Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır?
Icma.az bildirir, Newscenter.az portalına istinadən.
Mədəniyyət naziri Adil Kərimli rəhbəri olduğu qurumun kitabxanaları bağlamasına dair iddiaları rədd edib.
Newscenter.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu barədə Milli Məclisin Mədəniyyət Komitəsinin "Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda keçirilən ictimai müzakirədəki çıxışında deyib.
Onun sözlərinə görə, kitabxanaların fəaliyyəti ilə bağlı son 3 ildə keçirilmiş monitorinqlər zamanı kifayət qədər məlumat toplanıb:
"Burada aparılan islahatların nəticəyönümlü olması üçün təhlillər aparırıq. Bu təhlillər nəticəsində sistemin daha səmərəli və dayanıqlı olması üçün konseptual yanaşma irəli sürmüşük".
A.Kərimli cəmiyyətdə bəzən rast gəlinən "Mədəniyyət Nazirliyi kitabxanaları bağlayır, yaxud "kitabxanalara soyuq yanaşma var" kimi fikirlərin qəti şəkildə qəbuledilməz olduğunu vurğulayıb:
"Kitabxanalar dövlət üçün prioritetdir. Bu mənada, cəmiyyətin bilgi mədəniyyətinin formalaşmasında kitabxanaların rolu böyükdür".
O həmçinin bildirib ki, nazirlik kitabxanalarla bağlı dünya standartları əsasında yeni model formalaşdırıb.(report)
Bu mövzuda digər xəbərlər:Mədəniyyət Nazirliyi nekroloq yaydı
03 Avqust 2025 14:32
Mədəniyyət Nazirliyi AÇIQLAMA YAYDI
11 Noyabr 2025 15:20
Mədəniyyət Nazirliyi 232 min xərcləyəcək
13 May 2025 16:16
Mədəniyyət Nazirliyi sənəd qəbuluna başlaylr
27 Mart 2025 22:53
Mədəniyyət Nazirliyi müsabiqə elan edir
11 Fevral 2025 10:40
Baxış sayı:128
Bu xəbər 10 İyun 2026 11:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















