Icma.az
close
up
RU
Mədəniyyət diplomatiyası, yoxsa geosiyasi alət?

Mədəniyyət diplomatiyası, yoxsa geosiyasi alət?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

1991-ci ildə SSRİ süqut etdikdən sonra Rusiya keçmiş sovet respublikalarında öz təsirini saxlamaq üçün müxtəlif vasitələrə əl atdı. Bunlardan biri də müttəfiq respublikalarda təşkil olunan “Rus Evi” adlanan mədəniyyət mərkəzləri idi. Bu qurumlar Rusiya Federasiyasının xaricdəki mədəni, humanitar və ictimai diplomatiya siyasətinin əsas elementlərindən biri kimi çıxış edirdi. Əslində, Rusiya mədəniyyət mərkəzlərinin əsas vəzifəsi rus dilini və mədəniyyətini təbliğ etmək idi. Lakin postsovet məkanında bu institutlar çox vaxt Kremlin geosiyasi maraqlarına xidmət edən bir vasitəyə çevrildi.

Azərbaycanın suveren siyasəti çərçivəsində ölkədə fəaliyyət göstərən bütün xarici təşkilatların milli qanunvericiliyə uyğun fəaliyyət göstərməsi tələb olunur. Lakin “Rus evi” Azərbaycanda hüquqi şəxs kimi qeydiyyatdan keçmədən fəaliyyət göstərirdi. Bu isə onun hüquqi statusunu qeyri-müəyyən edir və fəaliyyətinin Azərbaycan qanunvericiliyinə uyğun olub-olmadığı sualını gündəmə gətirirdi. Azərbaycan hökumətinin “Rus evi”nin fəaliyyətini dayandırmaq qərarı yalnız siyasi və diplomatik aspektlərlə deyil, həm də hüquqi tələblərlə bağlıdır. Bu qurum Azərbaycanda rəsmi qeydiyyata alınmadığı halda, genişmiqyaslı tədbirlər təşkil edir, təhsil və informasiya layihələri həyata keçirir, həmçinin siyasi məzmunlu fəaliyyətlərdə iştirak edirdi.

Azərbaycanın “Rus evi”nin bağlanması ilə bağlı verdiyi qərar Moskva tərəfindən xoş qarşılanmadı. Rusiya Xarici İşlər Nazirliyi və digər rəsmi qurumlar bu addımı “dostcasına olmayan qərar” kimi dəyərləndirdi və iki ölkə arasındakı humanitar əlaqələrə zərbə vurduğunu bildirdi.Rusiyanın narazılığına baxmayaraq, Azərbaycan hüquqi əsaslara söykənərək öz qərarının dəyişməz olduğunu nümayiş etdirdi.

“Rus evi”nin bağlanması təkcə hüquqi məsələlər deyil, həm də Azərbaycanın xarici təsirlərə qarşı nə qədər həssas olduğunu göstərən bir hadisə oldu. Bu qərar Azərbaycanın müstəqil diplomatiyasının və milli maraqlarını qorumağa yönəlmiş hüquqi çərçivələrinin prioritet olduğunu sübut etdi.

Azərbaycan–Rusiya münasibətləri strateji əhəmiyyət daşıyır və qarşılıqlı iqtisadi-siyasi maraqlara əsaslanır. Lakin bu münasibətlər çərçivəsində fəaliyyət göstərən istənilən qurum ölkənin qanunlarına əməl etməli və Azərbaycanın suverenliyinə hörmətlə yanaşmalıdır.

Azərbaycan açıq şəkildə nümayiş etdirdi ki, heç bir xarici təşkilat hüquqi tələbləri pozaraq, qeyri-rəsmi və nəzarətsiz fəaliyyət göstərə bilməz. Azərbaycan mədəniyyətlərarası dialoqu dəstəkləyən ölkədir. Lakin bu dialoq yalnız qarşılıqlı hörmət və qanuni çərçivədə baş verə bilər.

Şəbnəm Zeynalova
siyasi elmlər üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Fevral 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri