Icma.az
close
up
RU
Mədə sallanması. Səbəblər və çarəsi

Mədə sallanması. Səbəblər və çarəsi

Saglamolun portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İnsanın daxili orqanlarının müəyyən yerləşməsi qaydası var. Bu onların normal fəaliyyəti üçün olduqca vacibdir.

Bəzən müxtəlif səbəblərə görə bəzi daxili orqanlar öz fizioloji yerini bir qədər dəyişə bilər ki, bunun nəticəsində insanda pozulmalar yaranın.

Belə pozulmalardan biri mədənin sallanması (tibdə - qastroptoz).

Normada mədə sol qabırğaaltı nahiyəsində, diafraqmaya, demək olar parallel olaraq yerləşir. Mədə bu vəziyyətdə xüsusi bağlar və əzələlərin köməyi ilə saxlanılır. Lakin bəzən mədəni saxlayan bağların və əzələlərin tonusu azalır ki, nəticədə mədə öz fizioloji yerini dəyişərək aşağı düşür, bəzən, xəstəliyin ağır formalarında hətta kişik çanağa qədər sallanır.

Mədənin sallanması onun fəaliyyətinə mənfi təsir edir.

Saglamolun.az bildirir ki, bəzən qastroptoz anadangəlmə ola bilər. Buna arıq, sümükləri nazik olan astenik tipli insanlar meyillidir.  Bu insanlarda əzələlər və bağlar zəif inkişaf etmiş olur ki, orqanların təzyiqinə tab gətirə bilmir. Belə insanlarda tez-tez mədə, bağırsaq, böyrəklərin sallanması olur.

Mədənin sallanması qazanılmış da ola bilər. Mədənin sallanmasına qadınlar arasında kişilərlə müqayisədə daha tez-tez rast gəlinir. Bunun əsas səbəbi hamiləlik və ağır doğuşlar olur.

Bəzən qastroptoz cərrahi əməliyyatlardan sonra meydana çıxır.

Balanslaşdırılmamış pəhrizlərlə süi-istifadə edən insanlarda da tez-tez mədənin və digər orqanların sallanması baş verir.

Həddindən artıq miqdarda qidaların, qazlı içkilərin qəbulu da qastroptoza gətirib çıxarda bilər.

Bəzi digər orqanların xəstəlikləri də (plevrit, ağciyərlərin enfizeması, diafraqmanın sallanması və s.) qastroptoza səbəb olur.

Ağır əşyaların tez-tez qaldırılması və daşınması da qastroptozun səbəblərindən biridir.

Qastroptozun simptomları xəstəliyin dərəcəsindən asılıdır. Daha yüngül formalarda iştahın azalması, yüngül ürəkbulanması, qarın nahiyəsində ağırlıq kimi simptomlar meydana çıxır. Adətən insanlar buna ciddi fikir vermir, xəstəlik isə inkişaf etməyə davam edir.

Xəstəlik inkişaf etdikcə xəstədə iştahanın pozulması, qarında ağrılar, bəzi qidalara qarşı nifrət hissinin yaranması, həzm proseslərinin pozulması, qəbizlik inkişaf edir.

Ağır formalarda ağrılar çox kəskin olur, hətta yüngül gərginlikdən sonra meydana çıxır. Bir çox hallarda ağrılar yalnız xəstə uzananda keçir.

Qastroptozun fonunda mədədə eroziyalar və xoralar əmələ gələ bilər.

Qastroptozun dərmanlarla müalicəsi yoxdur. Müalicə zamanı xüsusi idman, müəyyən pəhriz, massaj  istifadə olunur. Bəzən xəstələrə bandajın taxılması təyin olunur. Çox ağır hallarda cərrahi müalicə təyin oluna bilər.

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:290
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see421

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see364

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see281

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see268

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see263

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see248

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see242

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see240

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see229

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see221

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see220

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see218

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see216

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see201

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see200

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see194

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see193

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see190

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri