Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

“Mədəniyyət Nazirliyindəki qoçular ...” Rejissoru boşanmağa nə vadar edib?

“Mədəniyyət Nazirliyindəki qoçular ...” Rejissoru boşanmağa nə vadar edib?

Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Xəbər verdiyimiz kimi, Abdulla Şaiq adına kukla teatrının rejissoru Səidə Haqverdiyeva həyat yoldaşı teatrın direktoru Rəşad Əhmədzadədən boşanmağa məcbur olduğunu, bu addımı ərinə qarşı təzyiqlərə görə atdığını bildirmişdi.

Bakupost.az xəbər verir ki, S.Haqverdiyeva sosial şəbəkədəki səhifəsində dünənki qərarı ilə bağlı yeni paylaşım edib.
“Əziz dostlar, dəyərli sosial media izləyiciləri, vicdanlı mətbuat nümayəndələri!
Dünənki məlum paylaşımım, uzun müddətdir davam edən mənəvi terrora, şəxsimə və həyat yoldaşım Rəşad Əhmədzadəyə qarşı edilən haqsızlıqlara üstüörtülü etirazım səs-küyə səbəb oldu. Onlarla dəstək zəngi, mesaj və rəyi aldım.
Bəli, haqlı-haqsız iradlar, sosial platformalarda narahatlıqlar və bundan doğan müxtəlif fikirləri də gördüm. Sözsüz ki, hər birinizə bu informasiya bumunda məhz bir Azərbaycan qadınının, bir yaradıcı şəxsin səsinə səs verdiyinizə, dəstəyinizi əsirgəmədiyinizə görə sonsuz təşəkkür edirəm.
Hesab edirəm ki, bu məsələ barəsində geniş şərhə, açıq qalan suallara cavaba böyük ehtiyac var. Ələlxüsus da həyat yoldaşımı qorumaq üçün atmış olduğum addım –çıxılmaz, ən sonuncu yol kimi qəbul etdiyim boşanma haqqında ağır qərara aydınlıq gətirməliyəm. Beləcə yaranan və yarana biləcək bütün suallara da cavab vermiş olacağam.
Mədəniyyət Nazirliyinin bəzi məmurları qoçuluq edən aktrisanı niyə dəstəkləyirlər? Yaxud Mədəniyyət Nazirliyi kimin dostudur?
Görəsən başqalarının əmək hüquqlarını ciddi şəkildə pozaraq sırf bir aktrisanın nazını çəkən Mədəniyyət Nazirliyinin bəzi məmurları bu ağlasığmaz cəsarəti haradan alıblar?..
Axı, havadarlıq prinsipi ilə yaşayan bir şəxsin tələbləri ilə hesablaşmaq bizə yaraşmaz! Vicdanlı vətəndaş kimi məhkəmənin verdiyi əsassız qərara susmaq isə heç olmaz!
Birinci dərəcəli keçmiş hakim qohumu, külli miqdarda rüşvətə görə hazırda həbsdə olan qaynının əlaqələrini, üstəlik ərinin qanuni və qeyri-qanuni “dost”luğunu rəhbər tutaraq “Kor atı minib köndələn çapan” bir insana bu qədər səlahiyyəti niyə və nə adla veriblər? Üstəlik, Mədəniyyət Nazirliyi Aparatının rəhbər şəxsi səviyyəsində biri sırf bir aktrisanın hikkəsini təmin etmək üçün bütün əmək qanunvericiliyini yerə çırparaq ömrünün 45 ildən artıq bir dövrünü teatra həsr edən peşəkar idarəçiyə necə hüquqazidd əmr verə bilər? Belə olan təqdirdə ömrünün 15, 20, 30 və artıq dövrünü şırma arxasında keçirən sənət fədailərinin haqqını kim tələb etsin?
Gəlin məsələni bir az ətraflı qeyd edim və siz də dövrümüzün “Mürafiə vəkillərinin hekayəti”ndən hali olun.
Deməli, teatrımızda Nərmin Əhmədova adlı bir aktrisa var. Hazırda şad-xürrəm növbəti (3-cü dəfə) analıq məzuniyyətinə hazırlaşır. 12 il bundan öncə o vaxtkı Mədəniyyət və Turizm Nazirliyində çalışan bir xanımın xahişi ilə dram artisti (bəzi məktublarında ştat vahidini düzgün qeyd etməyərək, “aktyor” kimi yazır) kimi işə götürülüb.
Bu ad sizə heç tanış deyil. Əslində, teatrda çalışanların da çoxu onu müəssisədə yaratdığı özünəməxsus iğtişaşlara görə tanıyıb. Bu qadın hələ teatra gəldiyi qısa vaxtda (təxminən 1 ay sonra) teatrın o vaxtkı baş rejissoru Rəhman Əlizadənin təqdimatı ilə ilk töhmətini almışdı. Həmin vaxtdan bəri N.Əhmədova teatrın iki baş rejissorundan müxtəlif təqdimatlarla töhmətlər alıb, hazırkı baş rejissor ilə isə ciddi münaqişədədir. Qısacası N. Əhmədovanın aktyor tərcümeyi-halı rəngarəng rollar, qastrollar, mükafatlarla yox, “töhmət”lər, “şiddətli töhmət”lər, “təqdimat”larla zəngindir.
O, teatrda 12 ildən artıq çalışmasına (ki bu zamanın da təxminən 4-5 ili analıq məzuniyyəti dövrlərinə düşür) rəğmən, cəmi bir neçə tamaşada irili-xırdalı rol alıb və bütün tamaşalardan sonra rejissorlar onunla çalışmaq istəmədiklərini qeyd ediblər. Məsələn, sonunculardan “Yalquzaq” tamaşasında əsas rollardan birini – Simurq quşu rolunu ifa edərkən məşq prosesini dəfələrlə pozmuş, rejissora ağır ittihamlar irəli sürmüş və beləcə öz aktyor bacarıqsızlığını səhnəarxası “məharətləri” ilə ört-basdır etməkdən çəkinməmişdir.
Yaxşı, N. Əhmədova kimdir? Özünü teatrda ağa kimi aparan, bəzi həmkarlarını nalayiq küçə sözləri ilə təhqir edən, yaradıcılıq anlayışını dava-dalaş kimi anlayan mürəkkəb xarakterə malik idarəolunmaz şəxs.
Təsəvvür edin, “12 illik iş təcrübəm və iki diplomum var” deyən aktrisa məşqlərin birində rejissorun mizana uyğun oyun təlimatına etiraz edərək “Danışanda oynaya, oynayanda danışa bilmirəm” deyən həvəskar səviyyəsində magistr diplomlu ərkəsöyün.
Kim onun yerində olsa ayıbına kor olub susar. Amma çifayda. Bu xanım özü ilə o qədər qürrələnir ki, artıq haqq etmədiyi kateqoriya, fəxri ad, mükafat qovğalarına girişir.
Bu da təsadüfi deyil. Çünki arxasında dağ kimi dayanan əvvəlin Mədəniyyət Nazirliyinin əməkdaşı, indinin nəqliyyat şirkəti rəhbəri əri Əfsun Əhmədov (https://nextgroup.az/about-company/) və onun iş birliyində olduğu məmur dostları var.
Bunun nəticəsidir ki, Nərmin nəqliyyat şirkəti sahibi ərinin və ona himayədarlıq, bir növ yuxarı dairələrdə, konkret olaraq Mədəniyyət Nazirliyində havadarlıq edən bir neçə məmurun dəstəyi sayəsində teatr rəhbərliyinə və birbaşa şəxsimə təzyiqlər və təhriklər edir. Teatr, onun gələcək rəhbəri, nəinki teatr, Mədəniyyət Nazirliyi strukturu barədə ekspertsayağı proqnozlar verir. Bu onun köhnə vərdişidir.
Hələ ötən il iyun ayında olacaq ad günü ilə bağlı təbrik paylaşımına düz bir ay tələsərək may ayında teatrın İnstagram hesabında hədyanlar yazmış, teatrın mətbuat katibinə ağır ittihamlar irəli sürərək “Struktur dəyişsin, siz Nərmini tanıyacaqsınız” notasını verməkdən çəkinməmişdir.
Həqiqətən maraqlıdır deyə soruşuram: Mədəniyyət nazirliyi strukturundakı hər hansı dəyişiklik Kukla Teatrının aktrisası ilə məsləhətləşilir, yoxsa nazirin təyinat əmrlərinə ilk əvvəl N. Əhmədova baxır? Ümid edirəm ki, bu sualımın cavabı olacaq!..
Nazir demişkən bildiyiniz kimi, 10 oktyabr 2024-cü il tarixində teatrda Mədəniyyət nazirinin teatr kollektivi ilə görüşü oldu. Görüşdən əvvəl nazirin protokol sektorunun müdiri Allahşükür Zülfüqarlı teatrın direktoru R. Əhmədzadəyə yaxınlaşaraq N. Əhmədovanı xüsusi tapşırmış, dostunun həyat yoldaşı olduğunu demişdi. Beləcə Nərmin struktur eyhamlarına nazirin protokoluna məsul şəxsin timsalında təsdiq vermişdi. Amma bizim “qəhrəmanın” fəaliyyəti bununla da bitmədi.
Gücünü, bir növ yuxarı dairələrdə statusunu göstərmək üçün 96 nəfərlik kollektiv və nazirlikdən gələn nümayəndələrin gözü qarşısında A. Kərimlinin çıxışı zamanı zalı nümayişkaranə tərk edərək qapını çırpmaqdan çəkinməyərək çıxıb getmişdi.
Qısacası strukturdakı birinci şəxsə saymazyana münasibətini belə göstərmişdi.
İşi-gücü müxtəlif bəhanələrlə qalmaqallar olan, teatra hər gəlişində bir söz-söhbətə səbəb olan N. Əhmədovanın son münaqişəsinin də gülün səbəbi var. Deyəcəyəm, siz də gülün, gərginlik aradan qalxsın.
“Mənim şəklim divarda niyə yoxdur?”. Bəli, məhz son olaraq bu ilin mayında teatrın direktorunun otağına soxularaq bununla bağlı müəssisə rəhbəri ilə mübahisə edib. Bu şəxs teatrın yaradıcı heyət üzvlərinin foyedə şəkillərinin düzülüşü ilə bağlı texniki işi də əlaqədar şəxsdən yox, direktordan soruşaqcaq qədər “fərasətli” və rahatdır. Hərçənd həmin vaxt yaz yağışları səbəbindən teatrın iki divarında çat yaranmış və o çatın kosmetik təmiri ilə əlaqədar olaraq N. Əhmədova ilə yanaşı 14 nəfər teatr təmsilçisinin fotosu müvəqqəti olaraq götürülmüş, təmir bitib, divar quruyan kimi də bu işə məsul əməkdaşlar tərəfindən yerinə asılmışdır.
N.Əhmədova bu və başqa əsassız bəhanələrlə direktorun iş otağına gələrək onu qalmaqala təhrik etmiş, direktor onun xasiyyətinə bələd olduğundan sakit şəkildə yola verməyə çalışmışdır.
N.Əhmədova sonuncu dəfə həddini bir az da aşaraq yumruğunu direktorun iş otağındakı masaya (kollektivin bəzi üzvlərinin gözü qarşısında) vuraraq R. Əhmədzadəni işdən çıxartdıracağı ilə (məsələn, “sabahdan burada işləməyəcəksiniz”) hədələyib.
Bundan ürəyi soyumayan N. Əhmədova Mədəniyyət Nazirliyinə bir neçə dəfə şikayət məktubu yazmış və bütün məktublarında heç bir əlaqəm olmadığı halda haqqımda əsassız iddialar irəli sürmüşdür. Maraqlısı budur ki, məsələ ilə bağlı məhkəmə də məlum şəxsin xeyrinə əsassız qərar qəbul etmişdir. Sözsüz ki, bu, başqa söhbətin mövzusudur.
Ən dəhşətlisi bilirsiniz nədir? N. Əhmədovanın nazirliyə ünvanladığı tələb xarakterli məktubunu rəhbər tutan Mədəniyyət Nazirliyinin aparatından teatra N. Əhmədovanın kateqoriyasının, bu yolla əmək haqqı ödənişinin artırılması ilə bağlı tələb məktubu, nəticə olaraq hədələyici təlimat gəlmişdir.
Maraqlıdır, dəfələrlə nizam-intizam qaydalarını kobudcasına pozan, buna görə töhmətlər alan, aktyor həmkarlarından qat-qat az çalışan, qısacası, bir dram artisti kimi ştat vəzifələrini icra etmədiyi halda tələbnaməsi boy verən N. Əhnmədovanın başqa hansı üstünlüyü var? Yaxud bu qadın və havadarları bizdən nə istəyirlər?
Onun qeyd etdiyim məktublarından sonra Mədəniyyət Nazirliyi tərəfindən izahatım alınıb. Əvvəlcə ali təhsil sənədi kimi diplomumun olmaması, sonra isə ixtisasım üzrə işləmədiyimi (bu arada ixtisasım pedaqoq və musiqi sənəti üzrə menecmentdir) əsas gətirilib.
Bu ittihamların da əsassız olduğunu gördükdən sonra diplomumu nostrifikasiyadan keçirmədiyimi xüsusi vurğuladılar. Bu məsələdə haqlı idilər. Amma mən onsuz da Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TİKA) bununla bağlı müraciət etmişdim.
Qeyd edim ki, mən Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutunda 2015-2020-ci illərdə bakalavr, 2020-22-ci illərdə isə (Санкт-Петербургский государственный институт культуры) ixtisasım üzrə magistraturada təhsil almışam. Magistraturamın son 6 ayında səhhətimlə əlaqədar təhsilimi dondurmalı oldum. Sonrakı gərgin iş qrafiki – tamaşalar, filmlər, tədbirlər səbəbindən düşündüm ki, hər iki diplomumu eyni vaxtda nostrifikasiya etdirim. Qəribə olsa da bu sadə prosesi rəhbər tutan bəzi səlahiyyət sahibləri bunu əllərində rəhbər tutaraq həyat yoldaşım R. Əhmədzadəyə “Səidənin ərizəsini alın, ikiniz bir yerdə işləyə bilməzsiniz” kimi absurd ittihamlar irəli sürürlər.
Onu da qeyd edim ki, diplomun tanınması üçün müraciətə cavab 1-3 ay, bəzən də 6 ay çəkə bilir. Amma Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin Teatr sektorunun müdiri (hərçənd Bella xanım ömründə bir gün belə hansısa teatrda çalışmadığı halda birbaşa Teatr sektoruna müdir təyin olunub. Bildiyimə görə heç dövlət qulluqçusu da deyil) Böyükxanım Talıbova Rəşad Əhmədzadəyə zəng edərək işdən çıxmağımla bağlı ərizəmin alınmasını tələb edib. Hə, əlavə edim ki, N. Əhmədovanın özünün dediyinə görə, B. Talıbova ilə isti münasibətləri var.
N. Əhmədova ilə bağlı mənə hədələyici tonda başqa xəbərdarlıqlar, birbaşa hədələr də olunub. Bunlar haqqında daha ətraflı sonra danışacağam.
Ümid edirəm ki, qarşılaşdığımız bu ağlasığmaz hərəkətlərin əsaslı cavabı olacaq. Ən azı xoşbəxt ailəmi dağıtmaqdan zövq alan, “Ya Səidə, ya da sən işdən çıxmalısınız” tələbini edən, “Səidə işdən çıxmasa onun ictimai nüfuzuna ləkə vurarıq” kimi iyrənc ultimatumlardan çəkinməyən kiçik məmurlar layiqli cəzalarını alacaqlar. Ən azı siz vicdanlı mətbuat nümayəndələri və tükü-tükdən asanlıqla seçən həssas izləyicilərim N. Əhmədovanı dəstəkləyən məmur qrupuna vicdan məhkəməsi quracaqsınız... Qeyd edim ki, yazdıqlarım qarşılaşdığlarımızın kiçik və ən “məsum” bir hissəsidir. Baş verənlərin hamısını bütün çılpaqlığıyla, sübutlarla mütləq yazacağam”.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Noyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see696

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see460

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see453

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see419

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see404

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see399

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see361

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see302

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see287

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see285

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see259

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see254

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see243

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see240

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see239

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see236

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see235

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see233

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see226

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see214
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri