Icma.az
close
up
RU
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu Fotolar

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu Fotolar

Publika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün tanınmış dirijor, Xalq artisti, Ü.Hacıbəylli adına Bakı Musiqi Akademiyasının professoru Yalçın Adıgözəlovun 65 yaşı tamam olur.

Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu münasibətlə nazirlikdə sənətkarla görüş keçirilib.

Mədəniyyət naziri Adil Kərimli yubileyi münasibətilə musiqi xadimini nazirliyin kollektivi və mədəniyyət ictimaiyyəti adından təbrik edib, ona xoş arzularını çatdırıb.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən ölkəmizdə mədəniyyətin digər sahələri kimi, musiqi sahəsinin də inkişafına davamlı diqqət və qayğı göstərilir. Musiqimizin inkişafında xidmətləri olan insanların əməyi yüksək qiymətləndirilir. Yalçın Adıgözəlov da bu sahədəki fəaliyyətinə görə “Xalq artisti” fəxri adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif olunub.

Y.Adıgözəlov klassik repertuara malik çoxsaylı Bakı premyeralarının təşkilini və Azərbaycan bəstəkarlarının əsərlərinin dünyada aktiv təbliğatını həyata keçirərək, ölkəmizdə və xaricdə simfonik orkestrlərlə geniş konsert fəaliyyəti göstərib.

Görüşdə Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə yubilyara nazirliyin Fəxri diplomu təqdim edilib.

Y.Adıgözəlov yaradıcılığına verilən qiymətə və təbrikə görə təşəkkürünü bildirib.

Söhbət zamanı musiqi sahəsinin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Y.Adıgözəlov 30 ilə yaxındır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə də məşğuldur. Onun tələbələri hazırda respublikanın aparıcı dirijorlarıdır. Xalq artisti 2023-cü ildən Heydər Əliyev Sarayının nəzdində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestrinin bədii rəhbəri-baş dirijorudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://publika.az
archiveBu xəbər 04 Noyabr 2024 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see159

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see139

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri