Мədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər cəzalandırılacaq
Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.
Мədəni sərvətləri ehtiyatsızlıqdan məhv etməyə görə cəzalar müəyyənləşdiriləcək.
Modern.az-ın məlumatına görə, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb oldubda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 19 Dekabr 2025 13:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















