Icma.az
close
up
RU
Mədəniyyət nazirliyi niyə Vyanada hesabat verir? Adil Kərimliyə çətin suallar

Mədəniyyət nazirliyi niyə Vyanada hesabat verir? Adil Kərimliyə çətin suallar

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avstriyanın paytaxtı Vyana bu günlərdə Azərbaycanın xaricdə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin yarımillik hesabat toplantısına ev sahibliyi edib. Tədbirdə ölkəmizin mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Xalq artisti Polad Bülbüloğlu və Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli kimi nüfuzlu şəxslər iştirak edib.

Əsas məqsəd – mədəniyyət mərkəzlərinin fəaliyyətini əlaqələndirmək, hesabat təqdim etmək, gələcək planları müzakirə etmək olsa da, cəmiyyətin haqlı sualları da var: Niyə bu toplantı Bakıda yox, Vyanada keçirilir?

Axı bu mərkəzlərin hesabatı Azərbaycan xalqına və dövlətinə aiddir. Onların fəaliyyəti Azərbaycan mədəniyyətinin təbliğinə yönəlibsə, bəs niyə həmin fəaliyyətin qiymətləndirilməsi, hesabatı və gələcək planları məhz Vətəndə – Bakı şəhərində deyil, Avropanın bahalı turistik mərkəzlərindən biri olan Vyanada müzakirə olunur?

Bu, sadəcə sadə bir “yer seçimi” deyil, dövlət vəsaitinin səmərəliliyinə, şəffaflığa və məqsədəuyğunluğa dair ciddi suallar doğurur. Axı həmin ölkələrdəki mədəniyyət mərkəzlərinin rəhbərləri Azərbaycana dəvət edilə bilərdi. Bu, həm onların ölkəmizlə birbaşa təması, ailə üzvləri və qohumları ilə görüşməsi baxımından daha faydalı olar, həm də xərclərə qənaət edilərdi.

Belə tədbirlər bəzən “işgüzar səfər” adı ilə əslində turizm xarakteri daşıyır. Bu da cəmiyyətin dövlət strukturlarına olan inamını zədələyə bilər. Halbuki şəffaflıq və qənaət prinsipləri bu gün hər bir dövlət qurumu üçün prioritet olmalıdır.

Diqqətçəkən məqamlardan biri isə nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor müavini Seymur Hüseynovun da bu səfərdə yer almasıdır. Onun bu tədbirlə bağlı funksiyası nədir?

Axı o, nə beynəlxalq əlaqələr üzrə məsul şəxsdir, nə də xarici mədəniyyət mərkəzlərinin koordinasiyası ilə birbaşa məşğul olan strukturun təmsilçisidir. Belə çıxır ki, tədbirin məqsədi ilə nümayəndə heyətinin tərkibi arasında ziddiyyət var. Bu isə səfərin şəffaflığı və məqsədəuyğunluğu barədə sualları bir qədər də artırır.

İddialara görə, Azərbaycan Gənclər Fondundan qəfil və müəmmalı səbəbdən işdən azad edilən S.Hüseynovu hansısa qaranlıq əl Mədəniyyət nazirliyində işlə təmin etdi. Seymur Hüseynovu isə rəsmi işlədiyi və maaş aldığı Mərkəzdə görmək mümkün deyil, o nazirliyin mərkəzi inzibatı binasında özünə “lövbər salıb”.

Mədəniyyət Nazirliyi bu addımı ilə cəmiyyətin gözündə suallar doğurub. Hesabatın özü qədər onun harada təqdim edilməsi və kimlərin iştirakı ilə keçirilməsi də mühümdür. Mədəniyyətin hesabatı doğma torpaqda – Azərbaycanda verilsəydi, daha məntiqli və hörmətli olardı.

Editor.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:116
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 28 İyun 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see347

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see238

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see220

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see188

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see169

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see169

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see165

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see155

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see154

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see154

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see152

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see152

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see151

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see150

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see149

İKİ SABİQ NAZİR İNSTİTUT DİREKTORU VƏZİFƏSİNDƏN ÇIXARILDI: yeni institut yaradıldı Misir Mərdanovla Əli Abbasov yola salındı

28 Dekabr 2025 22:42see139

Dünyanın ən yaxşı hücumçusu bilindi

29 Dekabr 2025 02:22see138

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see138

Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR

29 Dekabr 2025 02:07see135

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri