Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının 120 illiyi qeyd olunub FOTOLAR
Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı olan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı mədəniyyət, incəsənət, media və idman sahəsində çalışan əməkdaşların sosial-iqtisadi hüquqlarının müdafiəsi istiqamətində 120 illik tarixi fəaliyyət yoluna malikdir. 1905-ci ildə “Çapçılar İttifaqı” kimi fəaliyyətə başlayan təşkilat ölkənin mədəni həyatında yaradıcı insanların sosial müdafiəsinin təmin olunmasında mühüm rol oynayıb.
Demokrat.az xəbər verir ki, bu əlamətdar yubiley münasibətilə dekabrın 2-də “Həmkarlarla 120 il” adlı tədbir keçirilib. Tədbirdə təşkilatın əldə edilən nailiyyətlərə və gələcək fəaliyyət istiqamətlərinə nəzər salınıb.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılışda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxış edərək Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının (MİHİ) ölkədə əmək münasibətlərinin tənzimlənməsi və işçi hüquqlarının müdafiəsi sahəsindəki rolunu vurğulayıb.
Daha sonra tədbirdə Milli Məclisin sədrinin müavini Rafael Hüseynov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Xalq yazıçısı Çingiz Abdullayev, həmçinin Qazaxıstan və Özbəkistan həmkar ittifaqlarının nümayəndələri çıxış edərək MİHİ-nin fəaliyyətinə dair fikirlərini bölüşüblər.
Yubiley çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və MİHİ-nin həyata keçirdiyi layihələr və yeniliklər barədə video-təqdimatlar nümayiş olunub. Tədbirin bədii hissəsində mədəniyyət və incəsənət nümayəndələrinin çıxışları təqdim edilib.
Tədbirin davamında əmək münasibətlərində sosial dialoqun inkişafına həsr olunmuş iki panel müzakirəsi keçirilib.
“İşçi ilə əməkdaşlıq” və “İşəgötürənlə əməkdaşlıq” mövzularında təşkil olunan panellərdə dövlət qurumlarının nümayəndələri, həmkarlar ittifaqları təmsilçiləri və özəl sektor rəhbərləri iştirak edərək əmək bazarının aktual məsələlərini, sosial tərəfdaşlıq imkanlarını və işçi rifahının artırılması istiqamətlərini müzakirə ediblər.
“Həmkarlarla 120 il” yubiley tədbiri Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının ölkə mədəniyyətinin inkişafında, işçi hüquqlarının müdafiəsində və həmkar həmrəyliyinin gücləndirilməsində oynadığı mühüm rolun bir daha təsdiqi kimi qiymətləndirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Həmkarlar ittifaqının nümayəndələri Arif Babayevi ziyarət ediblər FOTOLAR
03 İyun 2025 13:09
Həmkarlar İttifaqı üzvləri səhiyyə işçiləri ilə görüş keçirdi FOTOLAR
22 Oktyabr 2025 16:02
Həmkarlar İttifaqının İçərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI
20 May 2025 20:55
Azərbaycan Həmkarlar İttifaqları 120
12 İyun 2025 02:59
Bəstəkarlar İttifaqının 90 illiyi qeyd olundu Fotolar
26 Noyabr 2024 21:50
Baxış sayı:59
Bu xəbər 02 Dekabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları