Icma.az
close
up
RU
Həmkarlar İttifaqının İçərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI

Həmkarlar İttifaqının İçərişəhərdə təhlükəsizliyi pozan TƏŞKİLATI

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

May ayının 19-u saat 16:34. İşərişəhərdə binalardan birinin önündə naümid yaşlı insanların pilləkənlərin üzərində sanki tribunada dayanan bir əda ilə çıxış edən yoldaşa baxdığını gördüm. Bu yoldaş hamıya eyni sözü deyirdi: “Qapı bağlıdır. Girə bilməzsiz. 500 ə yaxın adam olub bu gün burada, hamı geri qayıdıb”. Anladım ki, bu film deyil. Real olaraq hadisə baş verir. Yaşlı insanlar isə ümid axtararaq bu qapıya gəliblər. Amma…
Jurnalist olaraq marağımı çəkdi. Hətta öz işimi yarımçıq saxlamalı oldum. Halbuki gecikirdim. Ayaq saxladım.

Məlum oldu ki, bura Həmkarlar İttifaqları Konfederasiyasının “Kurort Turizm İnformasiya Mərkəzi”nin binasıdır. Yaşlı qadınlar, kişilər “biz “putyovka” (müalicəvi sanatoriyalara göndərişnamə) almalıyıq, sizin zəng mərkəzinə isə düşə bilmirik” deyirdilər. Hamıya bir söz deyilirdi: “Artıq qərar dəyişib pensiyaçılar, təqaüddə olanlar avqust ayında müraciət etsinlər”.

Yaşlı insanlardan biri isə “biz niyə soyuq aylarda gedib dincəlməliyik? Yay aylarında niyə “putyovka” almaq hüququndan məhrum edilmişik?” Qapıda dayanan yoldaş isə (mühafizəçiyə oxşatdım) “bu qərar 5-ci gün qəbul olunub” dedi.
Hamıya eyni söz deyilirdi: ötən həftənin 5-ci günü Həmkarlar İttifaqında qərar qəbul olunub ki, artıq pensiyaçı, təqaüddə olan şəxslər bu yay “putyovka” üzünə hsərət qalacaqlar. Onlar yalnız Avqust ayında müraciət edib payız və qış aylarında dincələ bilərlər.

Danışıqlardan məlum oldu ki, ilk olaraq hamıya “call center”ə zəng edib putyovka ala bilməsinin mümkünlüyü deyilib. Hər kəs də üz tutub bu binaya. Narazılıq edənlərin çıxışlardan məlum oldu ki, bu gün bura 500 nəfərə yaxın şəxs müraciət edib. Və böyük əksəriyyət qanıqara şəkildə ərazini tərk etməli olub.

Baxdım ki, 500 nəfərin bir gündə şikayət məqsədilə qapısını döydüyü bu bina Diplomatik korpusun bir adımlığındadır. Bu bina turistlərin fasiləsiz axın etdiyi məkandadır. Və milyonlarla üzvü olan Həmkarlar İttifaqının “call center”-ni burada “Putyovka” ala bilməyən çoxsaylı insanın axın edəcəyi bir nöqtədə açmaq nə qədər vacib imiş? Bu bina və bina qarşısında hazırda və gələcəkdə baş verənlər bir addımlıqda olan səfirliklərə, incəsənət mərkəzlərinə təhlükə yarada bilərmi? Qapı qarşısında baş verə biləcək mübahisə və incidentlər necə?… Bu hal istənilən turistin kamerası ilə bir anda dünyanın sosial şəbəkələrinə ayaq açmazmı? Bu barədə bir qədər sonra…

Qayıdaq Həmkarlar İttifaqından narazı insanların toplaşdığı məqama.
Bu anda içəridən yaşlı bir xanım çıxdı. Hamı ümidlə o xanıma yönəldi. O isə: … “Boş şeydir, mən gedəsi oldum. Dedilər yoxdur….” deyib getdi.

Təhsil işçisi olduğunu deyən gənc xanıma isə “siz daha bura gəlməyin gedin öz rayonunuza müraciət edin” dedilər. O biçarə də “bəs bu zəng mərkəzi kimə lazım idi, mən niyə bu qədər yolu gəlməli idim” deyərək narazı halda getməli oldu. Bu minvalla hamını oradan uzaqlaşdırmağa çalışırdılar. Çünki elektron sistem və fayda verməyən ideya çökmüşdü.

Mən ərazini tərk etməli oldum. Yuxarıda da qeyd etdiyim kimi gecikirdim. İşim bitdi. Geri qayıdarkən bu dəfə də eyni küçədə narazı insanlarla qarşılaşdım. Amma bu şəxslər bir qədər öncə gördüyüm yaşlı və pensiyaçılar deyildi. Sadəcə bu dəfə qarşıma çıxanlar milyonlarla üzvü olan amma 7-8 nəfərin ümidinə qalan “call center”ə zəng edib “putyovka” arzusu puça çıxanlar idi.

May ayının 20-si Saat 08:35. Vəziyyət dəyiməz olaraq qalır

Bu gün səhər tezdən eyni ünvana baş çəkdim. Vəziyyət eyni idi.

Qapı önündə izdihamla qarşılaşdım. Nə üçün bu şəxslər binanın önündə saxlanır? Küçədə növbənin yaradılmasına nə lüzum var? Ən azı bina daxilində qəbul həyata keçirmək olmazmı?

Detallarla video təqdimatda tanış ola biləcəksiz.

Həmkarlar İttifaqları Konfederasiyasınn rəsmi saytında paylaşılan foto və videolar bir lətifəni yada salır. Dünyasını dəyişən bir nəfərə cəhənnəmi göstərirlər. Baxır ki, hər şey necə də gözəldir. Deyir məni cəhənnəmə göndərin. Qapıdan keçən kimi atırlar qır qazanına. Deyir axı bayaq bura belə deyildi. Bildirirlər ki, gördüklərin reklam idi……
İndi Həmkarlar İttifaqları Konfederasiyanın fəaliyyəti də bir qədər bu lətifəyə bənzəyir.
Həm də deyəsən “call center” iş üçün yox görüntü üçün yaradılıb. “Call center”in yeri “cool center”lə səhv düşəndə nəticəsi belə acınacaqlı olur. Bu da “cool” görünməyin acı nəticəsi.

Bu gün mərkəzdə sıxlığın azaldılması üçün addım atılan bir vaxtda siz niyə 100-lərlə vətəndaşı, həm də xoş günü üçün yox şikayətə gələn vətəndaşı zorla İçərişəhərə gətirirsiz. Axı sizin fəaliyyətiniz qənaətbəxş deyil. Ora gələnlər də təşəkkür üçün gəlmirlər. İşinizdən narazı qalan, dərdinə çarə axtaranları niyə İçərişəhərin mərhəzinə yönəldirsiz? Nədir məqsəd? Bəs yaxşı sizin sələfinizdən fərqiniz nədir?…

Bir çox qurumlarda rəhbərin ətrafında özünü “qızılbaş” hesab edənlər olur. Hər işə müdaxilə edib vacib şəxs kimi görünmək istəyənlər də. Onların müdaxilələri zərər verəndə isə gec olur. Həmkarlar İttifaqında yeni vəzifə verilən kadrlar canfəşanlıq edir. Amma onların sözlərinə yox, əmək hüquqlarını qorumalı olduğunuz vətəndaşlarımızın haqlarına SAHİB çıxın.

Cənablar, “Kurort Turizm İnformasiya Mərkəzi” üçün yeri uğursuz seçmisiz. Sizin hər gün 100-lərlə şikayətçiyə cavab verə biləcək nə nümayəndəniz, nə də cavabınız yoxdur. Bu dərdi başqa bir məkanda çəkmək olar. Amma hay-küyün səfirliklərin və şəhərimizin qonaqlarının gözü qarşısında nümayiş olunması yaxşı hal deyil.

Tural Müseyibov
Ajans.az xəbər portalının baş redakoru

Bu gönderiyi Instagram’da gör

Ajans.az (@ajans.az)’in paylaştığı bir gönderi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:252
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 20 May 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri