Icma.az
close
up
RU
Mədəni dəyişiklik: yeni nəsil multisensor təcrübəni seçir! Festival 

Mədəni dəyişiklik: yeni nəsil multisensor təcrübəni seçir! Festival 

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müasir nəsil musiqini, vizual təsvirləri və interaktiv elementləri vahid mədəni təcrübədə birləşdirən multisensor yanaşmanı seçir. Ekspertlərin qiymətləndirmələrinə görə, 2025-ci ildə iri miqyaslı mədəni layihələrin təxminən 75 faizi inteqrasiya olunmuş audio-vizual-interaktiv formatda həyata keçirilir ki, bu da mədəni istehlak prosesində bütün duyğu orqanlarının cəlb olunmasına yönəlmiş qlobal tendensiyanı əks etdirir. Bu kontekstdə müxtəlif bədii disiplinlərin kəsişməsində fəaliyyət göstərən və mədəni dialoqun yeni dillərini formalaşdıran layihələr xüsusi aktuallıq qazanır.

"Sherg.az"ın xəbərinə görə, 5-11 dekabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” keçirilib. 

Genişmiqyaslı tədbir islam dünyasının mədəni irsini, insanların yaradıcı özünüifadəsini və gənclərin innovativ təşəbbüslərini bir araya gətirib. 

Festivalın yadda qalan məqamlarından biri “Torpağın Səsi” (Sound of Land) platforması tərəfindən təqdim olunan audiovizual performans olub. Festival çərçivəsində Cəlaləddin Ruminin fəlsəfəsindən ilhamlanan “Zaman dairəsindən çıx – sevgi dairəsinə daxil ol” adlı performans təqdim edilib. 

Layihə Heydər Əliyev Fondunun vitse-prezidenti, rəssam və şairə Leyla Əliyevanın əsərləri əsasında yaradılmış vizual kompozisiyalara söykənir. Bu əsərlər sevgi, daxili işıq və insanın təbiətlə vəhdətini simvolizə edir. Animasiya və vizual konsepsiya Azərbaycan Respublikasının Əməkdar rəssamı, Atesh Hub platformasının təsisçisi Səbinə Şıxlinskaya tərəfindən hazırlanıb. Musiqi və səs konsepsiyasının müəllifi DJ Orxan Ağayev (DJ Pancho) olub. Səs tərtibatı üzərində Teymur Qasımov, animasiya və motion-dizayn üzərində isə Nigassandra və Renan Əsədov çalışıb. 

Elektron səs və rəqəmsal vizual palitranın sintezi nəticəsində performans incəsənət və emosiyaların vahid axında birləşdiyi mənəvi bir səyahətə çevrilib. 

Torpağın Səsi (Sound of Land) - türk dünyasında elektron musiqi və rəqəmsal incəsənət vasitəsilə ortaq mədəni dil yaradan beynəlxalq platformadır. Layihə 2023-cü ildə “Yaradıcı Azərbaycan” təşəbbüsünün dəstəyi ilə təsis edilib. Platforma elektron musiqini etnik motivlər və türk xalqlarının qədim səs irsi ilə birləşdirərək gənclər üçün yeni yaradıcı imkanlar açır. Torpağın Səsi çərçivəsində DJ məktəbi, musiqi leyblı, beynəlxalq əməkdaşlıqlar və rəqəmsal incəsənət sahəsində layihələr həyata keçirilib. 

Platformanın ilk iri miqyaslı tədbiri 2023-cü ildə DJ Burak Yeter və türk ölkələrindən olan gənc DJ-lərin iştirakı ilə baş tutub. 2025-ci ildə isə Torpağın Səsi “İƏT Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftəsi – 2025” kimi mühüm beynəlxalq tədbirin iştirakçısı olmuş, müasir multidisiplinar yanaşması və təşəbbüsləri ilə seçilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Dekabr 2025 13:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri