Icma.az
close
up
RU
Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət sahələrinin cari vəziyyəti ilə bağlı müşavirə keçirilib

Naxçıvanda təhsil, səhiyyə, mədəniyyət sahələrinin cari vəziyyəti ilə bağlı müşavirə keçirilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Naxçıvan, 22 aprel, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilovun sədrliyi ilə təhsil, səhiyyə, mədəniyyət sistemi üzrə fəaliyyətin cari vəziyyəti ilə bağlı videoformatda müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, müşavirədə aidiyyəti sahələr üzrə müvafiq icra qurumlarının rəhbərlərinin çıxışları dinlənilib, təşkilatların ölkənin analoji qurumlarına inteqrasiyası, elektron informasiya sistemlərinin vahid bazada birləşdirilməsi, bilik və təcrübə mübadiləsi üzrə əməkdaşlığın artırılması, keyfiyyətli idarəetmə sistemlərinin tətbiqi, vətəndaşlara göstərilən dövlət xidmətlərin pasportlaşdırılması, elektronlaşması, avtomatlaşması və keyfiyyətinin yüksəldilməsi barədə danışılıb. Həmçinin təşkilati-struktur islahatlarının davam etdirilməsi, xüsusilə inzibati işlərin mərkəzləşdirilmiş qaydada təşkili, büdcə planlaşdırılmasının müəyyən edilmiş və əsaslandırılmış ehtiyaclar əsasında aparılması, aktiv və öhdəliklərin inventarizasiyası, habelə maliyyə vəsaitlərinin təyinatı üzrə istifadəsi, müvafiq sistemlər üzrə rəqəmsallaşdırmanın tətbiqinin sürətləndirilməsi üçün maddi-texniki bazanın möhkəmləndirilməsi müzakirə olunub. Həmçinin dövlət investisiya proqramı çərçivəsində, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” layihələrinin aidiyyəti dövlət qurumları ilə razılaşdırılmış texniki iqtisadi əsaslandırmalar əsasında müvafiq Layihə İdarəetmə Qrupları tərəfindən icrasının davam etdirilməsi, əlilliyin qiymətləndirilməsi və hərbi xidmətə çağırılanların tibbi şəhadətləndirilməsi xidmətlərinin keyfiyyətlə təşkili və ölkə təcrübəsinin tətbiqi, daşınmaz mədəni irsin, arxeoloji abidələrin inventarlaşması, mühafizə zonalarının müəyyən edilməsi, habelə pasportlaşması və xəritələrinin hazırlanması, məlumat bazasının yaradılması, mədəniyyət sahəsində dövlət monitorinqinin aparılması və digər aidiyyəti sahələr üzrə işlərin təşkilinə dair müzakirələr aparılıb, son göstəricilər nəzərdən keçirilib.

Müşavirənin yekununda Baş nazir qeyd olunan istiqamətlərdə göstəricilərin artırılması məqsədilə aidiyyəti üzrə tapşırıqlar verib, sözügedən sahələrə dair işlərin keyfiyyətlə icrasının zəruriliyini bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 22:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri