Mədəniyyət və təhsil sahələrinin inteqrasiyasına dair müzakirə aparılıb FOTOLAR
Icma.az bildirir, Sia Az portalına istinadən.
Mədəniyyət və Elm və Təhsil nazirlikləri arasında əməkdaşlıq çərçivəsində yaradılmış birgə işçi qrupunun növbəti görüşü keçirilib. Bu barədə SİA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində keçirilən görüşdə mədəniyyət nazirinin müavini Səadət Yusifova, elm və təhsil nazirinin müavini Həsən Həsənli, həmçinin hər iki nazirliyin nümayəndələri iştirak ediblər.
Görüşdə mədəniyyət və təhsil sahələrinin inteqrasiyası, institusional əməkdaşlığın gücləndirilməsi, birgə fəaliyyətin prioritet istiqamətləri müzakirə olunub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə mədəniyyət və təhsil infrastrukturunun əlaqələndirilməsi, yaradıcı təlim mühitinin formalaşdırılması, mədəniyyət təhsili üzrə kurikulumun təkmilləşdirilməsi və istedadlı şagirdlərin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.
Sonda iştirakçılar birgə fəaliyyətin daha səmərəli həyata keçirilməsi və müvafiq istiqamətlər üzrə icra mexanizmlərinin hazırlanması barədə razılığa gəliblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 17 Oktyabr 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















