Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyi ilə “atışan” əməkdar artist görün nəyə əl atdı

Mədəniyyət Nazirliyi ilə “atışan” əməkdar artist görün nəyə əl atdı

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Son zamanlar Mədəniyyət Nazirliyinə qarşı ittihamları ilə gündəmə gələn əməkdar artist Mehriban Xanlarova ölkə telekanallarında və yeni çəkilən seriallarda ona qadağa qoyulduöunu iddia edib.

Gununsesi.info-nun xəbərinə görə, Mehriban Xanlarova tənqidi çıxışlarından sonra ona qarşı böhtan, şantaj xarakterli kampaniya aparıldığını iddia edib.

Aktrisa bildirib ki, o sağlam düşüncədə olmasını və hansısa pis vərdişlərin aludəçisi olmadığını isbatlamaq üçün narkoloji və psixoloji testdən keçib:

“Bildiyiniz kimi, Akademik Milli Dram Teatrında və ümumilikdə mədəniyyət sahəsində baş verən problemlərlə bağlı haqq mübarizəsi aparıram. Bu mübarizə çərçivəsində haqq səsimi boğmaq məqsədilə mənə qarşı televiziya kanallarında və mətbuatda “zapret” xarakterli qadağalar tətbiq edilib. Qanunvericiliyə əsasən, 30 gün ərzində iş yerimə qayıtmaq hüququm mövcuddur. Lakin faktiki vəziyyət ondan ibarətdir ki, bu hüquqdan istifadə etməyim məqsədli şəkildə əngəllənir. Bu məsələlərdən öncə özüm könüllü şəkildə televiziya verilişlərinə çıxmaqdan imtina etmişdim. Lakin indi tətbiq olunan qadağalar nəticəsində seriallarda çəkilməyim də sual altına düşüb. Beləliklə, çörəyimlə oynanılır. Mətbuatda və saytlarda mənə qarşı olan dəstək yazılarını sildirməklə məşğuldurlar. Əvəzində isə şər-böhtan maşınlarını işə salaraq üzərimə müxtəlif adlar yapışdırmağa çalışırlar. Səsimin Cənab Prezidentə çatmaması üçün əllərindən gələni edirlər.

Mənə qarşı tətbiq olunan bu qadağaların fərqində olaraq, təmiz adımı, ictimai nüfuzumu, 18 yaşımdan etibarən sənətdə illər boyu damla-damla, alın təri ilə sizin qarşınızda qazandığım sevgini qorumaq üçün könüllü şəkildə həm narkoloji, həm də psixoloji testlərdən keçmişəm.

Bu testlərin nəticələrini sizinlə açıq şəkildə bölüşürəm ki, gələcəkdə məni susdurmaq məqsədilə düşmənlərim tərəfindən üzərimə hər hansı şər və böhtan atılacağı təqdirdə, xalqımız bilsin: alnım açıqdır”.

O, daha sonra düşmənlərinə mesaj da göndərib:

“Buradan düşmənlərimə demək istəyirəm: əgər gücünüz çatırsa, tamaşaçılarımın qəlbində mənə qarşı olan sevgiyə “zapret” qoyun! O sevgi mənə Allah tərəfindən layiq görülüb. Tamaşaçılarımın ürəyindəki bu məhəbbətə heç bir qadağa keçərli deyil! Məni tamaşaçılarımdan yalnız Allah ayıra bilər! Mənim hər zərrəm Azərbaycan xalqına məxsusdur! Çünki mən xalqın sənətkarıyam! Saçımın telinə belə bir zərər dəyərsə, bunun hesabını ailəmə deyil, xalqımıza verəcəksiniz! Mən Allahıma, Cənab Prezidentimizə və xalqımıza güvənirəm! İnanıram ki, Möhtərəm Prezident baş verən hadisələrdən xəbərdar olan kimi lazımi tədbirləri görəcək”.

Günay Mahirqızı

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Dekabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see628

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see258

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see234

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see213

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see212

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see212

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see198

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see192

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see187

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see177

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see175

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see170

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see169

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see168

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see156

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see154

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see152

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see150

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri