Icma.az
close
up
RU
Mədəni irslə bağlı icazələr indi onlayn VERİLƏCƏK

Mədəni irslə bağlı icazələr indi onlayn VERİLƏCƏK

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində mədəni irs sahəsində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir.

Redaktor.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən vətəndaş müraciətlərinin daha operativ, şəffaf və “bir pəncərə” prinsipi əsasında qəbulunu təmin edən yeni modelin tətbiqinə başlanılır. Vətəndaşlar fiziki xidmət ünvanlarına yaxınlaşmadan “MyCulture” portalında şəxsi kabinet yaradaraq elektron xidmətlərdən istifadə edə, müraciətlərini onlayn qaydada təqdim edə, onların icra vəziyyətini real vaxt rejimində izləyə bilərlər. Elektron xidmətlərin tətbiqi proseslərin rəqəmsal mühitə inteqrasiyasını təmin etməklə operativliyin artırılmasına, vaxt itkisinin minimuma endirilməsinə, müraciətlərin şəffaf və izlənilə bilən mexanizmlər əsasında idarə olunmasına, nəticə etibarilə vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.
Bundan əlavə, vətəndaş müraciətlərinin qəbulu Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84 ünvanında (Hökumət evi, 4-cü qapı, 1-ci mərtəbə) fəaliyyət göstərən Vətəndaş Qəbulu Mərkəzində həyata keçirilir. Belə ki, Mərkəzin fəaliyyəti vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsinə, müraciətlərin rəqəmsal mühitdə qəbulunun təşviqinə (https://my.culture.az), xidmətlərin operativ və şəffaf şəkildə göstərilməsinə, vətəndaş-məmur təmasının minimuma endirilməsinə, habelə vətəndaş məmnunluğunun artırılmasına yönəlib. Vətəndaş Qəbulu Mərkəzinə müraciət edən şəxslərə elektron sistemdən istifadə ilə bağlı “İrs Dostu” könüllüləri tərəfindən texniki və informasiya dəstəyi göstərilir, ərizə və digər sənədlərin hazırlanmasına kömək edilir.
Bu tədbirlər “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, vətəndaşların mədəni xidmətlərə əlçatanlığının artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılıb.
Qeyd edək ki, “MyCulture" (https://my.culture.az) portalı üzərindən Dövlət Xidməti aşağıdakı elektron xidmətləri təqdim edir:
- Daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi;
- Dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi;
- İnşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi;
- Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi;
- Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılıq verilməsi;
- Xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onalara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi.
Dövlət Xidməti vətəndaşlarımızı müraciətlərini rəqəmsal sistem vasitəsilə göndərməyə dəvət edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyul 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see410

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see302

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see271

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see248

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see232

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see212

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see210

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see203

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see199

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see198

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see188

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see184

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see183

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see182

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see179

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see177

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see176

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see170

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see169

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri