyət üzvünün siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən xəstəliyi olduqda hava gəmisinin bortunda vəzifəsini icra etməsinə görə 3 min manat məbləğində cərimə edilir.
"Aviasiya haqqında" yeni qanun 22 dekabr 2023-cü il tarixdə qəbul edildikdən sonra "Aviasiya haqqında" 24 iyun 2005-ci il tarixli qanun ləğv edilib. Yeni qanunda aviasiya hadisələri və insidentlərinin araşdırılmasının təşkili, aviasiya personalına dair, mülkiaviasiya sahəsində sığorta və mülki hava gəmilerinin istismar edilməsinə dair tələblər öz əksini tapıb.
Qeyd edilənlərə əsasən Cinayət Məcəlləsinə uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklər təklif edilib. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərin isə bir hissəsi Məcəllədə hazırda müəyyən edilmiş hava nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaların "Aviasiya haqqında" qanuna uyğunlaşdırılması, digər hissəsi isə Azərbaycanın hava məkanından istifadəni və aviasiya sahəsində fəaliyyəti tənzimləyən yeni qaydaların icrasını təmin edilməsi üçün bir sıra inzibati xətaların Məcəlləyə əlavə edilməsini nəzərdə tutur.
İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliklə isə müvafiq icazə olmadan pirotexnik məmulat yandırılmasına, yaxud hava gəmilərinin uçuşları üçün təhlükəli quşların kütləvi toplanmasına kömək edən obyektlər qurulmasına görə cərimələr artırılır. Dəyişikliyə əsasən, həmin pozuntulara görə fiziki şəxslər 3 min manat, vəzifəli şəxslər - 5 min manat, hüquqi şəxslər isə 10 min manat məbləğində cərimə ediləcək. Hazırda bu pozuntularla bağlı ümumi cərimə məbləği 50 manatdır. Daha bir dəyişikliyə əsasən isə hava limanının (aeroportun) ərazisində yerləşən müəssisə, idarə və təşkilatlar və onların işçiləri tərəfindən obyektdaxili rejimin təmin olunmamasına və buraxılış rejiminə riayət edilməməsinə görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 2 min manat, hüquqi şəxslər 5 min manat məbləğində cərimə ediləcəklər.
Qüvvədə olan qaydalara görə, bu cərimə vəzifəli şəxslər üçün 500 manat, hüquqi şəxslər üçün 1000 manatdır. Layihədə nəzərdə tutulur ki, hava gəmilərinin yoxlanılması və onlara baxış keçirilməsi qaydasının pozulmasına görə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər isə 3 min manat məbləğində cərimə ediləcəklər. Hazırda bu cərimə yalnız vəzifəli şəxslər üçün min manatdır.
Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər hərbi biletin və ya ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin qəsdən korlanılmasına və ya itirilməsinə görə xəbərdarlıq ediləcək və ya iki yüz manat məbləğində cərimə ediləcək.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://azvision.az
archiveBu xəbər 07 Mart 2025 13:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see258

Tramp İranla sazişi tənqid edənlərə “maariflənməyi” tövsiyə edib

24 İyun 2026 00:19see219

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see218

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see218

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see217

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see214

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see212

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see212

ABŞ dan İran millisinə xoş xəbər

24 İyun 2026 01:30see202

İngiltərə Qana: Heyətlər

23 İyun 2026 22:58see199

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see196

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see196

Üç dəqiqəyə bitişən sümük: təbiətdən ilham alan Çin texnologiyası

23 İyun 2026 20:13see195

Qarabağ Universitetinin tələbəsi Xankəndidə qəzaya düşdü

24 İyun 2026 02:47see195

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see195

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see191

Uzunömürlülüyə problem kimi yanaşmaq düzgün deyil

23 İyun 2026 20:31see188

Rusiya ordusu Krımıdan çıxır

23 İyun 2026 18:26see185

Pezeşkiandan Şərifə: Biz buna hazırıq!

24 İyun 2026 00:51see184

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri