Icma.az
close
up
RU
Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları: gələcəyə baxış”

Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları: gələcəyə baxış”

Icma.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Aprelin 15-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının və YAP Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanda dövlət siyasətinin ideoloji əsasları: gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

Əvvəlcə YAP Suraxanı rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü ziyarət olunaraq önünə gül dəstələri düzülüb.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Mübariz Qurbanlı, YAP Veteranlar Şurasının üzvü Fidumə Hüseynova, Milli Məclisin deputatı Sevinc Fətəliyeva və YAP Suraxanı rayon təşkilatının gənc üzvü Şahnaz Heybətova çıxış ediblər.

Çıxışlarda bildirilib ki, Azərbaycan Konstitusiyası dövlətçilik ideologiyasının əsaslarını özündə ehtiva edir. Xüsusilə, ölkədə dövlət siyasətinin ideoloji əsasları demokratik ənənələr, milli həmrəylik, davamlı iqtisadi inkişaf və insan amilinə əsaslanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs müasir çağırışlara adekvat cavab verən, suverenliyimizi möhkəmləndirən və innovativ inkişafı hədəfləyən gələcəyə baxış modelini formalaşdırır. Azərbaycançılıq ideologiyası isə xalqımızın birlik və həmrəylik nümayiş etdirməsində müstəsna əhəmiyyət  kəsb edir.

Qeyd edilib ki, müasir Azərbaycanın ideoloji təməli Ümummilli Liderin siyasi irsinə və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strateji kursa əsaslanır. Milli maraqların təmin olunması, müstəqil xarici siyasətin həyata keçirilməsi, ərazi bütövlüyünün və suverenliyin qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gələcəyə baxış kontekstində də dövlətimizin ideoloji əsasları strateji əhəmiyyət kəsb edir. Belə ki, ölkəmizdə perspektiv baxımından şaxələndirilmiş, rəqabətqabiliyyətli və innovasiyayönümlü iqtisadiyyat formalaşdırılıb.

Vurğulanıb ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etməklə Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, Böyük Qayıdış Proqramı uğurla icra olunur və regionda sülhün təmin olunması istiqamətində ardıcıl siyasət aparılır. Bütün bunlar Azərbaycanın beynəlxalq müstəvidə mövqeyinin daha da güclənməsinə töhfə verir.

Diqqətə çatdırılıb ki, güclü ideoloji əsaslara söykənən dövlət siyasəti Azərbaycanın gələcəkdə də möhtəşəm nailiyyətlər qazanmasını şərtləndirir. Yeni Azərbaycan Partiyasının da hər zaman cəmiyyətdə ideoloji iş apararaq dövlət siyasətinə fəal dəstək verdiyi xüsusi vurğulanıb. 

Tədbir interaktiv formada davam edib, iştirakçıların sualları cavablandırılıb.

Daha sonra Suraxanı rayonunun ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup şəxsə fəxri fərman və hədiyyələr, YAP sıralarına yeni qəbul olunmuş üzvlərə isə partiya vəsiqələri təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Aprel 2026 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri