Icma.az
close
up
RU
Mədəniyyətlə toxunan iqtisadi körpü: Biz yalnız ticarət etmirik, kimliyimizi ixrac edirik

Mədəniyyətlə toxunan iqtisadi körpü: Biz yalnız ticarət etmirik, kimliyimizi ixrac edirik

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Azərbaycan ilə Türkiyə arasında iqtisadi, mədəni və sosial əlaqələr durmadan inkişaf edir. İki qardaş ölkə arasında inam və qarşılıqlı dəstək üzərində qurulan əməkdaşlıq iş dünyasında da yeni imkanlar yaradır.

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı iş adamı Samirali Usuboğlu Oxu.Az-a müsahibəsində bu münasibətlərin necə inkişaf etməsi, qarşıya çıxan fürsətlər və iş dünyasında qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyindən danışıb.

Müsahibəni təqdim edirik:

- Siz həm Azərbaycan, həm də Türkiyə iş mühitini yaxından tanıyırsınız. İki ölkə arasında iqtisadi əlaqələrin son illərdəki inkişafını necə qiymətləndirirsiniz? Xarici iş adamları bu əlaqələrin güclənməsində hansı rolu oynayırlar?

- Azərbaycan və Türkiyə arasındakı iqtisadi əlaqələr son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu, sadəcə qardaşlıq münasibətlərinə əsaslanan dostluq deyil, artıq strateji tərəfdaşlığa çevrilmiş, real layihələrlə dəstəklənən dərin bir əməkdaşlıq modelidir. Ən önəmlisi isə bu münasibətlər yalnız dövlət səviyyəsində qalmır, xarici iş adamları, xüsusilə Türkiyədə fəaliyyət göstərən azərbaycanlılar və Azərbaycanda fəaliyyət göstərən türkiyəli iş adamları bu əlaqələrin inkişafında lokomotiv rolunu oynayırlar. Onlar yalnız kapital yatırmır, eyni zamanda, iki ölkənin iş mədəniyyətini, bazar ehtiyaclarını və insan resurslarını da bir-birinə daşıyırlar.

- Türkiyədə fəaliyyət göstərən bir azərbaycanlı iş adamı kimi, sizcə, azərbaycanlı investorlar üçün bu ölkədə hansı sahələr daha perspektivlidir?

- Son illərdə bu imkanlar daha da artıb. Mənim müşahidəmə görə, bir neçə sahə xüsusilə ön plana çıxır. İlk növbədə Türkiyədə daşınmaz əmlak bazarı hələ də böyüməyə davam edir. Xüsusilə İstanbul, İzmir, Antalya kimi şəhərlərdə həm yaşayış, həm də kommersiya layihələrinə maraq yüksəkdir. Azərbaycanın tikinti sektorunda təcrübəsi olan iş adamları burada rahatlıqla yer tuta bilərlər.

Bununla yanaşı, Türkiyə dünyanın ən çox turist qəbul edən ölkələrindən biridir. Azərbaycanlı investorlar üçün butik hotellər, turizm agentlikləri, restoran şəbəkələri və regionlara yönəlmiş tematik turizm layihələri olduqca perspektivlidir.

Həmçinin, Türkiyənin kənd təsərrüfatı sektoru çox zəngindir və burada modern texnologiyaların tətbiqinə böyük ehtiyac var. İstixana layihələri, üzvi məhsul istehsalı və paketləmə sahələri həm daxili bazar, həm də ixrac üçün əlverişlidir. Xüsusilə İstanbul və Ankara kimi şəhərlərdə texnoloji ekosistem sürətlə böyüyür. Azərbaycanlı gənclər arasında da bu sahəyə maraq böyükdür. Ortaya çıxan texnoloji məhsullar Türkiyə bazarında test oluna, sonradan beynəlxalqlaşa bilər.

Eyni zamanda, azərbaycanlı investorlar və iş adamları üçün təkcə iqtisadi deyil, mədəni yatırımlar da önəmlidir. Türkiyədə Azərbaycanı sevən çox geniş bir kütlə olsa da, ümumi ictimaiyyətdə Azərbaycan mədəniyyəti haqqında biliklər hələ də məhduddur. Bu boşluğu doldurmaq üçün isə mədəniyyət festivalları, incəsənət sərgiləri, film və musiqi təqdimatları xüsusi əhəmiyyət daşıyır.

Biz iş adamları olaraq, yalnız ticarət deyil, mədəni dəyərlərimizi də ixrac etməyi düşünməliyik. Azərbaycan musiqisi, mətbəxi, ədəbiyyatı, xalçaçılığı və rəssamlıq sənəti Türkiyədə daha çox tanıdılmalı, bu sahədə ortaq platformalar qurulmalıdır. Bu həm iki xalq arasında münasibətləri gücləndirər, həm də brend dəyəri olan bir mədəniyyət formalaşdırar.

Dil kursları, beynəlxalq təhsil məsləhətləri, tələbələrə yönəlmiş xidmətlər də azərbaycanlılar üçün uğurlu ola bilər. Azərbaycandan Türkiyəyə təhsil üçün gələn minlərlə tələbə bu sahədə sabit bazar formalaşdırır. Təhsil və tələbəyə yönəlmiş xidmətlər sahəsi həm Azərbaycandan Türkiyəyə, həm də Türkiyədən Azərbaycana olan tələbə axınına əsaslanaraq daim böyüyən və sabit bazara çevrilib. Həm təhsil agentlikləri, həm də sosialyönümlü təşəbbüslər bu bazarda yerini tutmaqla yanaşı, mədəni körpü rolu da oynayır. Azərbaycanlı investorlar üçün bu sahə yalnız biznes deyil, eyni zamanda, strateji və mədəni dəyər daşıyan bir fürsətdir.

Əlbəttə, burada əsas məsələ düzgün təhlil, hüquqi dəstək və lokal partnyor tapmaqdır. Mən bütün azərbaycanlı iş adamlarına Türkiyədəki imkanları ciddi şəkildə araşdırmağı və bu ölkəni, sadəcə, "bazarda iştirak" yeri deyil, strateji inkişaf platforması kimi görməyi tövsiyə edirəm.

- Azərbaycan və Türkiyə arasında tək iqtisadi deyil, həm də dərin mədəni bağlar mövcuddur. İş adamları olaraq mədəni əlaqələrin inkişafına necə töhfə verirsiniz və bu münasibətlərin iqtisadi əməkdaşlığa təsiri nə dərəcədə hiss olunur?

- İlk növbədə, əməkdaşlıq etdiyimiz hər bir layihədə dil, ortaq dəyərlər və qarşılıqlı hörmət bizim üçün möhkəm bir zəmin yaradır. İstər birgə təşkil etdiyimiz sərgilər, istərsə də mədəni sponsorluq layihələri - hər biri iki qardaş xalq arasında mədəni körpü rolunu oynayır.

Ancaq bu prosesi daha da gücləndirmək üçün sənətkarlarımızın və yaradıcı insanlarımızın dəstəklənməsi şərtdir. Bizim böyük sənətkarlarımız, şairlərimiz, musiqiçilərimiz və rəssamlarımız təkcə bir dövrün siması deyil, xalqımızın mədəni irsinin daşıyıcılarıdır. Onların Türkiyədə tanıdılması, konsertlər, sərgilər, ustad dərsləri vasitəsilə təqdim olunması həm sənətə, həm də milli kimliyə verilən dəyərin göstəricisidir. Burada böyüklərimizin, tanınmış ziyalıların, mədəniyyət sahəsində nüfuzlu şəxslərin üzərinə də mühüm vəzifə düşür. Onlar bu körpünü yalnız açmaqla kifayətlənməməli, gənc nəsli də bu yol ilə irəliyə aparmalıdırlar. Çünki Azərbaycan mədəniyyəti yalnız bizim ölkəmizdə deyil, qardaş Türkiyədə də parlamalı, yaşadılmalı və gələcək nəsillərə ötürülməlidir.

- Sizin şəxsi biznes təcrübənizdə iki ölkə arasındakı fərqli iş yanaşmaları və ortaq dəyərlər özünü necə göstərir? İş adamları hər iki bazarda necə uğur qazana bilərlər?

- Bu sual iş dünyasında həm lokal, həm də beynəlxalq təcrübə qazanan şəxslər üçün olduqca önəmlidir. İki ölkə arasındakı iş yanaşmalarının fərqlərini və ortaq dəyərləri dərk etmək, hər iki bazarda uğur qazanmaq üçün əsas şərtlərdəndir. Mədəni fərqləri öyrənməli və hörmət etməliyik. Yerli partnyorlarla işləyərkən onların iş tərzinə uyğunlaşmalıyıq. Hər iki ölkənin hüquqi və iqtisadi çərçivəsinə bələd olmalıyıq. Mütəxəssis hüquq və maliyyə məsləhətçiləri ilə işləməliyik. Lokal əlaqələr yaratmalıyıq. Ticarət palataları, sərgilər, biznes forumları vasitəsilə güclü yerli şəbəkələr qurmalıyıq. Ortaq layihələrə və əməkdaşlıqlara açıq olmalıyıq. Hər iki ölkədə fəaliyyət göstərən partnyorlarla ortaq layihələr başlatmaq sizin brendinizi gücləndirə bilər. Rəqəmsal alətləri və texnologiyanı istifadə edək. Onlayn randevu sistemləri, CRM platformaları və e-ticarət vasitələri ilə hər iki bazarda çevik işləyə bilərsiniz.

- Sizcə, Türkiyədə azərbaycanlı gənclərin və yaradıcı insanların öz mədəniyyətlərini tanıtmaq üçün hansı imkanları var? Bu platformaların genişlənməsi üçün nə etmək lazımdır?

- Türkiyə azərbaycanlı gənclər üçün həm coğrafi, həm də mənəvi baxımdan çox əlverişli bir platformadır. Tarixi və mədəni yaxınlıq, ortaq dil və oxşar dəyərlər bizim burada daha tez qəbul olunmağımıza imkan yaradır. Xüsusilə universitetlərdə fəaliyyət göstərən azərbaycanlı tələbə birlikləri, mədəni tədbirlər vasitəsilə milli bayramlarımızı, mətbəximizi və incəsənətimizi türkiyəli dostlarımıza tanıda bilirlər.

Eyni zamanda, sosial media da bu sahədə çox güclü bir vasitədir. Gənclərimiz artıq "TikTok", "Instagram" və "YouTube" kimi platformalarda Azərbaycan mədəniyyətini rəqs, musiqi və şeir vasitəsilə təbliğ edirlər. İlk növbədə, təşkilatlanma lazımdır. Yəni yaradıcı gənclərin və mədəniyyətlə məşğul olanların bir araya gəlib ortaq layihələr üzərində çalışmaları çox vacibdir. Məsələn, "Türkiyədəki Azərbaycanlı Gənclər Mədəniyyət Platforması" adlı bir rəqəmsal birlik yaradıla bilər. Bu platforma həm kontent istehsalı ilə məşğul olar, həm də real tədbirlər təşkil edə bilər.

Bununla yanaşı, səfirliklər, diaspora komitələri və digər qurumlarla koordinasiyalı şəkildə işləmək də vacibdir. Mədəniyyət gecələri, sərgilər, film nümayişləri və kitab təqdimatları ilə biz yalnız Türkiyədəki cəmiyyətə deyil, beynəlxalq arenaya da çıxış əldə edə bilərik. Həmçinin peşəkar dizayn, PR və sponsorluq imkanlarının düzgün qurulması bu işlərin davamlılığını təmin edər.

Əlbəttə, ümumi olaraq türklər Azərbaycan mədəniyyətinə qarşı böyük simpatiya və maraq göstərirlər. Ortaq tarix, dil və dəyərlər bizi birləşdirir. Lakin bu tanışlıq bəzən ümumi məlumat səviyyəsində qalır. Dərin biliklər, yəni Azərbaycan musiqisinin zənginliyi, klassik ədəbiyyatımızın gücü, xalq sənətimizin incəlikləri və çağdaş sənətkarlarımızın yaradıcılığı hələ tam şəkildə tanınmayıb. Bu səbəblə yalnız informativ deyil, emosional bağ yaradan mədəniyyət layihələrinə ehtiyac var. Yəni izləyənin yaddaşında iz buraxan, Azərbaycanı bir duyğu ilə tanıdan tədbirlər. Bu isə ancaq peşəkar yanaşma və strateji əməkdaşlıq sayəsində mümkün ola bilər.

- Şəxsi təcrübənizdə sizi ən çox təsirləndirən və yaddaqalan bir hadisə, əməkdaşlıq nümunəsi hansıdır?

- Açığı, illər ərzində bir çox layihədə iştirak etmişəm, amma bir hadisə var ki, onu heç vaxt unutmaram. Bu, Türkiyədə Azərbaycanla bağlı təşkil etdiyimiz ilk mədəniyyət sərgisi zamanı baş verdi. O dövrdə həm təşəbbüskar, həm təşkilatçı, həm də sponsoru biz idik. Sərgiyə Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş sənətkarlar, rəssamlar və gənc yaradıcılar qatılmışdılar. Tədbirin mərkəzində isə bir xalça ustamız xalça toxuyurdu.

Ən təsirli anlardan biri isə sərgiyə gələn yaşlı bir türkiyəli xanımın göz yaşları ilə bizə dediyi sözlər idi:

"Sizin mədəniyyətiniz mənə nənəmin danışdığı nağılları xatırlatdı. O qədər yaxın və doğma gəldi ki..."

Həmin an anladım ki, biz təkcə bir tədbir keçirməmişik, insanların qəlbində bir tarix oyatmışıq. Bu, sadəcə, xalça toxunması deyildi, bu, xatirələrin, ortaq tariximizin və mədəni yaddaşın toxunması idi. Bu layihədən sonra anladım ki, mədəniyyətlə edilən hər bir iş, özündə ticarətdən və reklamdan daha üstün bir dəyər daşıyır. Biz yalnız məhsul tanıtmırıq, biz kimliyimizi, ruhumuzu təqdim edirik. Və bu işin dəyəri, nəticəsi illərlə yadda qalır.

Buna görə də sonrakı bütün layihələrimdə həmin hissi, duyğusal və mənəvi bağ yaratmağı əsas məqsəd kimi qarşıma qoymuşam.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Avqust 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şimali Makedoniya klubunun futbolçusu: Qarabağ ı məğlub etməyə çalışacağıq

11 Avqust 2025 22:27see169

Semaşko xəstəxanası koronavirusa görə bağlandı

11 Avqust 2025 04:51see149

Azyaşlı uşaq kimi qarşısındakına naz etmək Rusiyaya yaraşmır

11 Avqust 2025 19:39see130

İngiltərə Superkubokunu bu klub qazandı

10 Avqust 2025 22:38see128

Dağıstanda yol qəzası olub

10 Avqust 2025 21:30see124

Avropa liderləri Putindən əvvəl Trampla danışmaq istəyirlər

10 Avqust 2025 23:27see123

Rusiyanın 190 milyardı Ukraynaya verilir FT

11 Avqust 2025 09:00see123

Rəsmi Bakı istədiyini əldə etdi və İrəvana bunu güzəştə getdi

12 Avqust 2025 02:09see122

Yaponiyanın futbol millisinin ən yaxşı bombardiri vəfat etdi

11 Avqust 2025 04:42see121

Türkiyəli nazir: “18 nəfər evə buraxılıb, 11 yaralının müalicəsi davam edir”

11 Avqust 2025 07:50see121

Sülh üçün sonuncu maneə....

10 Avqust 2025 23:57see120

Britaniya vergi xidməti sosial şəbəkə paylaşımlarını süni intellektlə izlədiyini etiraf edib

12 Avqust 2025 02:00see119

Rusiyanın Zəngəzur həyəcanı: bunu heç kim gözləmirdi Sürpriz qərar

11 Avqust 2025 08:02see118

Mingəçevirdə avtomobilin üzərinə ağac aşıb

11 Avqust 2025 22:49see115

Pezeşkianın müşavirindən üçtərəfli sazişə reaksiya

10 Avqust 2025 21:04see115

Ərdoğandan ABŞ də əldə olunan razılaşma ilə bağlı açıqlama “Tarixi addım oldu...”

11 Avqust 2025 21:26see115

Hansı süni intellekt modeli şahmat turnirinin qalibi olub..?

11 Avqust 2025 22:44see114

Maqnetik fırtına xəbərdarlığı: Nə vaxt pik həddə çatacaq və necə qorunmalı?

12 Avqust 2025 01:01see114

A new mechanism of resistance to treatment found in cancer cells## Translation note: I ve provided a direct translation of the Russian title into English, maintaining the original meaning and structure.

11 Avqust 2025 06:42see113

Bu gündən ixtisas seçiminə start verilir

11 Avqust 2025 08:49see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri