Icma.az
close
up
RU
Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI KONKRET

Mədəniyyətin Adil Kərimli dövrünün PƏRDƏARXASI KONKRET

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Mədəniyyət cəmiyyətin ruhudur, özəyidir və insanların yaşam tərzini müəyyən edən bir sistemli yanaşmadır. Bir ölkənin kimliyi, estetik zövqü, tarixi yaddaşı və gələcəyə baxışı məhz bu sahədə formalaşır. Lakin təəssüf ki, son illərdə Azərbaycanda mədəniyyət sahəsində gözlənilən canlanma baş vermədi. Əbülfəs Qarayevdən bu yana nə ciddi yeniliklər müşahidə olundu, nə də yadda qalan uğurlu layihələr ortaya çıxdı.

Mədəniyyət naziri vəzifəsinə Adil Kərimli təyin olunarkən cəmiyyətdə çox böyük bir gözlənti var idi. Çox təəssüflər olsun ki,

gözlənilən islahat baş vermədi. Epizodik hallarda yaradıcı təşəbbüslər baş versə də, bu, sistemli bir xarakter almadı. Kim bu gün tam əminliklə deyə bilər ki, bölgələrdə mədəni həyat dirçəlib, teatrlar, kitabxanalar və muzeylər böyük mədəni hərəkatın tərkib hissəsinə çevrilib? Əlbəttə, cavab pozitiv olmayacaq. Çünki nazirlik bu sahədə ciddi nəticələr əldə etməyib, əksinə mədəniyyət sahəsi əvvəlki problemləri ilə baş-başa qalıb.

Bu müddətdə nə yeni mədəni strategiya təqdim edilib, nə də ictimaiyyətin diqqətini çəkən böyük layihələr həyata keçirilib. Yaradıcı adamlarla hər hansısa sistemli dialoqun şahidi olmuşuqmu? Bölgələrdə mədəni tədbirlərin səviyyəsi yüksəlibmi? Xeyr, elə ona görədir ki, paytaxtla regionlar arasındakı fərq özünü qabarıq şəkildə göstərir.

Mədəniyyət Nazirliyi Adil Kərimlinin sayəsində yalnız inzibati qurum obrazında qalıb. Bu gün ölkədə milli ruhu inkişaf etdirən bir quruma, onun təşəbbüskar rəhbərinə ehtiyac var. Çünki biz bu qurumdan sadəcə tədbirlər yox, yeni nəfəs, yeni baxış və yeni ideyalar gözləyirik. Belə getsə, gözləməkdə də davam edəcəyik. Cənab nazir, əminəm ki, oturduğunuz kreslonun məsuliyyətini dərk edirsiniz. Amma dərk etmək azdır. Bunu hiss etmək və fəaliyyət dövründə real strateji kursu həyata keçirmək lazım idi.

O kurs ki, mədəniyyət sahəsinin yenilənməyə, yaradıcı enerjiyə və peşəkar yanaşmaya ehtiyacı var. Çünki mədəniyyətdə durğunluq olan yerdə cəmiyyət də ruhən zəifləyir. Siz ölkədə bir ruhsuzluq sindromunun yaşadığını görmürsünüzmü?

Amma hələ gec deyil, Zəfərin möhtəşəmliyi, ölkəmizdə aparılan böyük miqyasda işlər mədəniyyət dilində daha təsirli təqdim edilə bilər. Bu gün nazirlikdə idarəetmədə elementar şəffaflıq olsa, Kərimlinin idarəçilik modeli və ya uzunmüddətli inkişaf Konsepsiyası düzgün tərtib olunsa, nazirlik daha çox cari fəaliyyətlə kifayətlənməyəcək. Kifayətlənmənin özü belə yalnız paytaxtla və digər böyük şəhərlərlə məhdudlaşır. Bir çox rayonlarda mədəniyyət evləri, kitabxanalar, musiqi məktəbləri və klubların formal fəaliyyət göstərdiyi göz qabağındadır. Bölgələrdə mədəni tədbirlərin sayında və keyfiyyətində bu, özünü daha qabarıq göstərir. Nazirlik heç paytaxtda da hiss olunan fəaliyyətilə gözə çarpmır. Elə götürək dövlət teatrlarını. Bu teatrlarda hansı repertuar yenilənməsi baş verib, müasir tamaşalar hazırlanıb, gənc rejissorlara meydan verilib?

Bu mənada tam əminliklə vurğulaya bilərik ki, sözügedən dövrdə teatrlarımıza yeni nəfəs gəlmədi, amma köhnə yorğunluq davam etdi. Səhnələrdə cəsarətli eksperimentlər, yeni dramaturgiya, gənc rejissorların enerjisi daha çox görünməli idi.

Kino sahəsində beynəlxalq uğur gətirəcək sistemli strategiya və ya böyük canlanma baş vermədi. Bu gün yas və toy sənayesi özünün pik həddinə çatsa da

kino sənayemiz sanki ölümcüldür. Ona görədir ki, bu sahə milli təfəkkürü dünyaya çıxaran gücə çevrilə bilmir.

Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin zəfər strategiyası nazirliyin hansısa layihəsində yüksək səviyyədə təqdim edilmir.

Yeni yazarlarımızın rəssamların, musiqiçilərin, rejissorlara və digər yaradıcı şəxslərin əsərlərində sadaladığımız uğurlar öz əksini tapmır. Bunun ən böyük günahı isə nazirliyin üzərindədir.

Çünki zəfər erasını əks etdirən əsərlərin yaradılmasında qrant proqramları, müsabiqələr, rezidensiyalar və inkişaf platformaları kifayət qədər hiss olunmur.

İşğaldan azad edilmiş bölgələrdə tarixi abidələrin qorunması ilə yanaşı onların müasir təqdimatı, rəqəmsallaşdırılması, beynəlxalq tanıdılması və turizmə inteqrasiyası sahəsində daha böyük addımlar atılmır.

Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin xaricdə tanıdılmasının ardıcıl və sistemli olması üçün festivallar, sərgilər, film həftələri və digər layihələr daha fəal şəkildə həyata keçirilməlidir. Amma biz bunu görə bilmirik.

Çünki nazirliyin ictimaiyyətə aydın hesabatları yoxdur, açıq müzakirələr, yaradıcı cameə ilə dialoq və problemlərə operativ münasibət adekvat deyil.

Ona görə də mədəniyyətin gündəlik həyatdakı təsiri yox səviyyəsindədir.

Park tədbirlərini, küçə sənətini, kitab festivallarını, canlı konsertləri, ailəvi mədəni proqramları Bakı bulvar idarəsi və digər QHT-lər həyata keçirir. Nazirliyin keçirdiyi tədbirlər isə daha çox sönüklüyü ilə yadda qalır.

Gəlin unutmayaq ki, mədəniyyət bir xalqın sadəcə keçmişi deyil, həm də gələcəyə ünvanlanmış mənəvi xəritəsidir. Dövlətlər iqtisadi göstəricilərlə böyüyə bilər, lakin mədəniyyətlə ucalır. Bizi bu mövzuya baş vurmağa vadar edən əsas səbəb də odur ki, Azərbaycanda bu sahədə gözlənilən intellektual dirçəliş, yaradıcı canlanma və estetik yüksəliş hiss olunmur. Qısaca desək, bu gün Mədəniyyət Nazirliyi cəmiyyətin ümid etdiyi ideya mərkəzinə çevrilə bilməyib.

Bəli, cənablar, mədəniyyət sahəsində ən təhlükəli hal böhran deyil, durğunluqdur. Böhranda heç olmasa ağrı var, axtarış var, dəyişmək ehtiyacı var. Durğunluqda isə səssizlik hökm sürür. Son illərin əsas problemi də məhz budur: böyük potensiallar kiçik nəticələrdə özünü büruzə verir.

Ona görə də tam əminliklə demək olar ki, mədəniyyətin Adil Kərimli dövrü yaddaşlarda böyük qalibiyyətlər, dərin islahatlar və ya milli mədəniyyət tarixində dönüş nöqtəsi kimi qalmadı. Halbuki Azərbaycan kimi zəngin ədəbiyyatı, musiqisi, teatr ənənəsi və yaradıcı insan potensialı olan ölkədə mədəniyyət idarəçiliyi daha iddialı, daha cəsarətli və daha ziyalı düşüncəli olmalı idi.

Çünki mədəniyyətə laqeyd yanaşmaqla zamanla öz ruhumuza laqeyd yanaşmış oluruq.

KONKRET.az-ın Analitik Qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Aprel 2026 10:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri