Icma.az
close
up
RU
Kəlbəcərin yeni dövrü: bərpa, qayıdış və inkişaf ŞƏRH

Kəlbəcərin yeni dövrü: bərpa, qayıdış və inkişaf ŞƏRH

Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu gün Suveren Azərbaycan Respublikasının hər bir vətəndaşı qürur dolu, sevincli günlərini yaşayır. Ona görə ki, bir qərinəlik işğaldan sonra torpaqlarımız yağı düşməndən azad olunub, Müstəqil Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü təmin edilib. Biz bir nömrəli problemimizi həll etmişik, Erməni separatizminin kökünü kəsərək Qarabağı terrorçulardan təmizləmişik və yağı tapdağından azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır, həmin ərazilər yenidən qurulur və soydaşlarımızın öz ata-baba yurdlarına, vətənimizin dilbər guşələrinə qayıdışı təmin olunur.

Kiçik Qafqazın qoynunda yerləşən həmin dilbər guşələrdən biri olan qədim tarixi, füsunkar təbiəti, milli-mədəni irsi və strateji əhəmiyyəti ilə fərqlənən, Kəlbəcər rayonu əsrlər boyu Azərbaycan xalqının yaşayış məskəni, zəngin mədəniyyətimizin və milli kimliyimizin ayrılmaz parçası olub. Ərazidə mövcud olan qədim yaşayış izləri, qayaüstü təsvirlər, memarlıq və dini abidələr bu torpağın minilliklərə söykənən mədəni irsini nümayiş etdirir. Xüsusilə Xudavəng monastır kompleksi və digər tarixi nümunələr məkanın zəngin keçmişinin mühüm göstəriciləridir. Bu irsin qorunması milli-mədəni yaddaşımızın gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Uca dağları, geniş yaylaqları, meşələri, çayları və mineral su mənbələri ilə seçilən Kəlbəcər Azərbaycanın nadir təbiət guşələrindəndir.
Lakin, 1993-cü il aprelin 2-də Kəlbəcərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi minlərlə insanın həyatında ağır faciəyə çevrildi. İşğal zamanı 511 dinc sakin öldürüldü, 321 nəfər əsir götürüldü və itkin düşdü. Minlərlə insan doğma yurdunu tərk etməyə məcbur oldu, yaşayış evləri, sosial obyektlər və tarixi abidələr dağıdıldı, təbii sərvətlər qanunsuz istismara məruz qaldı. Uzun illər ərzində kəlbəcərlilər öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşadılar və bu ədalətsizliyin aradan qaldırılması Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri idi. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 30 aprel tarixli qətnaməsində işğalçı qüvvələrin Kəlbəcərdən çıxarılması tələb olunsa da, bu qərar icra edilmədi. Azərbaycan isə ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyindən geri çəkilmədi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, iqtisadi qüdrətin artırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi tarixi hədəfimizə çatmaq üçün möhkəm zəmin yaratdı.
Nəhayət 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsi xalqımızın çoxəsrlik tarixində yeni bir səhifə açdı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək düşməni məğlubiyyətə uğratdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana qaytarılması tarixi ədalətin bərpasının mühüm hadisəsinə çevrildi.
Nəticədə 2020-ci il noyabrın 25-də Kəlbəcər rayonu işğaldan azad edildi və Azərbaycan bayrağının bu torpaqlarda yenidən dalğalanması təmin olundu. Bu tarixi hadisə yalnız ərazi bütövlüyümüzün bərpası baxımından deyil, həm də illərlə yurd həsrəti çəkən insanların mənəvi qələbəsi kimi böyük əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyətli diplomatiyası və Azərbaycan Ordusunun gücü bir daha təsdiqlədi ki, dövlətimizin milli maraqları heç bir halda güzəşt mövzusu ola bilməz. Məhz bu tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi təsis edildi.
Hazırda Kəlbəcərdə aparılan quruculuq işləri bölgənin gələcək inkişafını müəyyənləşdirir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş plana əsasən, ərazisinin 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Yaşayış binaları ilə yanaşı, məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, reabilitasiya mərkəzinin, muzeylərin və digər sosial obyektlərin inşası planlaşdırılır. Şəhər ərazisinin 22 faizinin yaşıllıq sahələrindən ibarət olması müasir şəhərsalma və ekoloji tarazlıq prinsiplərinə verilən önəmin göstəricisidir.
Bölgənin nəqliyyat imkanlarının genişləndirilməsində Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və Murovdağ tuneli mühüm rol oynayır. Bu layihələr Kəlbəcərin ölkənin digər əraziləri ilə əlaqəsini gücləndirməklə yanaşı, turizm, ticarət və sahibkarlığın inkişafına da şərait yaradır. Rayonun geniş yaylaqları heyvandarlıq və arıçılıq, mineral su ehtiyatları sağlamlıq turizmi, zəngin təbiəti isə ekoturizm və dağ turizmi üçün geniş perspektivlər yaradır. Bu imkanların səmərəli istifadəsi yeni iş yerlərinin yaradılmasına və yerli iqtisadiyyatın inkişafına töhfə verəcək.
Kəlbəcərin dirçəlişinin ən mühüm göstəricisi sakinlərin doğma yurdlarına qayıtmasıdır. 2025-ci ilin avqustundan şəhərə köç prosesinin başlanması və ailələrin yeni mənzillərlə təmin edilməsi bu istiqamətdə mühüm mərhələ oldu. Rayonda 162 ailənin, ümumilikdə 681 nəfərin məskunlaşması Böyük Qayıdışın real nəticələrini əks etdirir.
Kəlbəcər bu gün özünün yeni inkişaf salnaməsini yazır. Kəlbəcərin dirçəlişi Azərbaycanın gücünün, milli həmrəyliyinin və dövlətçilik iradəsinin parlaq təzahürüdür. Bu proses həm də milli irsimizə sahib çıxmaqla gələcək nəsillər üçün daha firavan həyat qurmaq əzmimizin göstəricisidir.
Qururla deməliyik ki, Azərbaycanın Vətən müharibəsindəki parlaq zəfərindən dərhal sonra işğaldan azad olunmuş bütün ərazilər Prezident İlham Əliyevin iradəsi və qətiyyəti, dövlətimizin maliyyə imkanları hesabına yenidən qurulur. Artıq düşmənin vurduğu yaralar sağalmağa başlayıb. Azad olunmuş ən ucqar ərazilər belə indi tikinti meydanını xatırladır. Ən əsası isə odur ki, azad olunmuş ərazilərimiz yüksək səviyyədə bərpa olunur, yenidən qurulan bütün şəhər və kəndlərimizdə ən müasir həyat standartları yaradılır.

Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 26 Noyabr 2026 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see444

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see355

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see353

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see323

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see310

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see309

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see309

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see303

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see297

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see293

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see284

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see279

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see268

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see264

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see258

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see258

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see250

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see249

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri